Apple iPhone 12 Pro modelini tarixi geri döndürərək iPhone 5s vaxtlarına qaytarır. Model ən müasir innovasiyaları toplayıb, onların arasında əsas olan yeni MagSafe maqnit portunun mövcudluğu və 5G şəbəkəsini dəstəkləyir.
iPhone 12 Pro smartfonunun ön paneli möhkəm Ceramic Shield şüşəsi ilə qorunur. Arxa panel parlaq kamera modulu olan mat şüşə ilə təchiz, koprus çərçivəsi isə cilalanmış paslanmayan poladdan istehsal edilmişdir. Displey diaqonalı 6,1 düym təşkil edir, arxa kamera modulu korpusdan 1,75 mm kənara çıxır. iPhone 12 Pro toz və/və ya nəmdən İP68 standartı ilə qorunur, bu standart sayəsində smartfon 7,5 m qədər dərinlikdə 30 dəqiqə ərzində davam edə bilər.
iPhone 12 Pro enerji toplama və kompüterə, qarnitura və digər aksesuarlara qoşulması üçün Lightning portundan istifadə edilir. Apple Pay dəstəyi ilə Bluetooh 5.0 və NFC modulları naqilsiz rabitəni təqdim edirlər. Yenilik olan MagSafe “portu” vasitəsilə şarj və aksesuarlarla birləşmə baş verir.
iPhone 12 Pro iOS 14.1 əsasında işləyir. iOS 14.1-də vicedlər mövcuddur, istifadəçi onların ölçüsünü dəyişə və çeşidləyə bilər. Həmçinin növə görə avtomatik çeşidlənən bütün quraşdırılmış proqramların siyahısı olan Tədbiqlər kitabxanası da mövcuddur.
iPhone 12 Pro naqilsiz modulu Wi-Fi 6 dəstəkləyir və 2.4 və 5 GHrz diapazonda işləyə bilər. 5G dəstəyinə isə Qualcomm Snapdragon X55 modemi cavabdehdir.
Smartfon naviqasiya modulu GPS, Glonass, BeiDou, QZSS və Galileo sistemlərini dəstəkləyir. GPS-dən əlavə iPhone 12 Pro kompas və barometrə də malikdir.
Danışıq dinamiki sayəsində səs keyfiyyəti yaxşı səviyyədədir.
12 Mp ön kamerada 30 k/s tezlikli DolbyVision video çəkilişi dəstəyi əlavə edilmişdir. Selfi şəkillər təbii və aydın alınır, o cümlədən portret rejimi də mövcuddur.
Genişbucaqlı kamera 1.4 mkm piksel ölçüləri ilə işığa həssaslığı təmin edir. f/1.6 diafraqma yüksək keyfiyyətli gecə çəkilişini təmin edir. Ultragenişbucaqlı kamera çərçivənin kənarlarında daha çox kəskinliyi təmin edir. Teleobyektiv ikiqat optik zum və optik stabilləşdiriciyə malikdir.
iPhone 12 Pro modelinin sensor ekranı yüksək həssaslıq və sürətli reaksiyaya malikdir. Giriş dəqiqliyi yüksəkdir, şüşə səthi isə barmaqların rahat şəkildə sürüşməsini təmin edir.
Biometrik təhlükəsizlik Face ID 3D üz skan texnologiyası ilə təmin edilir.
MagSafe maqnitləri çox güclüdür - hətta ilk dəfədən aksesuarı smartfondan ayırmaq çətin olur. Maqnit bərkidicisi olan naqilsiz enerji yükləmə cihazından istifadə etmək çox rahatdır, bu səbəbdən MagSafe iPhone 12 model sırasının əsl üstünlüyüdür.
iPhone 12 Pro ekran işığının tənzimlənməsi üçün PWM-dən istifadə edir. Yüksək parlaqlığı sayəsində iPhone 12 Pro hətta günəşli gündə də rahat oxunur.
iPhone 12 Pro ən güclü A14 Bionic çipset ilə təchiz edilmişdir.
Smartfon naqilli və naqilsiz enerji yükləmə cihazlarını dəstəkləyir: Qi doldurma stansiyaları vasitəsilə 7,5 Vt-a qədər və MagSafe vasitəsilə 15 Vt-a qədər enerji toplayır. Li-Ion batareyası 2815 mAs həcmə malikdir.
Maxi.az onlayn mağazasında iPhone 12 Pro 256Gb Gold (qızılı) modelini ən münasib qiymətlə əldə edə bilərsiniz. Birdəfəlik və ya taksit/kredit üsulu ilə ödəniş edin. Bir neçə növ ödəniş və çatdırılma üsulları arasında sizə uyğun olanı seçə bilərsiniz. Sifariş zamanı hər hansı bir çətinlik olarsa, satış mütəxəssisimiz sizə köməklik edəcək. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən Maxi.az mağazalar şəbəkəsində də əldə edə bilərsiniz.