Samsung smartfonlar kredit ve taksitle satisi • Smartfon Samsung qiymetleri MAXI.AZ

Telefonlar

Samsung smartfonları

Samsung brendi artıq uzun müddətdir ki, mobil cihazları bazarında Apple brendinin əsas rəqiblərindən biridir. Keyfiyyət, yüksək səviyyəli funksionallıq, gözəl dizayn, istifadə rahatlığı – bütün bu cəhətlər brendə məxsus model cərgəsini təsvir edir.

Samsung Fold və Flip konstruksiyaları kimi model cərgəsinin yenilikçisi oldu. Hal-hazırda digər markalar tərəfindən satın alınan və istifadə edilən AMOLED ekranlarını da qeyd etmək lazımdır.

Samsung mobil telefonunu alıb istifadə etdikdə alıcı zəmanətli şəkildə qüsursuz iş, funksionallıq, keyfiyyətli texniki dəstəyi də əldə edir.

İndi isə Samsung brendinin bütün tanınmış müasir flaqmanları barədə daha ətraflı.

Samsung Galaxy S22 Ultra

2022-ci ilin ən əsas flaqmanı olan Samsung Galaxy S22 Ultra iki flaqman modellərinin vacib cəhətlərini özündə birləşdirmişdir – Note seriyasından yüksək güc və S seriyasından kamera və məhsuldarlıq.

Galaxy S22 Ultra S Pen ilə təchiz edilmişdir, beləliklə demək olar ki, model Galaxy Note varisi sayılır.

Əsas üstünlükləri:

  1. Keyfiyyətli kameralar bloku;
  2. Keyfiyyətli ekran;
  3. S Pen.

Samsung Galaxy Z Fold3

Samsung Galaxy Z Fold3 – elastik, qatlanan displeyi olan smartfonlar seriyasıdır. Bu növ qurğuya baxmayaraq, smartfon yığcam və rahatdır. Açıq vəziyyətdə model böyük ekranlı cihaza çevrilir və üzərində stilus ilə rəsm çəkmək mümkündür. Belə ekranda video izləmək, oyun oynamaq, mütaliə etmək xoş və rahatdır. Cihaz güclü və məhsuldar Qualcomm Snapdragon 888 prosesoru ilə işləyir. Z Fold3 korpusunun yan tərəfində yerləşən barmaq izi skaneri ilə təchiz edilmişdir.

Əsas üstünlükləri:

  1. Qatlanan korpus;
  2. İstifadə rahatlığı, çoxfunksiyalılıq, universallıq;
  3. Güclü aparat platforması;
  4. Keyfiyyətli ekran;
  5. Stilus dəstə daxildir.

Samsung Galaxy A53 5G

Galaxy A seriyası faydalı funksiyalar dəsti və geniş istehlakçı üçün münasib qiymətləri olan smartfonlardır. А53 modeli Super AMOLED ekranı ilə təchiz edilmişdir. Ekran parlaq və kontrastlıdır. A seriyasından olan digər smartfonlar kimi, bu model də əla foto və video çəkir, Exynos 1280 aparat platforması ilə təchiz edilmişdir.  

Əsas üstünlükləri:

  1. Yüksək səviyyəli foto və video çəkilişləri;
  2. Güclü radio modem;
  3. Keyfiyyətli Super AMOLED ekran.

Samsung Galaxy A33 5G

А seriyasından olan Super AMOLED ekranlı bu modelin yenilənmə tezliyi 90Hz təşkil edir. Belə tezlik yaxşı göstəricidir. А33 Exynos 1280 güclü prosesor ilə işləyir. Smartfonun ön kamerası ilə 4K video çəkmək mümkündür. Həmçinin keyfiyyətli makrokamera da mövcuddur. Smartfon IP67 standartına uyğun su və tozdan qorunma ilə təchiz edilmişdir. 

Əsas üstünlükləri:

  1. Optik sabitləşməsi olan əsas kamera;
  2. Bütün kameraları ilə 4K videoçəkiliş imkanı;
  3. Keyfiyyətli makrokamera;
  4. IP67 su və tozdan qorunma.

Samsung Galaxy Z Flip4

Galaxy Z Flip4 – Fold/Flip seriyasından ən yeni modeldir. 6,9 düym diaqonala malik ekran  Corning Gorilla Glass Victus+ etibarlı qoruyucu şüşə ilı örtülmüşdür. Yenilənmə tezliyi 120Hz təşkil edir, ekran Full HD+ imkanına malikdir. Model 3700 mAs həcmli güclü akkumulyator ilə təchiz edilmişdir, və sayəsində avtonom iş müddəti daha uzun olur.  

Əsas üstünlükləri:

  1. Yığcam ölçüləri;
  2. Uzun müddətli avtonom iş;
  3. Ekranın yenilənmə tezliyi 120 Hz;
  4. Keyfiyyətli əsas kamera.

Samsung Galaxy Z Flip3

Z Flip seriyasından olan bu model dəbli dizayn, keyfiyyətli kameraları ilə fərqlənir, Snapdragon 888 prosesoru ilə işləyir. Samsung Galaxy Z Flip3 5G 6,7 düym Super AMOLED displey ilə təchiz olunmuşdur. Ekranın yenilənmə tezliyi 120 Hz təşkil edir. Keyfiyyətli rəng ötürülməsi, parlaqlıq istifadəçiyə əsl zövq verəcək. Qatlanan qurğusunun xarici görünüşü maraqlıdıra və az yer tutur. Bu səbəbdən deyə bilərik ki, bu model dəbli, imic cihazlarına aiddir.  

Əsas üstünlükləri:

  1. Qeyri-adi dəbli dizayn;
  2. Keyfiyyətli ekran;
  3. Yığcam ölçülər;
  4. IPX8 standarına uyğun su və tozdan qorunma.

Samsung Galaxy A73 5G

2022-ci ildə alıcılara təqdim olunmuş Galaxy A73 smartfonu A seriyasının top modellərinə aid etmək olar. Burada istifadəçi 5G dəstəyi, IP67 standarına uyğun su və tozdan qorunma, 6,7 düym displey əldə edir. Ekran Gorilla Glass 5 qoruyucu şüşə ilə örtülmüşdür. Smartfon 5000 mAs həcmli güclü batareya il təchiz olunmuşdur, uzun müddətli avtonom iş ilə təmin edir. Səkkiz nüvəli Qualcomm SM7325 Snapdragon 778G 5G çox güclü prosesor bütün vəzifələri yerinə yetirmək, ən həcmli oyunları oynamağa imkan verir. 

Əsas üstünlükləri:

  1. Yüksək səviyyəli aparat platforması;
  2. Keyfiyyətli və parlaq ekran;
  3. Uzun müddətli avtonom iş.

Samsung Galaxy A23 4G

Galaxy A23 A seriyasının büdcəli seqmentinə aid bir modeldir. Smartfon 6,6 düym böyük IPS displey ilə təchiz edilmişdir, displeyin ön hissəsində V-formalı biçimdə ön kamera quraşdırılmışdır. Ekranın yenilənmə tezliyi 90Hz, imkanı 1080×2408 piksel təşkil edir.  

Əsas üstünlükləri:

  1. Bu qiymət seqmentinə görə çox keyfiyyətli displey;
  2. Optik sabitləşməsi olan kamera;
  3. Uzun müddətli avtonom iş.

Samsung Galaxy A13

Galaxy A13 həmçinin A seriyasının büdcəli seqmentinə aid bir modeldir. Bu seqmentdə ən yaxşılardan biri hesab olunur. А13 1080×2408 imkanlı PLS LCD Full HD displey ilə təchiz olunmuşdur. Ekran etibarlı Gorilla Glass 5 qoruyucu şüşə ilə örtülmüşdür. Smartfon 4 kameradan ibarət blok və 5000 mAs həcmli güclü akkumulyator ilə təchiz olunmuşdur, Cihaz Exynos 850 prosesoru ilə işləyir.

Əsas üstünlükləri:

  1. Yüksək məhsuldarlıq;
  2. Ekran üzərində aydın görüntü;
  3. Keyfiyyətli foto çəkiliş;
  4. Yaxşı avtonom iş.

Çox sayda rəylərin mövcudluğu Samsung smartfonlarının yüksək dərəcədə populyar və sevilən olduqlarını sübut edir. Burada hər bir alıcı öz istəyi və büdcəsinə uyğun bir model seçə bilər. Bu populyarlığın səbəbi nədir? Əla keyfiyyət, müasir və tanınan dizayn, istifadə rahatlığıdır.

Ən bahalı və top S seriyasıdır. Burada flaqman modellərdə olan bütün detallar mövcuddur: keyfiyyətli ekran və kameralar bloku, dəbli dizayn, güclü aparat platforması. Seriyada zəngin gənclər üçün nəzərdə tutulmuşdur həmçinin FE alt seriyası var.

Daha öncə istehsal olunmuş «Note» seriyası biznes sinfinə aiddir. Lakin daha sonra bu seriya «S» seriyasından «Ultra» modelləri ilə əvəz olundu. 

Daha bir növ Samsung flaqmanları – Z Fold seriyasıdır. Bu seriyada ən son çıxan Z Fold 4 modelidir. Smartfonlara qeyri-adi görünüş verən qatlanan qurğu istənilən alıcını heyran edəcək.

Orta sinif mobil telefonlar – A seriyasıdır. Burada bütün lazımi funksiyalar, keyfiyyətli displey, uzun müddətli avtonom iş, dəbli dizayn mövcuddur. Və ən əsas məqam –istənilən büdcəyə uyğun müxtəlif modellər təqdim olunur.

Maxi.az-da alış – hər zaman sərfəli, sürətli və etibarlı.

Samsung smartfonlarından istənilən modeli əldə etmək üçün Maxi.az saytına daxil olmaq, Samsung smartfonları kataloquna keçib, ən optimal qiymətə sifariş etmək kifayətdir. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Samsung smartfonlarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.     

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml