iPhone XS Max-da ən cəlbedici nədir? Əlbəttə ki, təəccübləndirən və zövq verən ekran ölçüləri! Smartfon o qədər gözəldir ki, ona baxmaq və nə qədər məlumat daxil etmək mümkünlüyünü və o məlumatları oxumağın nə qədər rahat olduğunu bilmək istərdik.
Bu Apple smartfonunun yeqanə müsbət cəhəti deyil. Telefonun yarım saat ərzində iki metr dərinliyə qədər təmiz suya batırılmasına imkan verən IP68 nəm qorunmasına diqqət yetirməyə dəyər; bundan əlavə, Apple smartfonunun həm ön, həm də arxa tərəfləri əvvəlki modellərdən daha davamlı və sərt şüşə ilə örtülmüşdür. Max-versiya üçün Gold rəngi mövcuddur.
iPhone XS Max OLED texnologiyası ilə istehsal edilmişdir, diaqonalı 6,5”, nöqtə sıxlığı 458 ppi verən 2688x1242 ölçüsünə malikdir.
Ekranın ön səthi cızıqlara qarşı davamlı, güzgü kimi hamar şüşə lövhədən hazırlanmışdır. Səth xüsusi oleofob (yağ qəbul etməyən) örtüyünə malikdir və bunun sayəsində ekran üzərindən barmaq izləri asanlıqla təmizlənir. Ekran parlaqlıqı o qədər yüksəkdir ki, hətta günəşli havada belə yaxşı oxunuş olacaqdır. Tam qaranlıq şəraitində parlaqlıqı lazımi dərəcəyə qədər endirmək olar. Həmçinin işıq sensoru əsasında avtomatik parlaqlıq tənzimlənməsi də mövcuddur.
XS Max modelində orqanik işıq diodlarda Super AMOLED aktiv matrisi istifadə edilir. Üç rəngli subpiksellərdən istifadə edərək tam rəngli bir şəkil yaradılır – qırmızı (R), yaşıl (G) və göy (B). Şəkilləri gecə şəraitində daha isti edən Night Shift funksiyası mövcuddur. Lakin smartfon ilə gecə vaxtı əyləndikdə, ekran parlaqlıqını minimuma qədər endirmək tövsiyyə edilir. True Tone funksiyası mövcuddur – rəng balansını ətraf mühitə uyğunlaşdırır.
Smartfon Apple A12 Bionic platformasında işləyir, operativ yaddaş həcmi – 4 Gb, quraşdırılmış yaddaş isə 64 Gb təşkil edir.
iPhone XS Max-ın ikili şaquli yönümlü və 6-lensli kamerası 12+12 Mp-dir. Genişbucaqlı obyektivin diafraqması f/1.8, teleobyektivin isə f/2.4 təşkil edir. Kamera ikiqat genişbucaqlı zum və 10-qat rəqəmsal zum dəstəkləyir. Hər iki modul görüntünün optik sabitliyini dəstəkləyir.
İri və həcmli akkumulyator sayəsində iPhone XS Max enerji yükləmədən 1,5-2 gün ərzində işləyə bilər. Belə nəticə çıxarmaq olar ki, smartfonu 2 gecədə 1 dəfə şarj etmək kifayətdir.
Maxi.az internet-mağazasında Gold (qızılı) rəngdə iPhone XS Max əldə edə bilərsiniz. Birdəfəlik və ya taksit yaxud kredit ilə ödəniş etmək seçiminiz var. Bir neçə cür ödəniş və çatdırılma növlərinin içində özünüzə ən rahat üsulu seçin. Sifariş etdikdə çətinlik olarsa, satış mütəxəssisimiz sizə mütləq köməklik göstərəcəkdir. Həmçinin Bakı və Sumqayıtda yerləşən mağazalar şəbəkəsində də qızılı rəngdə iPhone XS Max modelini əldə edə bilərsiniz.