Redmi AirDots S bir neçə yeniliklərə malikdir, onların arasında: ağıllı səs yatırılması, sürət, qoşulma sabitliyi və oyun rejiminin mövcudluğu. Idarəetmə sistemindən anlaşılır ki, hər iki qulaqlıq telefona birbaşa qoşulur, və , beləliklə, qoşulma prosesi sürətlənir.
Qulaqlıqlar Bluetooth 5.0 modulu ilə təchiz edilmişdir, həmin modul smartfona qoşulmasını olduqca asanlaşdırır. Bunun üçün qulaqlıqları keysdən çıxarıb telefonda Bluetooth-menyunu tapmaq və qoşulmaq kifayətdir. Qulaqlıqlar sinxron şəkildə işə qoşulur. Keysə qaytarıldıqda avtomatik olaraq sönür və enerji yığmağa başlayırlar. Qulaqlıqlar uzun məsafədə də yaxşı işləyir, telefon masa, divan üstündə, və hətta digər otaqda olduqda belə səs itmir.
Hər qulaqlıq 7,2 mm dinamiklər və mikrofonlara malikdir. Mikrofonlar yüksək keyfiyyətlidir – məlumatların emalına DSP – ağıllı səs yatırılması texnologiyası cavabdehdir. Qıraq səsləri ləğv edir.
Hər qulaqlıq kiçik LED işığa malikdir: qırmızı işıq qarniturun əlavə enerji yığımına ehtiyacı olduğunu, ağ işıq isə keysin tam enerji yüklədiyini göstərir.
Keys 2 saat ərzində 100% toplayır, qulaqlıqlar isə tam doldurulması üçün 30 dəqiqədən bir saata qədər enerji yığır.
Mi Earbuds Basic S modelinə yeni xüsusiyyət əlavə edilmişdir – səsin az gecikməsi ilə oyun rejimi. Üçqat toxunuşla aktiv olur və YouTube-da video qoşulduqda səsin gecikməsini azaldır.
Earbuds Basic S konstruksiyasının əsasında çox yüngül qara rəngdə mat korpus var. Daxili əlavələr erqonomik dizayna malikdir, beləliklə rahatlıq və qulaqlarda sabit qalmasını təmin edir. Earbuds Basic S qulaqlarda səliqəli oturur və demək olar ki, kənara çıxmırlar. Keys qara mat səthli plastikdən istehsal edilmişdir. Arxa tərəfində enerji toplamaq üçün micro-USB portu yerləşir.
Qulaqlıqlar stereo-səsi dəstəkləyir və DSP ağıllı səs yatırılması funksiyasına malikdir, təmiz və aydın səs ilə təmin edirlər.
Qulaqlıqların dəstinə daxildir: enerji keysi, özünüzə uyğun seçim etmək üçün müxtəlif ölçülərdə əlavə qulaqlıq yastıqları və zəmanət bildirişi ilə təlimatı.
Qulaqlıqlar 2 saat ərzində orta səs səviyyəsində musiqi dinləməyə davamlıdır. Tam enerji doludurlma vaxtı 30 dəqiqədən 1 saata qədərdir. Keys isə 0%-dan 100% qədər doldurulması üçün 1,5 saat vaxt tələb edir.
Maxi.az internet-mağazasında Xiaomi Redmi AirDots S Black (qara) naqilsiz qulaqlıqları münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş və çatdırılma üsulları mövcuddur, sizə rahat və uyğun olanı seçin. Sifarış zamanı hər hansı bir çətinlik olarsa, mağaza məsləhətçimiz sizə köməklik göstərəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıtda yerləşən Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz.