Xiaomi AirDots 2 naqilsiz qulaqlıqların ən əsas iki maraqlı cəhətini qeyd etmək olar. Environment Noise Reduction sayəsində ətraf səslər daha yaxşı yatırılır və telefon danışıqları zamanı səs daha aydın olur. Qulaqlıqların bir birindən asılı olmayaraq ayrıca işlədiklərini də qeyd etmək vacibdir. Və ən əsas üstünlüklərindən biri də - modelin erqonomikasıdır. Qulaqlarda etibarlı və rahat şəkildə saxlamağa kömək edən forma sayəsində cihazın istifadəsi çox rahatdır.
Qulaqlıqlar qara mat plastikdən istehsal edilmişdir və yığcam ölçüsü sayəsində çox səliqəli görsənir. Yuxarıda qeyd olunduğu kimi, qulaqlarda rahat və etibarlı şəkildə yerləşdirilir, qaçarkən və ya başın ani hərəkətləri zamanı belə düşmür.
Smartfona ilk qoşulması üçün növbəti addımlara ehtiyac var:
Düymələrə uzun müddətli basdıqda cihaz qoşulur və ya söndürülür, qısa müddətli basdıqda isə musiqini oynat/fasilə kimi işləyir. Keysə qaytarılan zaman sönür və enerji yığmağa davam edirlər.
Xiaomi Redmi AirDots 2 qulaqlıqları Bluetooth 5.0 dəstəkləyir. Qulaqlıqlar bir birindən asılı olmayan şəkildə işləyir və ikisindən birinin enerjisi bitdikdə yenidən qoşulmağı tələb etmir. Bircə toxunuşla musiqini qoşmaq və ya söndürmək, və ya zəngə cavab vermək mümkündür. İkiqat toxunuşla səs assistenti qoşulur.
Enerji toplanması zamanı qırmızı işıq keysin 100% dolu olmaması, ağ işıq olduqda isə keysi tam 100%, yani tam dolu olduğu barədə siqnal verir.
Keys 1 saat ərzində 100% enerji toplayır, qulaqlıqlar üçün isə 40 dəqiqədən 2 saata qədər vaxt tələb olunur. Cihazın akkumulyator həcmi 40 mAs, keysin quraşdırılmış akkumulyator həcmi isə 300 mAs təşkil edir, bu həcm qulaqlıqların 3 dəfə tam enerji toplamasına kifayətdir. Səs orta dərəcədə olarkən aktiv şəkildə istifadə etdikdə qulaqlıqlar 3,5 saat ərzində davamlı işləyəcək.
Xiaomi Redmi AirDots 2 modelinin kanaldaxili uyğunluğu ətraf səsləri aradan qaldırır. Qulaqlıqlar böyük səs həcminə malikdir. Səs aydın və detallıdır, modelin büdcəli seqmentə aid olduğu halda bu cür keyfiyyətli olması xoş sürprizdir.
Xiaomi Redmi AirDots 2 Black (qara) naqilsiz qulaqlıqları Maxi.az internet-mağazasında tam asanlıqla və ən minimum qiymətə əldə etmək olar. Birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlə ödəmək imkanlarından faydalanın. Sizə ən uyğun ödəniş və çatdırılma üsulunu seçin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.