Samsung şirkəti artıq bir neçə ildir ki, alıcıları təkcə flaqman smartfonları ilə deyil, həmçinin çox keyfiyyətli naqilsiz qulaqlıqlarla da sevindirir. 2021-ci ilin yay fəslində satışa daxil olunmuş Galaxy Buds 2 modeli səsboğma və nəmdən qorunma keyfiyyətinə malik olan qulaqlıqlardır.
Galaxy Buds 2 enerji keysi çox keyfiyyətli parlaq plastikdən istehsal edilmişdir. Üzərində Samsung loqotipi əks olunmuşdur. Loqodan bir qədər aşağıda enerji səviyyəsinin göstəricisi olan LED işıq mövcuddur. Keysin daxilində qulaqlıqların özünə aid enerji səviyyəsinin göstəricisi olan LED işıq var. Keys yaxşı erqonomikaya malikdir, qapağı baş barmaq ilə açılır. Cihaz qulaq daxilində tam rahat şəkildə yerləşdirilir, hətta idman edərkən də qulaqdan çıxmır. Sensorlar, rabitə və səsboğucu mikrofonlar qulaqlıqların kənar tərəfində yerləşir. Enerji kontaktları, mikrofon və infraqırmızı sensorlar – daxili tərəfindədir.
Qulaqlıqları qoşmaq üçün sadəcə keysi açmaq kifayətdir. Daxili işıq göy rəngdədirsə, bu o deməkdir ki, qulaqlıqlar Bluetooth 5.2 qoşula bilər.
Bir dəfəlik toxunuş zamanı fasilə/səslənmə, ikiqat toxunuş – növbəti musiqiyə keçid, üç dəfəli toxunuş isə əvvəlki musiqinin yenidən qoşulmasını təmin edir. Qulaqlıqların istənilən birinin üzərində toxunuşun uzun müddət saxlanılması səsboğma funksiyasını qoşur və ya söndürür.
Qulaqlıqlar yüksək keyfiyyətli səsə malikdir. Bu onların qoşulduğu smartfondan da asılıdır.
Cihaz hər qulaqlıqda 61 mAs həcmli akkumulyatorlarla təchiz edilmişdir. Səsboğucu funksiya söndürüldükdə bir dəfəlik enerji doldurulması 7 saata qədər fasiləsiz musiqi dinləməyə imkan verir.
Enerji keysinin batareyası 472 mAs həcmlidir, qulaqlıqların işləməsini 20 saata qədər davamlı saxlayır. Qulaqlıqların tam doldurulmasına 1,5 saat, keys üçün isə 2 saat tələb olunur.
İşıq göstəriciləri enerji səviyyəsinin dərəcəsini əks etdirir. Yaşıl işıq – qulaqlıqlar 100% qədər şarj olunmuşdur, qırmızı – enerji səviyyəsinin aşağı olmasıdır.
Maxi.az internet mağazasının “Telefonlar, planşetlər və gacetlər” bölməsində Samsung Galaxy Buds2 naqilsiz qulaqlıqları asanlıqla və ən münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.