JBL qulaqlıqlar Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Aksesuarlar

JBL qulaqlıqları

«Harman International Industries» tərkibində olan Amerika brendi JBL özünə məxsus keyfiyyətli akustika və audiotexnikası ilə məşhurdur. Şirkət 1946-cı ildə Ceyms Lendinq tərəfindən yaradılmışdır.

Brendə məxsus məhsullar arasında xüsusi diqqət məhz qulaqlıqlara yetirilir.

Ən uyğun JBL qulaqlıqlarını necə seçmək olar?

İstifadəçi naqilli cihazlara üstünlük verdiyi halda keyfiyyətli və münasib qiymətə malik bir model mövcuddur (JBL T110). Naqilsiz qulaqlıqlar lazım olduqda isə aşağıda göstərilmiş məqamlara nəzər yetirmək vacibdir:

  1. Seçim üçün ən əsas göstərici – səsdir. Keyfiyyətli qulaqlıqlar, istər naqilli, istər naqilsiz, əsasən musiqi dinləmək məqsədi ilə istifadə olunur. Naqilsiz JBL qulaqlıqları yüksək səviyyəli, dolğun və təmiz səsə malikdir. Bəzi modellərdə bas vurğusu olur.
  2. Bütün naqilsiz JBL modelləri rahat daşınır və danışıqlardan çox musiqi dinləməsi üçün nəzərdə tutulmuşlar.
  3. Qiymətlərə gəldikdə - naqilli və ya naqilsiz Bluetooth JBL qulaqlıqları qiymət və keyfiyyətin ideal uyğunluğu ilə fərqlənir.
  4. Bütün JBL seriyaları hər bir və ya iki ildə yenilənir. Və eyni zamanda köhnə modellər aktuallığını itirmir və hələ də aktiv şəkildə istifadə olunur.

JBL T110

JBL T110 – naqilli büdcəli modellərdən ən yaxşısıdır, brendə məxsus bas səslənməyə malikdir. Model 4 rəngə istehsal olunur. Qulaqlığın rahat, dolaşmayan yastı kabeli var.

JBL Tune 225 TWS

JBL Tune 225 TWS naqilsiz modeldir, başqa sözlə desək – qulaqdaxili cihazdır. Keyfiyyətli səs və mikrofon ilə təchiz edilmişdir. Model münasib qiymətə malikdir və qarnitur kimi uyğun variantdır. Qulaqdaxili cihazın uzun "ayaqları" var, mikrofonu dodaqlara yaxın yerləşir, səs keyfiyyətlidir, aydın eşidilir, bunun sayəsində hətta səs-küylü yerlərdə belə rahatlıqla danışmaq mümkündür.

JBL Live 460NC

JBL Live 460NC modeli ən keyfiyyətli qulaqüstü JBL cihazlarından biri sayılır. Qulaqlıqlar gözəl görünüşə malikdir və funksionaldır. Qulaqlıqlar səs-boğucu keyfiyyətinə malikdir, faydalı və zəruri funksiyalar olan proqramları dəstəkləyir. JBL Live 460NC 50 saata qədər enerji saxlayır və bu müddətdə səs keyfiyyətini itirmir. Model yığcam ölçülərə və yaxşı erqonomikaya malikdir. Eyni zamanda qiyməti çox münasibdir.

JBL Live 300 TWS

JBL Live 300 TWS naqilsiz vakuum qulaqlıqlar Bluetooth 5.0 dəstəkləyir, keyfiyyətli səsə malikdir. Model yüksək keyfiyyət və münasib qiymət uyğunluğu ilə istifadəçiləri sevindirir. Təmiz səs, qulaqlarda rahat şəkildə yerləşməni (qulaqlıqlar möhkəm oturur, gərginlik yaratmır, hərəkət edən zaman qulaqlardan çıxmır) əldə edirik.

JBL Tune 125 TWS

JBL Tune 125 TWS – naqilsiz kanadaxili qulaqlıqlardır. TWS-qulaqlıqların münasib qiymətinə baxmayaraq, istifadəçilər JBL aksesuarı, uzun müddətli avtonom iş (8 saata qədər fasiləsiz istifadə) və ən əsası – yüksək səviyyəli səsi əldə edirlər. JBL Tune 125 TWS səsi bas və enerjiliyi ilə fərqlənir.

JBL Live 660NC

JBL modelləri arasında JBL Live 660NC ən yaxşı tam ölçülü naqilsiz qulaqlıqlardır. Cihaz yaxşı səsboğucu effektə malikdir. Büdcəli qiymətinə baxmayaraq 50 saata qədər şarj olunmadan, uzun müddət işləyə bilər! JBL Live 660NC qatlanan konstruksiyaya malikdir, faydalı funksiyalar olan tətbiqləri dəstəkləyir. Qulaqlıqlar keyfiyyətli, dolğun və təmiz səsə malikdir.

JBL Club Pro+ TWS

JBL Club Pro+ TWS naqilsiz qulaqlıqlar yaxşı səsboğucu funksiyaya və keyfiyyətli səsə malikdir. Şəffaflıq, ağıllı fasilə, səs tənzimlənməsi, və daha bir çox digər funksiyalarla təchiz edilmişdir. JBL qulaqlıqlarının əksəriyyətində olduğu kimi bu modeldə də sərfəli qiymət və faydalı funksiyaların uyğunluğunu qeyd etmək olar.

JBL Club 950NC

JBL Club 950NC 29-30 saata qədər avtonom işi ilə fərqlənir. Model qatlanan konstruksiyaya malikdir, multipoint (eyni vaxtda iki müxtəlif Bluetooth audio cihazına qoşmağa imkan verir) və simli qoşulmanı dəstəkləyir.

JBL Tour Pro+ TWS

JBL premium seqmentindən Tour Pro+ TWS modelini qeyd etmək olar. Cihaz kanaldaxili qulaqlıqlardan ən yaxşısı sayılır. Aktiv səsboğucu effekt, bir çox faydalı və lazımlı funksiyalar, əla erqonomika, detallı və aydın səs ilə fərqlənir. Model yığcam ölçülərə malikdir.

JBL Tour One

Tour One - ən yaxşı naqilsiz tam ölçülü JBL qulaqlıqlarıdır. Model premium seqmentə aiddir. Yaxşı səsboğucu effekt, bir sıra faydalı funksiyalar, rahat tətbiq və yüksək keyfiyyətli səsə malikdir.

JBL qulaqlıqlarının qiymətləri nədir və onları harada əldə etmək olar? Bu barədə son bənddə:

Maxi.az-da alış

JBL qulaqlıqlarını Maxi.az internet mağazasında ən sərfəli qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. JBL qulaqlıqlarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml