Qan tərkibində oksigenin səviyyəsi – ümumi fiziki vəziyyətinizin vacib göstəricisidir. Qanın nə qədər oksigenlə dolğun olduğunu və orqanizmə nə qədər oksigen daxil olduğunu qiymətləndirməyə kömək edir. Və bu məqamı Apple Watch Series 6 saatında olan xüsusi tədbiq və göstərici ilə ölçmək mümkündür.
Qan tərkibində oksigen səviyyəsinin göstəricisi dörd işıq diod klasteri və dörd foto diodlardan ibarətdir. Saatın arxa panelinə quraşdırlmışdır. “Qan tərkibində oksigen” əlavəsi ilə birlikdə qanın oksigenlə doyma səviyyəsini ölçməyə imkan verir.
Yaşıl, qırmızı və infraqırmızı işıq diodları bilək nahiyəsindəki qan damarlarına işıq saçır, foto diodlar isə əks olunan şüaların intensivliyini ölçür. Sonra yeni alqoritmlər işə qoşulur. Onlar qanın rəngini ölçür, və bununla onun oksigenlə doyma səviyyəsi müəyyən edir.
Ürək ritminin həddindən artıq aşağı və ya yüksək olması ciddi xəstəliyin göstəricisi ola bilər. Bir çoxları bu simptomlara fikir vermir və vaxtında həkimə müraciət etmir. Apple Watch Series 6 ürək ritmini izləyir və “Pulse” tətbiqindən və xüsusi bildirişlərdən istifadə edərək anormallıqları bildirir.
Yuxu müddəti səhhət üçün çox vacibdir. Yeni “Yuxu” tədbiqi yatmazdan əvvəl etməli olduğunuz bir sıra hərəkətləri tez yerinə yetirməyə imkan verir. Və gün günə, gecədən gecəyə yuxunuzun müddətini izləməyə imkan verir. Tədbiqdə özünüzə uyğun ideal yuxu rejimini ayarlaryın və izləyin.
Saat yeni nailiyyətlərə həvəsləndirir və fitness göstəricilərini daha dəqiq izləyir - hovuzda, idman zalında, parkda.
Watch Series 6 GPS 44mm saatı ilə siferblatların xarici görünüşünü və məzmununu dəyişmək, və həmçinin onlarla digər istifadəçilərlə bölüşmək mümkündür. Hər kəs öz maraqlarına uyğun xüsusi tematik imkanlarla maraqlı bir variant seçə bilər. Bu cür siferblatları App Store, sayt və sosial şəbəkələrdə tapmaq olar.
Apple Watch Series 6 ilə sağlam həyat tərzini yaşamaq, daha aktiv və hər zaman əlaqədə olmaq daha asandır.
Maxi.az internet-mağazasında Apple Watch Series 6 GPS 44mm Space Gray Aluminium Case ağıllı saatı münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş və çatdırılma üsullarından özünüzə ən uyğun olanı seçin və ağıllı saat sahibi olun. Sifarişlə hər hansı bir çətinlik olarsa, mağaza məsləhətçisi mütləq köməklik edər. Bu modeli mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.