Model Xiaomi Pad 5 bütün dünyada tanınmış və artıq bestsellerə çevrilmişdir. Belə uğurun səbəbi nədir? Çox sadə - alıcı münasib qiymətə məhsuldar Snapdragon platforması, HDR və Dolby Vision olan ekran, Dolby Atmos dəstəkləyən güclü səs və hətta uzun müddət ərzində davamlı batareya əldə edir.
Planşet Pad 5 incə və nazik korpusa malikdir, onun simmetrik çərçivələri alüminiumdan istehsal edilmişdir. Arxa paneli barmaq ləkəsi saxlamayan yumşaq mat plastikdəndir. Pearl White sədəf parıltılı rəngi isə çox eleqant görsənir.
Stilus üçün qida gırışı cihazın mərkəzində yerləşir. Stilus korpus üzərində maqnitlərin köməkliyi ilə saxlanılır və naqilsiz üsul ilə sarj yığır.13Mp əsas kamera bucaqda, aşağı hissədə isə flash işıqlanma yerləşir.
Xiaomi Pad 5 6GB 128GB modeli inanılmaz güclü səsə malikdir. Film izlədikdə və ya oyun oynadıqda cihaz bütün səs nüanslarını tam aydınlıqla çatdırır. Audio sistem cihazın hər tərəfində 2 dinamik olaraq ümumi 4 ədəd dinamikdən ibarətdir. Dolby Atmos həcmli səs texnologiyası da öz vəzifəsini mükəmməl şəkildə yerinə yetirir – səs dinləyicini hər tərəfdən əhatə edir.
Pad 5 WQHD+ с 2К imkanlı, 11" diaqonalı olan böyük IPS ekran ilə təchiz edilmişdir. Həmçinin DCI-P3 rəng sahəsi dəstəklənir, belə ki, görüntü çox parlaq, rəngarəng və realdır, ekran bir milyarddan artıq rəng və çalarları əks etdirir.
Mi Pad 5 ətraf mühit işıqlandırmasını təhlil edən, həm parlaqlıq, həm də rəng temperaturunu tənzimləyən göstəriciyə malikdir.
Planşet Android 11-də əsaslanan MIUI 12.5 operativ sistem ilə işləyir. Quraşdırılmış tədbiqlərdən Google, Xiaomi alətləri, və həmçinin lazım olmadıqda ləğv oluna bilən əlavələr - WPS Office və Netflix mövcuddur.
Xiaomi Pad 5 yüksək məhsuldarlığa malik olan Snapdragon 860 çipseti ilə işləyir, həmin çipset TSMC 7 nm texprosesi üzərində qurulmuş 8 nüvəli prosesor və Adreno 640 qrafikasına malikdir.
Xiaomi Pad 5 planşetin kameraları: Dual-LED işıqlı, avtofokuslu və 4K video dəstəkləyən 13 Mp əsas kamera və 8Mp ön kamera. Kameraların üstünlükləri - sürətli və dəqiq avtofokus, bütün foto üzərində yüksək dəqiqlikdir. Həmçinin makro çəkilişlər də etmək mümkündür - kamera bütün xırda detalları aydın şəkildə göstərir.
Planşet 8720 mAs həcmli akkumulyatora malikdir və enerji toplamadan uzun müddət davamlı işləyir.
Xiaomi Pad 5 6GB 128GB White (ağ) planşet modelini Maxi.az saytında ən optimal qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlə ödəmək imkanlarından faydalanın. Sizə ən uyğun ödəniş və çatdırılma üsulunu seçin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.