【iPad】 Bakıda kreditlə satışı • MAXI.AZ-da qiymətlər

Planşetlər Bu kateqoriyada hal hazırda 1 məhsul var

iPad planşetləri

Dünyanın ən keyfiyyətli və rahat planşetləri barədə söhbət açıldıqda ilk fikirə gələn iPad planşetləridir. Аpple cihazları bir çox cəhətdən müqayisə olunmazdir. Ən əsas üstünlüyü – iOS əməliyyat sistemi və ekstra güclü prosesordur. Əlbəttə ki, dəbli dizaynı da danmaq olmaz – iPad-i sadəcə əldə saxlamaq belə xoşdur. Planşetlər siyahısına daxildir: iPad Air, iPad mini, iPad Air + Cellular, iPad Pro.

Apple iPad Air

Apple iPad Air rəsmlər, layihələr, sxemlər və digər işlərin yaradılması üçün uyğun olan yüngül və incə bir cihazdır. Brend iPad Air yaratdıqda digər cihazlardan demək olar ki, 8 dəfə daha böyük gücə üstünlük vermişdir. Qrafik modulu da əvvəlki planşetlərdən daha böyükdür.

Apple iPad Air (2020) 64Gb Wi-Fi

Bu iPad modeli isə 10.9 düym diaqonala malikdir. İstifadəçi yüksək səviyyəli rənglər, toxunuşlara dərhal cavab verən sensoru əldə edir. Model 2020-ci ildə alıclara təqdim olunmuşdur. Cihaz geniş rəng diapazonuna malik keyfiyyətli görüntünü təmin edən yenilikçi matris ilə təchiz edilmişdir. Bu planşetdə videoları keyfiyyətini itirmədən 4K imkanı ilə izləmək mümkündür. Model sürətli reaksiya və yüksək məhsuldarlıq bəxş edən A14 Bionic prosesoru ilə təchiz edilmişdir.

Apple iPad Air (2019) 64Gb Wi-Fi

Dəbli və müasir dizaynlı bu model Apple Pencil qələmini dəstəkləyir. Oyun üçün nəzərdə tutulan iPad 10.5″ düym diaqonala malik geniş displey və 6-nüvəli A12 Bionic mərkəzi prosesor ilə təchiz edilmişdir. Bu prosesor sayəsində istifadəçi rəsm çəkmək, video izləmək, oyun oynamaq və ümumiyyətlə istənilən iş məqsədlərinə uyğun tam rahat şəkildə istifadə etmək imkanlarını əldə edir. Model 2224×1668 piksel imkanlı IPS matrisi ilə təchiz edilmişdir.

Apple iPad Air (2019) 64Gb Wi-Fi + Cellular

Bu model bütün faydalı funksiyaları dəstəkləyir: GPS, USB vasitəsilə şarj toplama, planşeti rabitə vasitəsi kimi istifadə etməyə imkan verən SIM-kart üçün slot. iPad Air kompüter prosesorları ilə müqayisə edilən 6-nüvəli Apple A12 Bionic ilə işləyir. Bu növ prosesor ilə ən mürəkkəb vəzifələrin öhdəsindən gəlmək mümkündür, hətta bir neçə işləri eyni zamanda etmək olar.

Аpple iPad mini

Apple iPad mini (2019) 64Gb Wi-Fi

Mini seriyasından olan bu planşet Apple Pencil qələmini (stilus) dəstəkləyir. Model yığcam ölçülərə malikdir, rahat şəkildə istifadə edilir, güclü prosesor ilə təchiz edilmişdir. Korpusu metaldan istehsal edilmişdir, ekranı temperli qoruyucu şüşə ilə örtülmüşdür, bu da cihazın yüksək dərəcədə möhkəmliyini təmin edir.

Planşet 6-nüvəli A12 Bionic prosesoru ilə işləyir, operativ yaddaşı 3Gb təşkil edir. IPS matris, 2048×1536 piksel imkanlı və 324 ppi sıxlığı olan displey rahat iş prosesini təmin edir. İstifadəçi keyfiyyətli görüntü, parlaq rənglər, görmə üçün rahatlıq əldə edir.

Apple iPad mini (2019) 64Gb Wi-Fi + Cellular

Yığcam Apple iPad mini planşeti çox rahat və sürətlidir, SİM-kart üçün slot, GPS modulu, altı nüvəli A12 Bionic prosesoru ilə təchiz edilmişdir. Həmin prosesor yüksək məhsuldarlığa malikdir və toxunuşlara dərhal cavabı təmin edir. Planşet IPS matrisi və 2048×1536 piksel imkanlı ekran ilə təchiz edilmişdir. Bundan əlavə Wi-Fi və Bluetooth modulları da dəstəklənir. Planşetin korpusu alüminiumdan istehsal edilmişdir, ekran etibarlı, möhkəm qoruyucu şüşə ilə örtülmüşdür. Bunlarla yanaşı müasir və dəbli xarici görünüşü müşahidə olunur. iPad mini gündəlik işlər, video, foto ilə iş, İnternet axtarışları, video oyunlar üçün uyğundur.

Apple iPad Pro

iPad Pro — təkmilləşdirilmiş prosesor, daha geniş operativ yaddaş həcmi, böyük diaqonal kimi yüksək xüsusiyyətlərə malik olan bir seriyadır.

Apple iPad Pro 11 (2020) 128Gb Wi-Fi

iPad Pro 11 modeli 11 düym monitor, güclü prosesor və 6Gb operativ yaddaş ilə təchiz edilmişdir. Bu növ xüsusiyyətlər böyük funksionallığı təmin edir Belə ki, planşet uzun müddət fasiləsiz istifadə edildikdə də davamlı qalır. 2388×1668 piksel imkanlı IPS matrisi olan ekran istifadəçi üçün görmə rahatlığı, dəqiq və aydın rənglər, istifadə rahatlığını təmin edir. Planşet Apple Pencil, ProMotion,LiDAR və Face ID dəstəkləyir.

Apple iPad Pro 12.9 (2020) 128Gb Wi-Fi

Apple iPad Pro 12.9 ekstra güclü və məhsuldardır. İncə çərçivəli (demək olar ki, çərçivəsiz) böyük ekranı IPS matris, 2732×2048 piksel imkanına malikdir, aydın və dəqiq görüntünü təmin edir. 6Gb operativ yaddaş və A12Z Bionic səkkiz nüvəli mərkəzi prosesor sayəsində planşet ən çətin vəzifələrin öhdəsindən gəlir. Akkumulyator 10 saata qədər fasiləsiz iş prosesinə davam gətirir.

Bu növ cihazı rəssamlar, dizaynerlər, həmçinin memarlar öz yaradıcı işləri üçün seçirlər.

Аpple iPad 2020

Apple iPad (2020) 32Gb Wi-Fi

Apple brendinin bu modeli büdcəli iPad-lərə aiddir, qiyməti nisbətən münasibdir. Model 10.2 düym displey, 6 nüvəli A12 Bionic prosesoru, 10 saat ərzində davamlı iş prosesini təmin edən güclü akkumulyator ilə təchiz edilmişdir. Bundan əlavə, planşet Smart Keyboard klaviaturasından istifadəni dəstəkləyir.

Apple iPad (2020) 32Gb Wi-Fi + Cellular

Model güclü, məlumatları sürətli şəkildə emal edən altı nüvəli A12 Bionic prosesor ilə təchiz edilmişdir. Planşet nano-SİM dəstəkləyir və beləliklə mobil ünsiyyət təmin olunur. 10.2 düym diaqonalı olan böyük ekran quraşdırılmışdır. Yüksək imkanlı displey dəqiq və parlaq görüntüdən həzz almağa imkan verir. Model Glonass və GPS, və həmçinin bir çox rabitə standartlarını dəstəkləyir.

Maxi.az-da alış

Bütün iPad modelləri qiymətləri ilə birlikdə Maxi.az internet mağazasında göstərilmişdir. İşlərinizə uyğun seçim edib saytdan ən optimal qiymətə sifariş edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. iPad planşetlərini həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml