Outlet Televizorlar və Audio-Video: ucuzlaşdırılmış malların satışı | Maxi.az

Televizorlar və Audio-Video

Yarandığı andan televizor evdə texnikanın əsas əşyalarından biri olub. Bu günə onun funksiyaları yalnız telekanalların yayımlanması ilə məhdudlaşmır, təsvir reallıqla təəccübləndirir. LED-texnologiyaların istehsalda istifadəsi çox böyük ölçülü ekranların yaradılmasına imkan verir, buna görə də kinoteatrı istənilən otaqda yaratmaq olur. Yeni nəsil ev televizorları yüksək təzad, artırılmış davamlılığı və minimal qalınlığı ilə seçilir. Əgər Siz LED-televizor almaq istəyirsinizsə, bizim internet-mağazanın ucuzlaşdırılmılş malları təqdim olan kataloqa baxın.

Outlet mağazasında televizoru necə seçmək olar?

İşıq diodlu ekranların istehsalı təsvirin açıq səma altında, yəni stadion və meydanlarda nümayişi üçün nəzərdə tutulub. İlk ev LED-televizoru Samsung markası altında çıxmışdır, daha sonra istehsalçı sırası genişlənmişdir. Bu günə bu cür malların satışı ilə müxtəlif şirkətlər məşğul olur, ona görə də Siz istənilən brend seçə bilərsiniz, lakin ilk növbədə xüsusiyyətlərə diqqət yetirmək lazımdır. İlk növbədə, ekran diaqonalı üzrə düymlərdə ölçülən, televizor ölçüləri müəyyənləşdirilməlidir. Təsvirin keyfiyyəti bundan asılı deyildir, lakin ekran nə qədər böyük olarsa, təsvir də o qədər reallaşır. Autlet mağazasında Siz müxtəlif standart və imkanlara malik televizorlar tapacaqsız. Quraşdırılmış internetə çıxış funksiyalı Smart TV modellərinə də endirim keçərlidir. Belə qurğularda televizor və kompüterin funksiyaları cəmlənir, və həmçinin əlavə üstünlükləri ilə də fərqlənir:
  • interaktiv media;
  • internet televiziyası;
  • axın multimedia.
Smart TV operatorlar tərəfdən nəzərdə tutulmayan imkanlar verir. Belə ağıllı qurğu tamaşaçının televizorla qarşılıqlı fəaliyyət modelini tamamilə dəyişir.

Televizor istehsalında yeni texnologiyalar

Modellərin müəyyən hissəsi Wi-Fi vasitəsilə internetə qoşulmaq imkanına malikdir ki, bu da bir sıra funksiyalarını xeyli genişləndirir. Siz nəinki telekanallara, həm də internetdə istənilən məlumata baxa bilərsiniz. Əgər Sizə əlavə funksiyalar lazımdır deyilsə, və Siz televizoru televiziya üçün almağa planlaşdırırsınızsa, o zaman CI (common interface) və Ethernet funksiyalarını dəstəkləyən qurğular siqnalın keyfiyyətli ötürülməsini təmin edəcək. Siz bizim Maxi internet-mağazada ucuzlaşdırılmış yüksək keyfiyyətli malların geniş çeşidini tapıb Azərbaycanın istənilən nöqtəsinə çatdırılmasını sifariş edə bilərsiniz.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml