Masaüstü soba – dadlı təamlar bişirməyi sevənlər üçün əvəzolunmaz bir cihazdır. Bundan əlavə, çox praktik və istifadəsində rahatdır. Zimmer ZM-EO360 masaüstü soba ağ korpuslu, dəbli dizaynlı modeldir. Keyfiyyət və münasib qiymət uyğunluğuna malikdir.
Zimmer ZM-EO360 sobasının ölçüləri 52 х 40 х 33 sm təşkil edir. Yığcam ölçüləri sayəsində sobanı istənilən məkanda yerləşdirmək mümkündür. Sobanın həcmi 36 litr təşkil edir. Yığcam ölçülərinə baxmayaraq, içərisində istənilən yeməkləri və dadlı un məmulatlarını bişirmək rahatdır. 1,6 m uzunluğu olan kabel sobanı elektrik şəbəkə girişindən istənilən məsafədə yerləşdirmək imkanı verir. 75˚С təşkil edən ən aşağı temperatur səviyyəsi yeməkləri mikrodalğalı sobada olduğu kimi isitmək və ya meyvə-tərəvəzləri qurutmaq imkanı verir. 280˚С təşkil edən maksimum temperaturda istənilən təamlar və hətta tort və piroqları bişirmək mümkündür.
Zimmer ZM-EO360 modelində 3 iş rejimi mövcuddur: alt elementin isinməsi (piroq və tortların bişirilməsi üçün çox rahat rejimdir), üst elementin isinməsi və tam isinmə rejimi (alt və üst eyni zamanda). Tam isinmə zamanı təam hər tərəfli mükəmməl şəkildə hazırlanacaq və dadlı qızaracaq. Sobanın daxili hissəsi odadavamlı örtüklə təchiz edilmişdir.
Elektrik soba Zimmer ZM-EO541 daxili işıqlandırma ilə təchiz olunmuşdur, sayəsində yemək və ya şirniyyatların nə dərəcədə hazır olduğunu izləyə bilərik.
ZM-EO541 sobanın dəstinə metal izqara (balıq və ya ətin bişirilməsi üçün çox rahat detaldır), yuvarlaq və kvadrat emal qablar daxildir.
Zimmer ZM-EO360 masaüstü elektrik sobanı Maxi.az internet mağazasında «Məişət texnikası» bölməsində ən münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.