Samsung tozsoran Bakıda kreditlə satışı • MAXI.AZ-da qiymətlər

Tozsoranlar Bu kateqoriyada hal hazırda 2 məhsul var

Samsung tozsoranları

Dünyada təmizlik sahəsində tozsoran istehsalında ilk yerlərdən birini tutan məhz Samsung brendidir. Samsung tozsoranları hər zaman yüksək keyfiyyət, mükəmməl konstruksiya, yüksək toz çəkmə gücü, və, əlbəttə ki, münasib qiymətləri ilə fərqlənir.

Samsung tozsoranlarından hansı modeli seçmək olar?

Seçim etdikdə bu məqamları nəzərə almaq vacibdir:

  1. Tozsoran növü. Brend toz torbası olan klassik, şaquli və həmçinin siklon sistemli modelləri istehsal edir. Bu növlərdən hər biri bir sıra üstünlüklərə malikdir, lakin ən tələb olunan modellər – toz konteynerli tozsoranlardır.
  2. Güc. Klassik tozsoranlar üçün ən yaxşı güc səviyyəsi – 1800-2000 Vt, akkumulyatorlu növlər üçün isə 400-450 Vt təşkil edir.
  3. Çəkmə gücü – 350-400 Vt diapazonunda təşkil edə bilər;
  4. Toz torbası və ya konteynerinin həcmi. Modellər əksər hallarda 2 litr həcmində torba və ya konteynerlər ilə təchiz olunur;
  5. Dəsti. Dəstə adətən adi universal döşəmə başlıqları daxildir. Həmçinin mini-turbo başlıq, elektrik fırçası, dəlik başlığı da daxil ola bilər;
  6. Səs səviyyəsi. Samsung tozsoranları 86dB aşağı səs səviyyəsinə malik olur.

Standart və şaquli tiplərə aid ən populyar modellərə nəzər yetirək.

Toz torbalı Samsung tozsoranları

Samsung VC20M251AWB

Bu klassik model çox güclü mühərrik ilə təchiz edilmişdir. Cihaz zibil və tozu mükəmməl şəkildə aradan qaldırır. Tozsoran böyük həcmli toz torbası və ikili filtrasiya ilə təchiz edilmişdir. Şəbəkə kabeli uzun və rahatdır. Samsung VC20M251AWB ən çətin yerlərə çatan teleskopik boru ilə təchiz edilmişdir. Model orta qiymət seqmentinə aiddir və uşaqlı ailələr üçün uyğundur. Əsas xüsusiyyətlərindən tozsoranın quru təmizləmə etməsi, 2000 Vt gücə malik olması və toz qabı həcminin 2,5 litr təşkil etməsini qeyd etmək olar. Cihaz sadədir və istifadəsi çox rahatdır, manevrlidir.

Samsung SC4140

Bu model 3 litr həcmli böyük toz torbası ilə təchiz edilmişdir. Bu həcm böyük sahələrdə təmizlik işlərini etməyə imkan verir. Tozsoran bütün kiçik zibil və tozu ən qısa müddətdə mükəmməl şəkildə təmizləyir. Ən yeni filtr detalları keyfiyyətli filtrasiyanı həyata keçirir. Bütün bu xüsusiyyətlərə baxmayaraq, model çox yığcam və yüngüldür.

Samsung SC5241

Samsung SC5241 güclü mühərrik ilə təchiz edilmişdir. Dəstə bir neçə növ, o cümlədən yumşaq mebel üzərində tozu təmizləmək üçün başlıq mövcuddur. Yumşaq mebelin ideal təmizlənməsi allergiyanın inkişafının qarşısını alır. 6 metr uzunluğu olan kabel otaqda rahat şəkildə hərəkət etməyə imkan verir. Cihaz təkcə faydalı texniki xüsusiyyıtləri deyil, həmçinin dəbli dizayna da malikdir.  

Toz konteynerli Samsung tozsoranları

Samsung SC4326

Bu model toz və zibilin toplanması üçün konteyner ilə təchiz edilmişdir. Tozsoran yığcam ölçülərə malikdir, quru təmizliyi həyata keçirir, səs səviyyəsi aşağıdır. Cihaz keyfiyyətli filtrasiya sistemi ilə təchiz edilmişdir, toz konteynerə daxil olur və yenidən buraxılmır. Aparat 6 metrlik kabelin köməkliyi ilə rahat şəkildə manevrli hərəkət edir və idarə olunur.  

Samsung SC8837

Tozsoran Samsung SC8837 dəbli dizayna malikdir, 2 litr həcmli çox rahat toz konteyneri ilə təchiz edilmişdir. Cihaz səssizdir, effektiv şəkildə təmizlik edir, gücü 2200 Vt təşkil edir. Dəstə daxil olan bir neçə başlıq müxtəlif növ səthlər üzərində təmizlik etməyə imkan verir.

Samsung VC15K4136VL

Model toz, heyvan tüklərini aradan qaldırır, xüsusi başlıq ilə yumşaq mebeli effektiv şəkildə təmizləyir, 7 metrlik kabel bütün prosesi asanlaşdırır (rozetkaları dəyişdirməyə və ya uzatma kabelindən istifadə etməyə ehtiyac qalmır). Toz konteyneri asanlıqla çıxarılır və təmizlənir.

Şaquli naqilsiz Samsung tozsoranları

Bu növə aid 3 ən yaxşı model barədə danışdıqdan əvvəl şaquli tozsoranların əsas üstünlüklərini qeyd edək:

  1. Rahat saxlanılır: şlanqı mövcud deyil, yığıldıqda yığcam ölçülərə malikdir.
  2. Batareya blokunun mövcudluğu və başlıqlarının kiçik ölçüdə olması sayəsində asanlıqla daşınılır.

Samsung VS15R8542S1/EV

Model naqilsizdir, funksionaldır. Cihaz uzun qulpu və müasir funksiyaları sayəsində effektiv şəkildə quru təmizliyi həyata keçirir. Toz konteynerinin kiçik ölçülərinə baxmayaraq, keyfiyyətli təmizləmə üçün kifayət edir.

Samsung VS15T7036R5

Bu şaquli tozsoran çoxfunksiyalıdır, müxtəlif tipli başlıqlar ilə təchiz edilmişdir, təmizlik işlərini effektiv şəkildə həyata keçirir. Tozsoran çox rahat erqonomik tutacaq və sadə idarəetmə düymələrinə malikdir. Güclü akkumulyatoru sayəsində naqilsiz işləyir. Həmçinin uzun müddətli avtonom işini də qeyd etmək lazımdır.

Samsung VS20T7536T5

VS20T7536T5 modeli otaqları mükəmməl dərəcədə təmiz edir. Cihaz demək olar ki, səssizdir, ətrafdakı insanları narahat etməkdən qorxmadan təmizlik işlərini gecə vaxtı da etmək olar. Əlavə üstünlüklərindən yığcam ölçüləri, istehsal materiallarının davamlılığı, filtrasiya sistemini qeyd etmək olar. Samsung VS20T7536T5 dəstinə cihazı çoxfunksiyalı edən bir neçə növ başlıq daxildir.

Samsung avtomobil tozsoranları

Samsung VCH-136 modelinə nəzər yetirək

Samsung VCH-136 – cox rahat əl tozsoranı modelidir. Dar başlığı hətta əlçatmaz yerlərdə də toz və zibili effektiv şəkildə təmizləməyə imkan verir. Cihaz 12Vt-lıq avtomobil alışqanından qoşulur. Toz qabının 200 ml həcmi avtomobilin birdəfəlik təmizlənməsinə kifayət edir. Yığcam ölçüləri və yüngül çəkisi bir əl ilə təmizləməyə və tozsoranı maşının əlcək bölməsində saxlamağa imkan verir.

Maxi.az-da alış

Samsung tozsoranının qiymətini necə öyrənmək olar? Onu harada əldə etmək olar?

Bu və digər suallara cavab almaq üçün Maxi.az saytına keçin, arzu etdiyiniz Samsung tozsoran modelini seçin və ən optimal qiymətə əldə edin. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Samsung tozsoranlarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.    

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml