Hotpoint-Ariston paltaryuyan maşin Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Paltaryuyan maşınlar Bu kateqoriyada hal hazırda 50 məhsul var

Hotpoint Ariston paltaryuyanları

Ariston –  dünya üzrə tanınmış, sərfəli qiymətə yüksək keyfiyyətli məişət texnikasını istehsal edən italyan brendidir. Davamlı paltaryuyan maşın almaq lazımdırsa, o halda ən gözəl seçim elə Ariston olacaq.

Brend istənilən büdcə və tələblərə uyğun geniş çeşiddə seçim təqdim edir. Modellərin ən yaxşı cəhətləri – enerji effektivliyi, rahat istifadə olunan proqram təminatı (istəklərinizə uyğun tənzimlənmə imkanı), rahat idarəetmə paneli (aydın və asandır).

Ariston müxtəlif yükləmə növlərini təklif edir: şaquli (yuxarı tərəfdən), ön yükləmə (yan tərəfdən); həmçinin müxtəlif həcmdə yuyucu barabanlar: kiçik ailələr üçün 3–4 kq, böyük ailələr üçün 5-dən 7kq qədər.

Aşağıda göstərilmiş funksiya və rejimlər mövcuddur:

  1. Direct Injection. Bu yenilikçi sistem yuyucu vasitəni aktiv köpüyə çevirir. Əmələ gəlmiş köpük bərabər şəkildə parçaya daxil olur, çirklənmələri effektiv olaraq təmizləyir. Bu texnologiya ilə ağ və rəngli camaşırları birlikdə yumaq və beləliklə enerjiyə qənaət etmək mümkündür.
  2. Digital Motion. Ariston paltaryuyan maşınlarında quraşdırılan mühərrik yuyucu barabanın hərəkət dinamikasını dəyişmək imkanına malikdir. Bu yenilik invertor mühərriklərin tətbiqi sayəsində mümkün olmuşdur. Texnologiya yuma keyfiyyətini dəfələrlə yaxşılaşdırır.
  3. Woolmark Platinum Care. Bu, yun paltarların ehtiyatlı yuyulması rejimidir. Yun köynəklər təzə alınmış kimi yumşaq və gözəl qalır.
  4. Allergiya əleyhinə rejim. 40 °C yuyulma bütün allergenləri aradan qaldırır, yuyucu vasitəni tamamilə çıxarır.
  5. Uşaq paltarları. Bu rejim uşaq paltarlarının yuyulması üçün uyğundur. Əlavə yaxalama var, hansı ki, yuyucu vasitəni parçadan 100% çıxarır.
  6. Ləkələrin təmizlənməsi. Bu rejim 20 növ ləkələri, o cümlədən yağ, giləmeyvə, şokolad və digər çətin yuyulan ləkələri aradan qaldırır. Bu rejimdə su 40–43 °С qədər qızdırılır və rəngli parçalara zərər vermir.
  7. Ecotech. Bu rejim elektrik enerjiyə 60% qədər qənaət edir.

Modellər barədə daha ətraflı və dolğun məlumat almaq üçün bir neçə ən polulyar paltaryuyanlara nəzər yetirək.

Hotpoint-Ariston WMTF 601 – ən populyar maşınlardan biridir. Model şaquli növə aiddir, paltarlar yuxarı hissədən yüklənir. Bir çox istifadəçilər üçün ən rahat növ sayılır.

Onun əsas xüsusiyyətləri:

Yukləmə həcmi 6 kq, sıxma sürəti isə 1000 dövr/dəq təşkil edir. Model 18 növ proqram ilə təchiz edilmişdir. Cihazın ölçüləri 40x60x90 sm təşkil edir. Bir yuma üçün su sərfiyyatı 48 litr təşkil edir. İstifadəçilər onun yığcam və eyni zamanda geniş olduğu barədə qeyd edirlər. Həmçinin paltaryuyanın displeyi də çox rahatdır: bütün məlumatlar aydındır. Çoxsaylı yuma proqramları sayəsində bütün parça və çirklənmə növləri nəzərdə tutulur.

Hotpoint-Ariston VMSG 702 B – alıcılar arasında daha bir sevilən modellərdəndir. Burada, ən çox bəyənilən - barabanın həcmidir - 7 kq-a qədər. Paltaryuyan maşın gözəl dizaynda istehsal edilmişdir, 16 növ proqram, 1000 dövr/dəq sürətə malikdir. VMSG 702 B enerji effektivliyi A++ sinfinə aiddir. Ölçüləri 60x44x85 sm təşkil edir. Proqramları arasında zərif yuma, uşaq paltarları, sürətli yuma, öncədən yuma və digər faydalı rejimlər mövcuddur. Həmçinin gecikdirilmiş (24 saata qədər) başlanğıc taymeri də var. Paltaryuyan Hotpoint Ariston VMSG 702 B qənaətlidir, böyük həcmdə yukləmə və sonradan əlavə yükləməsi imkanına malikdir. Korpusu keyfiyyətli materiallardan istehsal edilmişdir.

Hotpoint-Ariston VMUF 501 B

Ariston-dan qara lyuklu bu model münasib qiymətədir və eyni zamanda bütün lazımlı funksiyalarla təchiz olunmuşdur. Müxtəlif növ qorunma və 16 iş rejimini dəstəkləyir.  

Maşın 1000 dövr/dəq sıxma sürətinə malikdir, enerji effektivliyi A+++, yuma/sıxma A/ C sinfidir. Cihazın ölçüləri 60x35x85, yükləmə həcmi isə 5 kq qədər təşkil edir. Dəstəklənən proqramlar arasında zərif yuma, uşaq paltarları, sürətli yuma, əvvəlcədən yuma və digər, ümumilikdə 16 növ proqram. Yuma temperaturunu seçmək, başlanğıc taymerini qoşmaq olar. Camaşırlar mükəmməl yuyulur, təmiz yaxalanır, allergiya əleyhinə proqram dəstəklənir.

Hotpoint-Ariston CAWD 129

Hotpoint-Ariston CAWD 129 - ən populyar quraşdırılan paltaryuyan maşındır. Ön yükləməyə malikdir. Paltaryuyan genişdir, qənaətlidir və istifadəsi çox rahatdır. Yükləmə həcmi 7 kq təşkil edir, bu o deməkdir ki, böyük ailələr üçün uyğundur. Sıxma sürəti 1200 dövr/dəq təşkil edir, 13 növ proqram dəstəklənir. Maşının ölçüləri 60x55x82 təşkil edir. 5kq qədər paltar üçün qurutma rejimi də mövcuddur.

Ariston brendi hər zaman öz müştərilərini məmnun edir. Büdcəli və ya bahalı paltaryuyan maşınlar - fərq etməz, bütün modellər funksional və etibarlıdır.

Maxi.az-da alış

Hotpoint Ariston markalı paltaryuyan maşınlarını Maxi.az internet mağazasında seçib ən münasib qiymətə sifariş edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Ariston paltaryuyanlarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.     

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml