Twin Cooling Plus™ texnologiyası sayəsində iki kameralı soyuducuda ərzaqların təravətli qalması üçün optimal mühit təmin edilir. Bü cür mühit nəmliyin 70% səviyyədə saxlanılması sayəsində əldə edilir. Beləliklə, ərzaqlar qurumur və təzə qalır. Adi soyuducularda nəmlik səviyyəsi 30% təşkil edir.
Twin Cooling Plus™ ərzaqların artıq qoxular olmadan təravətli ətrini qorumaqda kömək edir.
Samsung RT43K6000WW/WT modelində hər iki kamera bir birindən asılı olmayaraq soyudulur, bu da qoxuların qarışmasına əngəl olur. Beləliklə, ərzaqlar daha uzun müddət ilkin ətirlərini saxlayır.
Dondurucu kameranın soyuducu kameraya çevrilməsi funksiyası sayəsində ərzaqları daha təravətli saxlamaq mümkündür. Həmçinin kameralardan birini söndürmək imkanı var.
Mühərrik sürəti invertorlu kompressor sayəsində mümkün olur. Mühərrikin 7 növ soyutma rejimi mövcuddur, onlardan birinin seçimindən asılı olaraq, soyutma dərəcəsi tənzimlənir. Beləliklə, soyuducu daha az enerji sərf edir və daha səssiz işləyir. Bütün bunların sayəsində cihazın xidmət müddəti daha davamlı olur.
Soyuducu Samsung RT43K6000WW/WT təmizlik və gigiyenikliyini dəstəkləyən “antibakterial müdafiə” funksiyasına malikdir. Kömür filtri hava axınının keçməsinə imkan verir, və beləliklə soyuducu sterilizə edilir və arzuolunmaz qoxular aradan qaldırılır. Xüsusi bakteriya əleyhinə tor bakteriyalara əngəl olur.
İşıqlandırma üçün havaya istilik verməyən işıqdiod LED lampalardan istifadə edilir. LED lampalar kameraların yuxarı və yan tərəflərində yerləşir. İşıqlandırma sayəsində soyuducunun bütün daxili hissəsi işıqlandırılır və rəflərdə yerləşən bütün ərzaqlar aydın şəkildə görsənir.
Bərkidilmiş şüşədən istehsal edilmiş 4 ədəd rəf və həmçinin yumurta və buz qabıları dəstə daxildir.
Maxi.az internet-mağazasında “Məişət texnikası” bölməsinə keçid edərək, Samsung RT43K6000WW/WT soyuducu modelini ən optimal qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından sizə ən uyğun olanı seçin – birdəfəlik ödəniş, kredit və ya taksitlə. Sifariş etdikdə hər hansı bir çətinlik olarsa, mağaza məsləhətçimiz sizə köməklik edəcəkdir. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.