Keyfiyyətli və eyni anda həcmli bir soyuducuya ehtiyacınız varsa, o halda çoxqapılı Hitachi R-W660PUC7 GPW – məhz sizə lazım olan modeldir və bütün tələblərinizə cavab verə bilər. Model A++ enerji effektivlik sinfinə aiddir. Bu o deməkdir ki, bütün yuxarıda sadalanmış üstünlüklərlə yanaşı enerjiyə qənaət də əlavə olunur.
Hitachi R-W660PUC7 GPW bütün ailə üçün uyğun bir soyuducudur. Cihaz soyutma və dondurma proseslərinin keyfiyyətli şəkildə öhdəsindən gəlir və içində böyük miqdarda ərzaq saxlanıla bilər.
Hitachi cihazları soyuducu və dondurucu kameraların müstəqil soyudulmasını təmin edən iki ventilyatorla təchiz edilmişlər. Bu cür sistem soyuq havanın soyuducunun hər bir hissəsinə sürətli və səmərəli dövriyyəsini təmin edir.
Soyuducu Hitachi Frost Free sistemi ilə işləyir. No Frost sistemindən fərqli olaraq Frost Free qismən “şaxtasız” sistemin soyuducu kameralarından yalnız birində mövcudluğunu nəzərdə tutur, daha dəqiq olsaq – dondurma kamerasında. Soyutma kamerasında isə No Frost texnologiyası mövcuddur.
Twist Ice Tray texnologiyası – buz generatorunun müasir versiyasıdır. Soyuducunun qapılarını açmadan lazımi miqdarda buz və ya soyuq su əldə edə bilərsiniz. İsti yay qünlərində bu xüsusiyyət bütün ailəyə əsl rahatlıq gətirəcək.
Bütün temperatur göstəricilərini və digər parametrləri əks etdirən rəqəmsal displey soyuducunun qapısı üzərində quraşdırılmışdır. Göstəriciləri əl ilə, bircə toxunuşla dəyişdirmək mümkündür.
Nano Titanium filtri köməkliyi ilə soyuducu təmizlik və təhlükəsizliyi təmin edir. Filtr soyuducunun daxili sahəsini kif, virus və bakteriyaların əmələ gəlməsindən qoruyur, həmçinin xoşagəlməz qoxuları məhv edir.
Ət, balıq və digər tez korlanan ərzaqların saxlanılması üçün Fresh Zone qutusu – yaxşı həlldir. Bu qutuda ərzaqların bütün vitamin və mikroelementlərinin saxlanılması və uzun müddət təravətli qalması üçün bütün zəruri şərait nəzərdə tutulmuşdur.
Hitachi R-W660PUC7 GPW soyuducusunun həcmi 396 l təşkil edir, dondurucu kamerasının həcmi isə - 144 l-dir. Rəflər zərbəyə davamlı şüşədən istehsal edilmişdir. Rəflərin tənzimlənməsi imkanı, ikili ventilyator və ekotermo göstəricilər də mövcuddur.
Hitachi R-W660PUC7 GPW (ağ) çoxqapılı soyuducu modelini Maxi.az internet-mağazasında ən münasib qiymətə əldə edə bilərsiniz. Mümkün ödəniş variantlarından (birdəfəlik ödəniş, kredit və ya taksit ilə) sizə ən uyğun olanı seçin və sifariş edin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerşələn mağazalarımızda da əldə edə bilərsiniz.