Samsung soyuducu Bakıda kreditlə satışı • Samsung soyuducular qiymeti MAXI.AZ

Samsung soyuducuları Bu kateqoriyada hal hazırda 73 məhsul var

Mətbəxdə iş görmək daha rahat və sadədir, əgər Sizin də "Samsung" kompaniyasının istehsalı olan rahat və funksional köməkçiniz - soyuducunuz varsa. O məhsulların saxlanmasını, içkilərin soyudulmasını, buzun dondurulmasını və s. təmin edəcək.

Soyuducunun ölçüləri ailədən asılıdır

Daxili həcm diqqət yetirməli ən vacib amillərdən biridir. Samsung firmasının iki kameralı soyuducuları arasında, soyuducu bölmənin 100-400 litr və daha çox, dondurucu bölmənin isə - 50-dən 150 litrə qədər tutuma malik olan modellərə rast gəlmək olar. Ən sadə dörd qapılı soyuducu təqribən 900 litr faydalı həcmə malikdir. Zərbəyə davamlı şüşə rəflər çıxarılıb taxılan olduğu üçün, rəflərə iri həcmli qab-qacaq və ya meyvəni yerləşdirmək üçün onların hündürlüklərini istəyinizə uyğun tənzimləyə bilərsiniz. Soyuducunun dərinliyini alış zamanı sevimli qab-qacağın ölçülərini nəzərə alaraq əldə edə bilərsiniz. Samsung soyuducularının üstünlükləri:
  • qənaətli enerji sərfi;
  • məhsulların rahat saxlanılması;
  • asan və sadə donun açılması;
  • dəbli dizayn.
Qənaətli LED-işıq soyuma gücü azalmadan rəfləri yaxşı işıqlandırır.

“Samsung”-un əsas texnologiyaları

Şirkətin yeni cihazlarında Space Max Technology texnologiyası istifadə olunur, bu da öz növbəsində soyuducunun divarlarını daha incə etməyə və bunun sayəsində daxili kameraların həcmini genişləndirməyə imkan verir. Bu zaman cihazın iş effektivliyi dəyişməz qalır. Bir çox modellərin təchiz olunduğu rəqəmsal invertorlu kompressor, lazım gəldikdə soyumanı yeddi səviyyədə avtomatik tənzimləməyə imkan verir. Bunun sayəsində elektrik enerjisinin işlənməsi faizi enir və eləcə də kompressorun köhnəlməsinin qarşısı alınır. Əgər siz ailənizin hər bir üzvü üçün məhsulları ayrı-ayrılıqda səliqə ilə düzə biləcəyiniz bir model axtarırsınızsa, vitrin-soyuducu modelinə nəzər salın. Bu modelin altı bölməsi qidaların müxtəlif növlərini rahatlıqla ayırmağa imkan verir. Soyuducu və digər məişət texnikalarını bizim internet mağaza Maxi.az-da sərfəli qiymətə əldə edə bilərsiniz. Çatdırılma Bakı və Sumqayit şəhərlərində kuryer vasitəsilə, eləcə də Azərbaycanın bütün bölgələrində poçt vasitəsilə həyata keçirilir.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml