Hitachi soyuducularının Bakıda satışı | Qiymətlər MAXİ.AZ-da

Soyuducular Bu kateqoriyada hal hazırda 68 məhsul var

Hitachi soyuducuları

Hitachi Ltd. şirkəti 1910-cu ildə Hitati şəhərində yaranmışdır. Brendin ilk istehsal etdiyi cihazlar elektrik mühərriklər idi.

Hazırki zamanda Hitachi Ltd. informasiya və telekommunikasiya sistemləri, elektronika və sənaye avadanlıqları, enerji, iqlim avadanlığı, məişət texnikası və s. kimi istiqamətlərdə cihazlar istehsal edən 1100-dən çox şirkətdən ibarətdir.

Hitachi soyuducularının üstünlükləri

Soyuducu seçdikdə tam əminliklə məhz bu brendə etibar etmək olar, çünki ən yenilikçi texnologiyalar, etibarlılıq, yüksək keyfiyyətli qurğuları, ərzaqların təravətli saxlanılmasını Hitachi-dən əldə etmək olar. Bu səviyyə təkcə texnologiyalar sayəsində deyil, həmçinin istifadəçilərə rahatlıq yaratmaq üçün, ehtiyac və istəklərini öyrəndikdə əldə edilir.

Bu növ tədqiqatların aparılması nəticəsində brend No Frost texnologiyasını yaratmışdır, hansı ki, daha sonra digər brendlər tərəfindən də geniş istifadə edilməyə başladı. İkikameralı soyuducular da ilk dəfə Hitachi tərəfindən icad edilmişdir.

Hitachi soyuducularında Dual Fan Cooling kimi texnologiyalardan istifadə olunur. Dual Fan Cooling ventilyatorları idarə edən sistemdir. Beləliklə, ərzaqların effektiv havalandırılması, soyutma və dondurulması bərabər şəkildə həyata keçirilir. Həmçinin ventilyatorladan birini söndürmək mümkündur, bu da enerjiyə mühüm qədər qənaət etməyə imkan verir.

Cool Jet Wrap – iqlimə nəzarət üçün daha bir sistemdir. Cool Jet Wrap soyuğu bərabər şəkildə paylaşdırır.

Front Jet Freezing sistemi havanın soyutmasını idarə edir, soyuq kütlələri dondurucunun bütün sahəsinə paylayır. Beləliklə, dondurma prosesi sürətlənir və keyfiyyəti yaxşılaşır.

Cihazlarda həmçinin MINUS-ZERO Cooling alüminium paneli mövcuddur. Panelin temperaturu hər zaman 0 dərəcədə saxlanılır, və bu da ərzaqları daha keyfiyyətli şəkildə soyutmağa imkan verir. Eyni zamanda ərzaqlar təbii qoxu və təravətlərini itirmir. Bu panel həmçinin elektrik enerjiyə də qənaət edir.

Hitachi soyuducu cihazlarında havanın təmizlənməsi üçün üçlü sistem mövcuddur. Bu növ təmizləyici sistem bütün mümkün olan bakteriyalar və mikrobları aradan qaldırır. Bu üstünlüklərdən əlavə yüksək səviyyəli filtrasiya sayəsində kənar qoxuların 90%-nın aradan qaldırılması da istifadəçiləri sevindirəcək. Təmizlənmə prosesi 3 mərhələdən ibarətdir:

  • Nano Titanium sistemi sayəsində həyata keçirilən filtrasiya. Sistem soyuducunun kameraları daxilini qoxulardan azad edir və bakteriya əleyhinə effekt yaradır;
  • Havanın mənfi ionlarla təmizlənməsi. Beləliklə, bakteriyaların maksimumu aradan qaldırılır;
  • Nanotitan köməkliyi ilə filtrasiya zamanı havanın təmizlənməsi;

Digər opsiyalar:

  • E-kontrol paneli rejimləri idarə edir və onların aktivləşdirilməsini həyata keçirir;
  • Minimum yüklənmə və nadir hallarda istifadə edilməni təyin edən və daha sonra qənaətli iş rejiminə keçirən prosesor sayəsində enerjiyə qənaət texnologiyası. Elektrik enerji sərfiyyatı 20% azalır;
  • Ekoloji cəhəti. Xladagent əvəzində freon yerinə izobutan maddəsindən istifadə edilir. Çünki freon ətraf mühitə və insanlara ziyan vurur.

Hitachi modellər seriyalarının fərqli cəhətləri

Hitachi soyuducuları bir neçə seriyalara bölünür. Onların əsas fərqləri qapıların sayı və digər xarakteristik xüsusiyyətlərdir.

Müxtəlif istiqamətlərdə açılan qapılı soyuducu cihazlar Side-by-side seriyasına aiddir. Bu növ konstruksiya istifadəçilər üçün ərzaqları əlçatan edir. Side-by-side qurğusunun daha bir vacib xüsusiyyəti daxili hissənin genişliyidir. Side-by-side soyuducuları bu növlərə bölünür:

  • iki qapılı;
  • çoxqapılı.

İki qapılı Hitachi soyuducuları

Brendə məxsus modellər arasında ən arzu olunan növlərdən biridir. Burada yüksək keyfiyyət, münasib qiymət, funksionallıq yer almışdır. Dondurucu kameranın yuxarı və ya aşağı hissədə yerləşməsini seçmək mümkündür.

Çoxqapılı Hitachi soyuducuları

Bu modellər Hitachi brendinə məxsus bahalı seqmentə aiddir. Seriyada bütün ən yeni texnologiyalar mövcuddur. Çoxqapılı modellərdə ən müxtəlif ərzaqları hər ərzaq qrupuna müəyyən temperatur rejimini seçərək, qoxularını qarışdırmadan ayrıca saxlamaq mümkündür. Bu, hər bir qapının arxasında ayrı kameraların olması ilə təmin edilir. Çoxqapılı modellərdə 6 qapı mövcud olur. Modellər aşağıda göstərilən funksiyalara malikdir:

  • buzlaşma əleyhinə qorunma;
  • sürətli dondurma funksiyası;
  • geniş təravət zonası;
  • ikili ventilyator;
  • su üçün dispenser.

İnvertor kompresorları sayəsində soyuducular demək olar ki, səssiz və qənaətli şəkildə işləyir.

Həmçinin onu da qeyd etmək vacibdir ki, Hitachi brendi soyuducuları bir neçə rənglərdə istehsal edir. Cihazlar klassik ağ, paslanmayan polad, qara, qırmızı, qızılı, bürünc və digər rənglərdə istehsal edilir. Evinizin dizaynına uyğun rəng seçimi hər zaman mövcuddur.

Maxi.az-da alış

Hitachi soyuducularından istədiyiniz modeli Maxi.az saytından seçib ən münasib qiymətə sifariş edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Hitachi soyuducularını həmçinin Maxi.az mağazalarından da əldə edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml