Analara kömək olaraq!
Unikal kombayn qadının gündəlik işinin yerinə yetirilməsində köməkçi olacaq. Yığcam kombayn körpəyə qulluq üçün əvəzolunmaz bir neçə cihazı - buxarlı bişiricini, sterilizatoru, blenderi, doğrayıcını, qızdırıcını özündə cəmləşdirir. Bu Sizin yalnız pulunuza deyil, həm də mətbəxinizdə yerə qənaət edəcək.
Buxarda bişmə üsülü artıq uzun müddətdir ki, sağlam qidalanmanın ayrılmaz bir hissəsinə çevrilib. Həmçinin ərzaqların təbii ətrini, vitaminlərini, qidalı maddəlırini qoruyur və bişmə prosesinə nəzarət üçün mütləq Sizin olmağınızı tələb etmir. Buxarlı bişiricinin 3 mərtəbəsi sayəsində Siz eyni zamanda 3 müxtəlif yemək/ ərzaq (meyvə, tərəvəz, ət, balıq) bişirmək imkanını əldə edirsiniz. Hazırlanmış ərzaqları daha sonra konsistensiyaya nəzarət edərək, blender vasitəsi ilə püre şəklində qarışdırmaq, və ya ölçüyə nəzarət edərək, doğrayıcıda xırdalaya bilərsiniz; qarışdırma üçün nəzərdə tutulan kəsanın üzərindəki ölçü inqrediyentlərin tələ olunan miqdarını təyin etməyə kömək edəcək.
Bu kombayn ilə artıq ayrı qızdırıcıların alınmasına ehtiyac qalmayacaq: isinmə üçün uşaq butulkanı səbətin üzərinə yerləşdirib qidanı bərabər qızdıra biləcəksiniz. Sterilləşdirmə üçün əmzik və butulkaları səbətə yerləşdirin.
Bu cür universal cihaza sahib olduğunuzda, Siz mühüm dərəcədə gücünüzü qoruyub uşqğınıza daha çox vaxt və diqqət yetirə bilərsiniz.