Mətbəx aspiratorları nə üçün lazımdır? Aspirator havanı tüstü, yanma məhsulları, buxardan təmizləyən, mətbəxi hər zaman təmiz və təravətli, artıq qoxular olmadan saxlayan cihazdır. ELEYUS brendinin istehsal etdiyi quraşdırılmış aspirator Modul 700 52 IS LED həm öz funksiyalarını mükəmməl şəkildə yerinə yetirir və saniyələr içərisində havanı təmizləyir, həm də mətbəx dizaynını tamamlamaqda kömək edir.
Eleyus Modul 700 52 stənilən interyer dizaynına uyğun olacaq, çünki onun görünən hissəsi xüsusi seçilmiş yerə mükəmməl şəkildə quraşdırılır. Cihazın korpusu metaldan (yüksək keyfiyyətli paslanmayan polad) istehsal edilmişdir, aspiratorun eni 52 sm təşkil edir, quraşdırılmış hissəsinin hündürlüyü cəmi 138 sm-dir. Bu cür yığcam ölçülər sayəsində onu interyerin istənilən elementinə asanlıqla quraşdırmaq mümkündür.
Aspiratorun məhsuldarlığı 700 m³/s təşkil edir. İstənilən sahəli mətbəxdə havanı tüstü, artıq qoxular, buxardan asanlıqla təmizləyir. Havalandırma şaftına mürəkkəb birləşməsi ilə problemi həll edən resirkulyasiya rejimi mövcuddur. Resirkulyasiya rejimi üçün aspiratoru iki ədəd Eleyus FW – E14 kömürlü filtrlər ilə təchiz etmək və turbindən otaq boşluğuna sərbəst hava çıxışı buraxmaq tövsiyə olunur.
Cihaz 2 ədəd LED lapmalar ilə təchiz edilmişdir, hansı ki, məlum olduğu kimi, daha az enerji sərf edir və uzun müddətli davamlılığa malikdir. SMD sinfindən lampalar təbii yumşaq işıq yaradır və orqanizmə xoş təsir göstərir, göz gərginliyini minimuma endirir. Lampaları dəyişmək lazım olduqda istənilən işıqlandırma texnikası satılan mağazada əldə etmək olar.
Ev sahiblərinin tələblərinə uyğun seçim etmək üçün 5 sürət rejiminə malikdir.