Mitsubishi Electric ən keyfiyyətli və tanınmış kondisionerlərin istehsalı ilə məşğul olan brenddir.
Mitsubishi MS-GF VA keyfiyyətli plastikdən istehsal edilmiş çox möhkəm korpusa malikdir. Cihazın hamar və cilalı səthi var. Minimalistik dizayn otağa sadəlik və eleqantlıq toxunuşu verir.
Mitsubishi MSH/MUH – GF 50 VA Electric cihazının ən tanınmış funksiyalarından biri I FEEL funksiyasıdır. Həmin funksiya otaq və orada yerləşən istifadəçilər üçün uyğun temperaturu avtomatik olaraq təyin etməyə imkan verir.
Kondisioner böyük ərazını əhatə edir, soyutma və isitmənin geniş əhatə bucağına malikdir. Mürəkkəb konstruksiyası olan məkanlarda da optimal temperatur və rahatlıq yaranır.
Texnika hava tərkibində azad radikalların miqdarını azaldan və beləliklə qocalma prosesini ləngidən antioksidant filtr ilə təchiz edilmişdir. Filtr necə fəaliyyət göstərir? Antioksidant filtr virusları və bakteriyaları aradan qaldırmağın ən yaxşı yoludur. Platin-keramika hissəcikləri nanoplatin filtrə quraşdırılmışdır. Həmin hissəciklər sayəsində filtr havanı zərərli bakteriyalar və viruslardan effektiv şəkildə təmizləyir. Bundan əlavə, sistem artıq qoxuları aradan qaldırır.
Kondisionerlərin seçimi zamanı daha bir vacib məqam – səs səviyyəsidir. Mitsubishi MSH/MUH – GF 50 VA split sistemində səs səviyyəsi aşağıdır, cəmi 25 dB (A) qədər.
Model EER=3,22 enerji effektivliyinə malikdir, invertor ötürücüsü olmayan sistemlər sinfinə aiddir.
Evinizin rahatlığı üçün Mitsubishi MSH/MUH – GF 50 VA Electric split sistemini Maxi.az internet mağazasında ən optimal qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.