Elektrik kaminlər: Bakıda kreditlə satışı - MAXI.AZ

Elektrik kaminlər Bu kateqoriyada hal hazırda 0 məhsul var

Açıq alovlu kaminlər istənilən yerdə hər zaman cazibədar görünür. Müasir texnologiyalar təbii kaminləri elektrik analoqları ilə asanlıqla əvəz etməyə imkan verir.

Elektrik kamin nədir?

Bizim günlərdə adi kamin — çox nadir haldır. O quraşdırılmada mürəkkəbdir, xüsusi baca və yüksək təhlükəsizlik tədbirləri tələb edir, qənaətli deyildir. Bəlli üstünlüklərə malik olan elektrik analoq sadə kamindən heç də geri qalmır:
  • montajın sadəliyi – baca və xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi tələb olunmur;
  • yığcamlıq – onu asanlıqla bir yerdən digər yerə daşımaq olar;
  • qənaətlilik – elektrik cərəyanının istifadəsi azdır;
  • təhlükəsizlik - dəm qazı ifraz etmir, səth qızmır;
  • mənfəət – elektrik cihazlar adi kamindən dəfələrlə ucuzdur;
  • universallıq – rəng, faktura, ölçüləri asanlıqla seçmək olar.
Bu xüsusiyyətlər sayəsində bu avadanlıq istehlakçıların simpatiyalarını möhkəm qazandı. Lazım olnan modeli, rəngi və fakturanı seçmək çətin olmayacaq, belə ki, satışda müxtəlif növlər təqdim olunmuşdur:
  • divara vurulan;
  • dekorativ örtüklü döşəmə kaminləri;
  • səbət formasında;
  • elektrik kamin peçlər.
Divara vurulan və ya kabinet üçün nəzərdə tutulan variant istənilən divara asanlıqla montaj olunur, lakin interyerlə uyğunlaşmasını da nəzərə almaq lazımdır. Döşəməyə qoyulan modellər adətən dekorativ örtüyə malikdirlər - deyilən portal. Təbii mərmər və ağac istifadə olunarsa, onlar bir birilərindən heç də fərqlənmir. Kamin səbətlər xüsusi altlıq üzərində tam közərən kömür imitasiyası ilə fərqlənirlər. Son növ qapılı və borulu çuqun sobanın tam oxşarını yaradır. Bəzi modellərdə isitmə funksiyasını söndürmək və ya işə salmaq, temperatura nəzarət etmək və pult vasitəsilə yanğının intensivliyini idarə etmək mümkündür, konstruksiyada isə hətta odun səsi və alovun uğultusunu ötürən dinamiklər də nəzərdə tutulub.

Maxi.az internet mağazada iqlim texnikasının satışı

Bizdə sərfəli qiymətə istənilən texnikanı, eləcə də dünya istehsalçılarının elektrik kaminlərini almaq olar. Məhsulun Bakı və Azərbaycanın digər şəhərlərinə çatdırılması mümkündür.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml