DeLonghi ECAM 350.55 B Dinamica – eleqant və müasir dizayna və çoxsaylı funksiyalara malik məhsuldar qəhvə maşınıdır.
Cihaz 1450 Vatt gücə malikdir. Bu güc sayəsində gözləmə rejimindən çıxıb iş rejiminə keçid sürətli olur.
15 bar gücü olan pompa sayəsində yüksək keyfiyyətli dad və ətir əldə edilir. Südlü qəhvə içkilərinin hazırlanması zamanı köpüklənmə sisteminin təmizləmə funksiyasından istifadə etmək tövsiyə olunur. Yeni içkini hazırlamaqdan əvvəl, qəhvə maşını südün qalıqlarını daxili mexanizmlərin üzərindən təmizləyir. Bunun üçün sadəcə tənzimləyici açarı cəmi bir dəfə çevirmək kifayətdir.
Istənilən qəhvə içkiləri qəhvə tozu və ya təzə üyüdülmüs qəhvə dənlərindən hazərlanır. Qəhvə maşınında 13 dərəcəli üyüdülməsi olan quraşdrılmış qəhvə dəmləyicisi mövcuddur. Bütün əməliyyatlar reseptə ciddi riayət etməklə, tamamilə avtomatik rejimdə həyata keçirilir.
DeLonghi ECAM 350.55 B qəhvə maşını modelində standart düymələr rahat sensorlu panel ilə əvəz edilmişdir. Bu texnologiya qəhvə içkisini bircə toxunusla hazırlamaq imkanı verir. Adi düymələrdən fərqli olaraq, sensorlu düymələr daha etibarlıdır, çünki fiziki cəhətdən batmaz, ilişib qala bilməz və çirklənməyə daha az meyllidirlər. Resept kataloqu, qəhvə maşınının is parametrləri və digər məlumatlar rəngli iki sətirli displeydə əks olunur.
Maxi.az internet mağazasında “Məişət texnikası – içkilərin hazırlanması” bölməsində DeLonghi ECAM 350.55 B qəhvə maşınını əldə etmək olar. Birdəfəlik ödəniş və ya kredit , yaxud faizsiz taksitlə ödəniş etmək mümkündür. Sifariş zamanı hər hansı çətinlik olarsa, məsləhətçimiz sizə köməklik göstərəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıtda yerləşən Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz.