Birbaşa su kəməri xəttinə qoşulur, qablaşdırılmış suya ehitiyyac yoxdur!
Bugünkü günə dispensersiz ofis çətin tapıla bilər, çünki bu rahat cihaz soyuq və qaynar suyun distributorudu və çaydanı qızdıraraq çox enerji sərf etməkdən azad edir. Lakin zamanın tələblərinə uyğunlaşdıqca, dispenserin funksiyaları da genişlənib. Müasir dispenserlər çoxpilləli təmizləmə sistemi ilə təchiz olunmuş, adi dispenserlərdən fərqli olaraq suyun verilməsini tələb etməyən, və həm ofisdə, istehsalatda, həm evdə quraşdırılmaq imkanıyla olan təmizləyicilərdir.
Alman texnologların ən son tədqiqatların nəticəsi, BlueFilters AWD-CNH-929CA dispenseri əks osmos prinsipi ilə işləyən, su təmizləmənin keyfiyyətini artıran, beşpilləli təmizləmə sistemi ilə təchiz olunub. Əks osmos sistemi qatqıları saxlamaq və yalnız su molekullarını buraxmaq təyinatlı bir neçə təbəqə və tordan ibarət xırdaməsaməli strukturlu suaşıran borucuqdan ibarətdir. Su saflanmasının ilk mərhələsi suyu qum, pas, çirkdən təmizləyən mexaniki təmizləmədir. Növbəti mərhələdə su aktivləşdirilmiş kömürlü kartridjdən keçərək bakteriya, virus, xlor əmələ gətirən birləşmələr və s.azad olunur. Daha sonra su yüksək təzyiqlə üzvi və qeyri üzvi qatqılara əngəl yaradan molekulyar sintetik membrandan keçərək distilləşir və tam olaraq öz xüsusiyyətlərini itirir. Və prosessi yekunlaşdıran etap – permeatın dağ minerallarıyla dolan kartridjlərdən keçirməsi duz tərkibini qaydaya salır, əhəmiyyətli elementlərlə zənginləşdirir, Н2О molekullarını strukturlaşdırır və bulaq suyun yumşaq dadını verir.
Birbaşa su kəməri xəttinə qoşulması, coğrafi quraşdırmanın hədsiz imkanı, qablaşdırılmış suyun verilməsi istisnasi, məhdudiyyətsiz su sərfi və yuksək səmərəlilik cihazın yüksək qiymətini tam doğruldur.