Müasir zamanlarda bir çox dünya texnologiyaları məlumatların naqilsiz şəkildə ötürülməsinə keçir. Lakin müvafiq Wi-Fi-qəbuledici bütün cihazlar üçün keçərli deyil. Məhz bu cür hallarda əlavə Wi-Fi adapter tələb olunur.
TP-LINK TL-WN823N Wireless USB adapter modeli kompüterə İnternet şəbəkəsindən güclü siqnallar almağa imkan verən kiçik ölçülü bir cihazdır. Bu cihaz noutbuklar və həmçinin şəxsi kompüterlərə də eyni şəkildə uyğundur. Adapterin ölçüləri 8х18х39 mm təşkil edir, yani cihaz standart flash-kartdan da yığcamdır.
Adapter TP-LINK TL-WN823N ən müasir texniki xüsusiyyətlərə malikdir, şəbəkənin qəbulu və ya yayılması zamanı bütün lazımi qoşulma təhlükəsizliyi parametrlərindən istifadə etməyə imkan verir. Cihazda 300 Mbit/s sürət dəstəklənir. Burada WPS texnologiyası dəstəklənir, qorunan naqilsiz şəbəkəyə qoşulma prosesini asanlaşdırır. Restart düyməsi cihazın işini kompüterdən ayırmadan yenidən başlatmağa imkan verir. Adapter uzaq məsafələrə belə siqnal çatdıran quraşdırılmış antenna ilə təchiz edilmişdir. Bu o deməkdir ki, hətta divarlar olduqda da 10 metr məsafədən eyni dərəcədə güclü siqnal əldə edilir. Daha zəif siqnal 30 metr məsafə və daha uzaqlara da çatır.
Cihazın qoşulması USB-giriş vasitəsilə həyata keçirilir. Daha sonra drayver və proqram təminatı quraşdırılır. Bu mərhələdən sonra cihaz istifadəyə hazır sayılır. Drayver Windows vasitəsilə quraşdırılır, lakin tam istifadəsi üçün istehsalçı olan TP-Link şirkətinə məxsus proqram təminatından istifadə etmək tövsiyə edilir.
Drayver necə yüklənməlidir
TP-LINK TL-WN823N Wireless USB adapterini əldə etmək üçün Maxi.az saytına keçib ən münasib qiymətə sifariş etmək kifayətdir. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.