WiFi router Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Şəbəkə avadanlıqları Bu kateqoriyada hal hazırda 74 məhsul var

Wi-Fi router

Wi-Fi routerin iş prinsipi nədən ibarətdir?

Router ona qoşulmuş cihazlar arasında interneti paylayan qurğudur. Qoşulması şəbəkə kabeli (məsələn kompüter və ya TV üçün), həmçinin Wi-Fi (smartfonlar, planşetlər və noutbuklar üçün) vasitəsilə həyata keçirilir.

Ev interneti adətən bu növlərdən biri olur:

Ethernet – burada kompüterin və ya noutbukun şəbəkə kartına qoşulan şəbəkə kabelindən istifadə edilir.

ADSL – burada telefon şəbəkəsi modemə, ordan isə kabel vasitəsilə kompüterə qoşulur.

3G/4G USB modem – burada modem kompüterin USB çıxışına qoşulur.

Marşrutlaşdırıcının iş prosesi növbəti mərhələlərdən ibarətdir:

İlk növbədə kabel routerə birləşir. Ev interneti ADSL olduqda və ayrıca modem mövcud olmadıqda quraşdırılmış modemi olan Wi-Fi əldə edilir və telefon kabeli ona qoşulur. İnternet USB modem vasitəsilə olduqda USB routerə qoşulur.

Növbəti mərhələdə router cihazın təlimatına uyğun olaraq tənzimlənir, Wi-Fi üçün ad və parol təyin edilir.

Növbəti addım olaraq internetdən istifadə edən bütün cihazların routerə qoşulması olur.

Beləliklə, marşrutlaşdırıcının əsas vəzifəsi – bütün qoşulmuş cihazlara internetin paylanmasıdır.

Ən keyfiyyətli büdcəli routerlər

Tenda AC5

Tenda AC5 – routerlərin büdcəli kateqoriyasından olan bir modeldir. Cihaz 2 diapazon, 5 db güclü 4 xarici anten ilə təchiz edilmişdir, 2,4 və 5 HHz tezliyində işləyir, IEEE802.3 standartlarını qəbul etmək imkanına malikdir. Bundan əlavə, digər parametrlər olmadan əvvəlki marşrutlaşdırıcıdan yenisinə keçmək üçün istifadəçi məlumatlarının miqrasiya texnologiyası kimi funksiyası mövcuddur. Prosesi MU-MIMO və Beamforming dəstəkləyir. Mobil telefon vasitəsilə cihazı idarə etmək mümkündür.

TP-Link Archer C80

TP-Link Archer C80 modeli gigabit şəbəkə girişləri ilə təchiz edilmişdir, onun naqilsiz hissəsi AC1900 seriyasındandır və sürəti 1300 Mbit/s təşkil edir. Archer C80 routerində USB girişləri mövcud deyil, proqram təminatı xüsusi funksiyalara ehtiyacı olmayan adi istifadəçi üçün nəzərdə tutulmuşdur. Bu cihazın müsbət cəhəti geniş əhatəli və sürətli Wi-Fi mövcudluğudur, həmçinin yüksək səviyyəli təhlükəsizliyə malikdir.

WiFi router Keenetic KN-1511

Keenetic brendindən olan bu router ən münasib iki diapazonlu modem sayılır. Giriş nöqtələrinin çox yüksək sıxlığının olduğu şəhər şəraiti və çoxmənzilli binalar üçün icad edilmişdir. Belə yerlərdə sabit internetin mümkün olması üçün 5 GHz-ə keçid və 802.11ac standartını dəstəkləyən cihazdan istifadə etmək vacib şərtdir.

TP-Link Archer C24

Router TP-Link Archer C24 yığcam ölçüdə ağ qutu və 4 antendən ibarətdir. Model divara bərkidilə və ya iş masası üzərində yerləşdirilə bilər. Router TP-Link Archer C24 AC750 standartı ilə 2.4 HHz diapazonunda 300 Mbit/s və ya 5 HHz diapazonunda 433 Mbit/s tezliyində işləyə bilər. Cihaz 3 rejimə malikdir: router, giriş nöqtəsi və repiter. Model qonaq şəbəkələrini yarada və NAT Forwarding dəstəkləyə bilər.

TP-Link WiFi Router Archer VR300

Archer VR300 router modeli 1,2 Gbit/s tezlikli Wi-Fi malikdir. Müxtəlif Web səhifələrə baxışlar və mail yoxlanılması üçün 2.4 HHz (300 Mbit/s qədər) yararlıdır. Yüksək sürət tələb edən video, onlayn oyunlar üçün 5 HHz (867 Mbit/s qədər) uyğundur. VDSL2 texnologiyası 100 Mbit/s qədər sürətli qoşulmanı təmin edir, bu da ADSL2+ -dan bir neçə dəfə daha yüksək sürətdir. Archer VR300 eyni zamanda DSL-modem Wi-Fi router kimi işləyir. Beləliklə alınır ki, bu model özündə 2 cihazı birləşdirir. Modem Archer VR300 modelini Tether tətbiqi köməkliyi ilə tənzimlənə bilər.

Maxi.az-da alış – hər zaman sürətli, keyfiyyətli və münasibdir!

Maxi.az internet mağazasında «Rəqəmsal texnika» bölməsində istənilən növ Wi-Fi routerlərini ən münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml