JBL portativ akustika Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Portativ akustika Bu kateqoriyada hal hazırda 3 məhsul var

JBL akustik sistemləri

Bluetooth-akustikaların seçimində ağıla gələn ilk brend məhz JBL-dir. Artıq bir neçə ildir ki, JBL akustik sistemləri dünya bazarının liderlərindən biridir.

Aydın səsli JBL akustikasının köməkliyi ilə sevimli musiqi parçalarını dinləmək, video izləmək, telefonla danışmaq imkanını əldə edirik. Daha güclü akustik sistemlərlə əyləncəli şənliklər təşkil etmək olar.

JBL-in özünə məxsus cəhətləri

JBL yığcam modellər və daha böyük və güclü Bluetooth-akustikalar istehsal edir. Texnikanın fərqli cəhətləri budur:

  • akustik cihazlar o qədər keyfiyyətlidir ki, ehtiyatlı istifadə edildikdə uzun illər davamlı qalacaqlar;
  • JBL səs keyfiyyəti artıq dərəcədə aydın və detallıdır. Hətta maksimum yüksək səsləndikdə belə təhrif etmir;
  • modellər arasında münasib qiymətə, orta və bahalı məhsullar mövcuddur. Hər bir alıcı öz istəkləri və büdcəsinə uyğun bir akustika seçə bilər.
  • Qaradan çəhrayı rəngə qədər istənilən rənglərdə seçim etmək imkanı var.

Düzgün model seçimində hansı məqamlara nəzər yetirməli:

  1. Akustik sistemlərin növləri. Ən yığcam və büdcəli modellər bir kanal ilə təchiz edilmişdir, mono rejimdə fəaliyyət göstərir.
  2. Tezlik diapazonu. Burada səsin hansı tezliklərdə səslənməsinə nəzər yetirmək lazımdır. Tezlik diapazonu nə qədər geniş olsa, bas o qədər yaxşı səslənər.
  3. Avtonom iş. Bu parametrdə ən əsası akkumulyatorun həcmi və cihazın ölçüsüdür. Kiçik akustikalar birdəfəlik şarjda musiqini 10-15 saat ərzində fasiləsiz səsləndirə bilər. Ev üçün böyük akustikalar isə 24 saata qədər işləyə bilər. Evdən kənarda, səyahətlərdə, istirahətdə musiqi dinlədikdə uzun müddətli avtonom işə malik cihazlara üstünlük vermək tövsiyə olunur.
  4. İdarəetmə. 3 idarəetmə növünü qeyd etmək olar: düymələr, pult və smartfon vasitələri ilə.  
  5. Güc səviyyəsi. Dinamiklər nə qədər güclü olsa, akustikadan çıxan səs o qədər yüksək olar. Böyük ölçülü JBL sistemləri 30-dan 150Vt qədər və daha yüksək gücə malik ola bilər.
  6. Ölçülər və çəki. Düzgün ölçülərdə akustik sistemi seçmək üçün onun hansı şəraitdə istifadə olunmasını nəzərə almaq lazımdır. Adi şəraitdə musiqinin dinlənilməsi üçün (məsələn yolda) yığcam ölçüdə, sadə bir cihaz kifayətdir. Geniş otaqda, zalda, sahədə (məsələn parkda) istifadə üçün yüksək səs lazım olduqda böyük akustik sistem seçilməlidir.
  7. İnterfeys. Burada müxtəlif idarəetmə düymələri, işıqlandırma, enerji səviyyəsi, displeyin mövcudluğu vacib rol oynayır. Bunlardan əlavə, daşıyıcılar üçün nəzərdə tutulmuş girişlərə nəzər yetirilir.
  8. Digər funksiyalar: suya davamlı korpus, eyni zamanda bir neçə cihaza qoşulma imkanı, digər cihazlardan enerji toplama imkanı, stereo-rejim (iki ədəd akustika ilə həcmli səsin yaradılması). Yani, bir sözlə desək, istifadə ediləcək funksiyalara malik olan bir cihaz seçilib əldə edilməlidir.

Bir neçə populyar akustika modellərini daha detallı şəkildə nəzərdən keçirək:

JBL Tuner XL

JBL Tuner XL modeli IPX7 standartına uyğun sudan qorunmalı dəbli korpus ilə təchiz edilmişdir. Korpusa yağış və ya su damcıları daxil olmur, hətta suya düşəndə belə zərər gəlməz. Bluetooth köməkliyi ilə Tuner XL akustikası cihazlara qoşula və birdəfəlik şarj ilə 15 saata qədər fasiləsiz işləyə bilər.

Cihaz 5 düymə ilə idarə edilir. Düymələr vasitəsilə istifadəçi istədiyi radio kanallarına qoşulmaq imkanını əldə edir. Displeydə dərhal radio kanallarının təsvirini görmək və hətta irəli çevirmək  olar.

JBL Flip 5 Black Star

Bu model Black Star ilə birgə yaradılmışdır. Cihaz suya davamlı korpus ilə təchiz edilmişdir, bunun sayəsində su hovuzu qırağında da musiqi dinləmək olar.

JBL Pulse 4

JBL Pulse 4 musiqili şənliklərin keçirilməsi üçün əla seçimdir. Akustika keyfiyyətli konstruksiya, güclü səs, davamlı avtonom işi ilə fərqlənir. Modeldə 20Vt dinamik quraşdırılmışdır, güclü bas və detallı yuxarı notlar ilə təmin olunur. Həmçinin şənliklərin keçirilməsi üçün lazım olan orijinal işıqlandırma ilə təchiz edilmişdir.

JBL CLIP 3

Clip 3 yığcam ölçülər və güclü akustikaya malikdir, gəzintilər, səyahətlərdə istifadə üçün uyğundur. Akustika onu düşərkən zədələrdən qoruyan rezinləşdirilmiş korpus ilə təchiz olunmuşdur. Həmçinin IPX7 standartına uyğun sudan qorunma ilə təchiz olunmuşdur. Model naqilsiz sayılır, lakin MP3 pleyer, smartfon və ya digər cihazlara qoşulması üçün 3,5 girişi mövcuddur. Clip 3 akustikasına dinamik və səsboğucu ilə olan mikrofon quraşdırılmışdır.

JBL Boombox 2

JBL Boombox 2 modeli də böyük şənliklər üçün uyğun bir akustik sistemdir. Daşınan akustika bas notlar ilə güclü səsə malikdir. Model iki rəngdə istehsal edilir – qara və kamuflyaj rənglərdə. Akustikanın çəkisi 6 kq təşkil edir, daşınması üçün rahat qulpu var. Korpusu IPX7 standartına uyğun sudan qorunma ilə təchiz edilmişdir, 30 dəqiqə ərzində 1 m qədər dərinlikdə davam gətirə bilir.

Orta səsdə istifadə edildikdə 24 saata qədər, yüksək səsdə isə 15-16 saata qədər fasiləsiz şəkildə işləyə bilər.

JBL PartyBox 100

Bu model ən güclü cihazlardan biridir - 160 Vt gücə malikdir. Dinamiklər səs səviyyəsi artırıldıqda təhrif olunmayan aydın səs çıxarır. Korpusda USB, mikrofon və gitara üçün girişlər mövcuddur. Beləliklə, istifadəçilər təkcə musiqi dinləmək deyil, həmçinin akustika ilə işləyə biləcəklər. PartyBox asanlıqla televizorun akustik sistemini əvəz edə bilər, böyük şənliklərdə də istifadə oluna bilər.

JBL Xtreme 3

Bu akustik sistemlə su hovuzu yanında şənliklər keçirmək və ya onu piknikə aparmaq olar. Cihaz 100 Vt-lıq yüksək səs verən dörd ədəd güclü dinamiklərlə təchiz olunmuşdur. Təmiz və titrəməyən səsə malikdir. Xtreme 3 həmçinin sudan qorunma ilə təchiz olunmuşdur. Bluetooth 5.1 köməkliyi ilə qoşulur. Dinamik 2 saat ərzində 100% doldurulur və 15 saata qədər fasiləsiz işləyə bilər.

JBL PartyBox On-The-Go

PartyBox On-The-Go evdə, küçədə, və ən əsas – şənliklərdə istifadə etmək üçün tam uyğundur. Dəstinə, xüsusi olaraq karaoke sevənlər üçün, mikrofon daxildir. İdarə edilməsi üçün smartfon və ya korpusun yuxarı hissəsində yerləşən düymələrdən istifadə edilir. On-The-Go dinamik ətrafında quraşdırılmış işıqlandırma ilə təchiz edilmişdir. Gecə şəraitində istifadə etmək üçün əsl işıq şousu yaranır.   

JBL Wind 2

JBL Wind 2 akustikası velosiped və ya digər nəqliyyat vasitəsinə birləşdirmək üçün xüsusi bərkitmə ilə təchiz olunmuşdur. Bel çantası və ya kəmərə birləşdirmək üçün xüsusi karabini mövcuddur. Akustika LED-displey, FM-qəbuledici və kart oxuyucusu ilə təchiz edilmişdir. JBL Wind 2 akustik sistemi Bluetooth 4.2 modulunu dəstəkləyir. Modelə quraşdırılmış 5Vt dinamik sayəsində istifadəçilər bas vurğulu, keyfiyyətli və güclü səs əldə edirlər.

JBL GO 3

JBL brendindən daha bir maraqlı model – JBL GO 3. Bu akustika bərkidilmə üçün ip ilə təchiz edilmişdir. Cihazı boyundan asmaq, onu bel çantasına və ya kəmərə bərkitmək və beləliklə sevimli musiqidən həzz almaq çox rahatdır. Akustika IP67 standartına uyğun sudan qorunmaya malikdir. Akkumulyatoru 5 saata qədər fasiləsiz işləməyini təmin edir, 2,5 saat ərzində tam doldurulur.

JBL Charge 5

JBL Charge 5 modeli optimallaşdırılmış davamlı dinamik, ayrıca yüksək tezlikli dinamik və 2 ədəd aşağı tezlikli radiatorlar ilə təchiz edilmişdir.  Bütün bu detallar həm otaqda, həm də açıq hava şəraitində dolğun, aydın və təmiz səs ilə təmin edir. Akkumulyatoru 20 saata qədər fasiləsiz işləyə bilər.

JBL Clip 4

Yüngül travel-akustika olan JBL Clip 4 IP67 standartına uyğun etibarlı sudan qorunma, naqilsiz qoşulma və akkumulyatordan qidalanma ilə təchiz edilmişdir. Batareyası 8-10 saata qədər fasiləsiz işi təmin edir, gəzintilər, səyahətlər, avtomobil sürmə zamanı musiqidən həzz almağa imkan verir. Karabin köməkliyi ilə akustikanı bel çantası, adi çanta və ya kəmərə bərkitmək mümkündür. JBL Clip 4 modeli 11 rəngdə istehsal olunur.   

Maxi.az-da alış – hər zaman rahat, münasib və sürətli.

Bəs Azərbaycanda JBL akustikalarının qiyməti nədir? Ən münasib qiymətləri öyrənmək üçün sadəcə Maxi.az saytına baxın, seçin və arzu etdiyiniz JBL modelini sifariş edin. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. JBL akustik sistemlərini həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.     

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml