HP noutbuklar Bakida kredit ve taksitle satisi • HP noutbuklar qiymetleri MAXI.AZ

HP noutbukları Bu kateqoriyada hal hazırda 56 məhsul var

HP noutbukları

Artıq uzun illərdir ki, Hewlett-Packard (HP) brendi müxtəlif növ aparatlar, cihazlar və proqram detallarının istehsalı ilə məşhurdur. Əsas istiqaməti noutbukların istehsalıdır.

HP noutbuklarının ən vacib üstünlüyü – münasib qiymətidir. Brendə məxsus cihazların çoxusu əksər alıcılar üçün əlçatandır.

İkinci və vacib üstünlükləri - konstruksiya keyfiyyəti və gözəl dizaynıdır. Həmçinin HP cihazlarının daxili detallarını qeyd etmək olar. Noutbuklar kabelli adapterlər, harddisklər, CD / DVD, yüksək keyfiyyətli görüntünü təmin edən web-kamera, quraşdırılmış mikrofon ilə təchiz edilir.

HP noutbuklarının seriyaları

Populyar noutbuklar arasında oyun cihazı olan HP OMEN, HP Elite book folio g1, HP Pavilion dv6-6c60er LinenWhite qeyd etmək olar.

Büdcəli ofis cihazları arasında xüsusi olaraq altı-nüvəli ProBook 655 G3 modeli öndədir. Cihaz kifayət qədər yüksək güc, məhsuldarlığa malikdir, noutbuku qoruyan proqram təminatı ilə təchiz edilmişdir. Ekran üzərində antiblik örtük mövcuddur.

Noutbuk Stream xüsusilə gənclər üçün uyğun dizaynda istehsal edilmişdir. Parlaq rəngli korpus, ağ LED-işıqlandırma, antiblik örtüklə təchiz olunmuşdur. Model tələbələr üçün uyğundur.

HP modellərinin üstünlükləri

HP noutbuklarının dizaynında əsas cəhətlər minimalizm, yuvarlaq kənarlar, büdcəli modellərdə keyfiyyətli plastikdən, biznec modellərin korpusunda mat alüminiumdan istifadədir.

HP brendinin əsas prinsipləri – etibarlılıq, praktiklik və məhsuldarlıqdır. Məhz bu məqsədlə modellərin əksəriyyəti təmkinli və eleqant dizaynda istehsal olunur. Belə bir noutbuk həm evdə, həm də ofisdə eyni dərəcədə uyğun və rahat olacaqdır.

Modellər keyfiyyətli ada tipli klaviatura ilə təchiz olunur, düymələri rahat şəkildə yerləşdirilmiş və səssiz işləyir. Klaviaturanın düymələri bir qədər çökəkdir və bunun sayəsində çap etmək daha rahat olur. Günün vaxtından asılı olmayaraq, rahat şəkildə işləmək üçün işıqlandırmalı modellər də mövcuddur. Sensorlu panel yüksək həssaslıq və dəqiqliklə fərqlənir.

HP brendinin məhsuldarlığı müxtəlif növ enerjiyə qənaət edən prosesorlardan istifadədə əsaslanır. Əksər hallarda Intel Core i3 – i7 (iki və ya dörd nüvəli) güclü prosesorlardan istifadə olunur.

HP noutbuklarına quraşdırılmış ekranlar 11-dən 17 düyma qədər diaqonalda ola bilər. Parlaq və ya mat variantlarda istehsal edilir, antiblik örtük ilə təchiz olunur. Noutbuklarda quraşdırılmış işıqlandırma göstəricisi mövcuddur, ekran parlaqlığını işıq şəraitinə uyğun tənzimləyir. Modellər arasında HP Active Pen stilusu ilə işləyən sensorlu displeyi olan cihazlar var.

HP noutbuklarının seriyaları

Geniş çeşidli HP noutbukları bu seriyalara bölünür: HP 15; HP 17; HP 250; HP 255; HP Elite X2 və EliteBook; HP Envy və Envy x360; HP OMEN; HP Pavilion; HP ProBook və ProBook x360; HP Spectre, Spectre Pro, Spectre x360; HP ZBook.

HP 15, 17, 250, 255

Bu seriyada müasir AMD və Intel Core i3 – i7 prosesorları qeyd etmək olar. Ekranlar parlaq və ya mat, diaqonal ölçüləri 14-dən 15,6 düyma qədər ola bilər. IntelHD və AMD Radeon qrafik adapterlərdən istifadə edilir, DVD-RW, Intel High Definition Audio audiosistem mövcuddur. Bu seriyadan olan modellər büdcəli sayılır, ev şəraitində istifadə üçün yararlıdır, eyni zamanda bir çox adi vəzifələri yerinə yetirir.

HP Elite X2, EliteBook

Bu seriyada 2-4 nüvəli Intel Core i5-i7, Intel Core M prosesorlar təqdim olunur. Modellər 8-16Gb operativ yaddaş, 750Gb qədər SSD daşıyıcıları ilə təchiz olunur. Həmçinin ofis işində təhlükəsizliyi qoruyan HP WorkWise texnologiyası ilə təmin olunur. Noutbuklar Bang & Olufsen-dən keyfiyyətli səsə malikdir. Klaviatura rahatdır, su keçirməzdir. Bu seriyadan olan cihazlar peşəkar noutbuklara aiddir, etibarlı və məhsuldardır. Həmçinin dəbli dizayn, erqonomika, funksionallığı da qeyd etmək vacibdir.

HP Envy, Envy x360

Bu seriyada ən yeni Intel Core i5-i7 prosesorları, IntelHD və nVidia GeForce qrafik adapterləri təqdim olunur. Noutbuklar 2Tb qədər həcmli SSD daşıyıcılarla təchiz olunur. Modellər incə alüminiumdan istehsal edilir, antiblik örtüklü, IPS matrisli, HD və QHD ekranlara malikdir. Litium-ion akkumulyator 10 saata qədər fasiləsiz avtonom şəkildə işləməyə imkan verir. 4 dinamikli və səsboğücü texnologiyalı Bang & Olufsen audiosistemi cihazları güclü səs ilə təmin edir.

HP OMEN

Bu seriyada ən güclü 4-nüvəli Intel Core i5-i7 prosesorlar, nVidia GeForce GTX 950M-1070 video kartlar təqdim olunur. Modellər işıqlandırmalı oyun klaviaturası ilə təchiz olunur. Kamera Intel RealSense 3D dəstəkləyir.

Noutbukların korpusu rahatdır, yaxşı erqonomikaya malikdir. Ekranlar antiblik və mat olur.

HP OMEN cəsarətli, hətta bir qədər aqressiv dizaynda hazırlanmışdır. Əsas cəhəti qüsursuz görüntü keyfiyyətidir. Həmçinin yüksək sürətli iş və oyunlar zamanı əsl həzz verən məhsuldarlığı qeyd etmək olar.

HP Pavilion

Pavilion seriyası çox keyfiyyətli Intel Core i3 – i7 və AMD A6 – A10 prosesorları ilə təchiz olunur. nVidia GeForce GTX 940M-1050 və AMD Radeon cihazları keyfiyyətli qrafika ilə təmin edir. Noutbuklar Windows Hello-da üz tanınması üçün İQ-kamera (infraqırmızı Kamera/Gecə Görmə Kamerası) ilə təchiz olunur. HP Pavilion cihazları keyfiyyətli displeylər, texniki detallar və uzun müddətli avtonom işi sayəsində əyləncələr üçün uyğun modellərdir.

HP ProBook, ProBook x360

Bu seriyadan olan noutbukların əksəriyyətində Intel Core i3 – i7 prosesorlarından istifadə olunur. Məlumatların təhlükəsizliyi üçün TPM modulu və HP BIOSphere Gen34 və HP Client Security Gen35 texnologiyalarından istifadə edilir. Cihazlar sürətli enerji toplamanı dəstəkləyən güclü akkumulyatorlar ilə təchiz olunur. 720p imkanlı web-kamera mövcuddur.

HP ProBook modelləri biznes noutbuklarına aiddir. Burada ciddi dizayn, yüksək funksionallıq və məhsuldarlığı qeyd etmək olar. Bütün bu xüsusiyyətlər münasib qiymətlərlə uyğunlaşır.

HP Spectre, Spectre Pro, Spectre x360

Bu seriyada olan modellər incə və yığcam alüminium korpusla istehsal olunur. IPS-displey Full HD3 Corning Gorilla Glass qoruyucu şüşə ilə örtülür, ultra incə çərçivələrlə əhatə olunur. Noutbuklar yeni hiperbalik soyutma sistemi ilə təchiz olunur.

HP ZBook

HP ZBook cihazlarında Intel Core 3 və ya 7-ci nəsil Intel Xeon prosesorlarından birini seçmək imkanı var. Noutbuklar NVIDIA Quadro və IntelHD qrafik adapterlər ilə təchiz olunur. ZBook DDR4 modelinin operativ yaddaş həcmi 64Gb qədər təşkil edir. Ultra HD displey 4K imkanlı HP DreamColor texnologiyasını dəstəkləyir. Həmçinin seriyaya aid cihazlar işıqlandırması olan rahat klaviatura ilə təchiz olunur. Akkumulyatorlar Fast Charge sürətli enerji toplamanı dəstəkləyir.

Maxi.az-da alış

HP noutbuklarını Maxi.az internet mağazasından sifariş edib ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. HP noutbuklarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml