Dell noutbuklar Bakıda kreditlə satışı • Noutbuk Dell qiymetleri MAXI.AZ

Noutbuklar Bu kateqoriyada hal hazırda 17 məhsul var

Dell noutbukları

Dell brendi ən müxtəlif noutbuklar növlərini geniş çeşiddə istehsal edir. Burada istənilən büdcəyə uyğun modeli seçmək olar. Laptoplar arasında ekonom sinif cihazları və həmçinin oyun üçün (yüksək məhsuldarlıq və qeyri-adi dizayna malik) noutbuklarını seçmək olar. Dell markasına məxsus istənilən noutbuk yüksək keyfiyyət və rahat istifadəsi ilə sevindirəcək.  

Dizayn

Dell öz modellərinin dizaynının müxtəlifliyinə böyük diqqət yetirir. Məsələn, müxtəlif rəngli korpuslar, çərçivəsiz və hətta müxtəlif rəngli qapaqlarla təchiz olunmuş noutbuklar istehsal edilir.

XPS seriyası çərçivələrin istehsalında karbon liflərinin istifadəsi ilə seçilir. Modellər inanılmaz yüngüldür və rahat şəkildə daşınılır. Dell Alienware seriyası metal tor ilə xüsusi keyfiyyətli plastikdən istehsal edilir. Məhz bu seriyadan olan noutbuklarda qırmızı və göy rəngdə müxtəlif qapaqlar istifadə olunur.

Həmçinin quraşdırılmış işıq şou və kosmik dizayna malik Alienware oyun noutbukları da mövcuddur.

Dell Technologies ən müxtəlif vəzifələri yerinə yetirmək üçün cihazlar istehsal edir. Vostro, Latitude və Precision seriyalarına həm büdcəli, həm yüksək məhsuldarlığa malik biznes noutbukları, həm də mobil iş stansiyaları da daxildir. Oyun pərəstişkarları G və Alienware seriyalarından uyğun məhsuldar model seçə bilərlər.  

Dell Latitude

Dell Latitude seriyasına biznes üçün yüksək keyfiyyətli noutbuklar daxildir. Cihazlar davamlıdır, ofis şəraiti və yolda istifadə üçün rahatdır. Modellər arasında 13,3” diaqonal, 360˚ açılan sensorlu ekrana malik cihazlar da mövcuddur.

5000-ci seriya Dell Latitude ən populyar modellərdir, çünki işgüzar istifadəçilər üçün əla xüsusiyyətlərə və münasib qiymətə malikdir.

Dell Latitude seriyasına aid modellərin əksəriyyətinin diaqonalı 14 və 15,6 düym təşkil edir. Ekran imkanları 1366×768 və ya 1920×1080 piksel təşkil edir. Latitude 5530 modeli 4К imkanına malikdir. Bu seriyanın noutbuklarında EMZA texnologiyası ilə infraqırmızı FHD kamera mövcuddur. Həmi kamera sayəsində istifadəçinin rahatlığı, məxfilik və təhlükəsizliyin təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş müxtəlif tətbiqlərdən istifadə etmək mümkün olur.  Noutbuklar aşağıda göstərilmiş funksiyalara malik kameralar ilə təchiz olunmuşdur:

  1. İstifadəçi gözlərini ekrandan çəkdikdə ekran tündləşir, və sonra parlaqlıq qayıdır;
  2. Təhlükəsilik məqsədilə kamera kənar adamın ona baxdığını təyin edir və ekranda əks olunan görüntünü məlumatı gizlətmək üçün bulanıq edir, və sonra dərhal istifadəçiyə bildiriş göndərir;
  3. Həmçinin istifadəçinin cihaza yaxın olduğunu təyin edən alqoritmlər mövcuddur, və bu da məlumatların təhlükəsizliyini qorumaq və enerjiyə qənaət (yuxu rejimi, bloklama və blokdan çıxma) etməkdə kömək edir.

Bütün modellərə 64Gb qədər yaddaş quraşdırmaq mümkündür, operativ yaddaş həcmi 2Tb qədər ola bilər. Onu da qeyd etmək olar ki, noutbukların istehsalında yalnız təkrar emal edilmiş və yenidən istehsalata buraxıla bilən ekoloji cəhətdən təmiz materiallardan istifadə edilir.

Dell Vostro

Dell Vostro noutbukları uzun müddət işlədikdə gözləri yormayan, güclü prosesora malik, böyük ekranlı cihazlara üstünlük verən istifadəçilər üçün ən yaxşı seçimdir. Cihazda ekranın tündləşməsi və parlaqlığını azaldan texnologiyalar dəstəklənir, ComfortView gözləri göy işıqdan qoruyur. Noutbuklar geniş dinamik diapazona malik yeni FHD kameralar ilə təchiz edilmişdir. Dell Vostro 5620 modeli bu seriyadan ən yaxşı noutbuk sayılır. Yüksək güc, cihazı yüksək məhsuldarlıq ilə təmin edən Core i7-1260P qədər 12-ci nəsil İntel prosesoru, hack-dən qorunmaq üçün şifrələmə - TPM 2.0 (Trusted Platform Module 2.0) kriptoqrafik modul mövcuddur.

Həmçinin Dell Vostro noutbuklarına 16Gb qədər DDR 3200 MHz operativ yaddaşı quraşdırmaq mümkündür, bu da çoxvəzifəli iş rejimində daha uğurlu iş prosesini təmin edər.  

Maxi.az-da alış – hər zaman optimal qiymət və yüksək keyfiyyətdir!

Dell noutbuklarını seçib Maxi.az internet mağazasında ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Dell noutbuklarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.     

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml