Asus noutbuklar Bakida kredit ve taksitle satisi • Asus noutbuklar qiymetleri MAXI.AZ

Asus noutbukları Bu kateqoriyada hal hazırda 73 məhsul var

Asus noutbukları

ASUS brendinin adı müdriklik və bilik gücünü təcəssüm etdirən qədim yunan atı Peqasus-dan (Pegasus) götürülmüşdür.

ASUS şirkəti fəaliyyətini ana platalarının istehsalı ilə başlamışdır. Daha sonra brend İT sahəsi üçün digər məhsulları (kompüterlər üçün detallar, periferiya cihazları, serverlər və hətta smartfonlar) da istehsal etməklə davam etdi. Lakin ən əsas istiqaməti noutbuklar sayılır.

Asus noutbukları etibarlılıq və ekoloji olduqları ilə fərqlənir. Cihazlar davamlı və məhsuldardır.

 

Asus noutbuklarının əsas seriyalarını qeyd edək

 

  • ProArt Studiobook – bu variant daha çox yaradıcı insanlar üçün uyğundur. Cihaz yüksək güc, parlaq və dəqiq rənglərə malikdir.
  • Zenbook – yüksək məhsuldarlığa malik noutbuklardır. Eyni zamanda, cihazlar eleqant, yüngül çəki və nazik koprusla təchiz olunmuşlar.
  • Vivobook - yaradıcı və kreativ istifadəçilər üçündür.
  • Chromebook – yüksək sürətli noutbuk-transformerdir.

 

Büdcəli Asus seriyasından F, K, M, R və X, Laptop modellərini qeyd etmək olar. Cihazlar sadə quruluşa malikdir, münasib qiymətləri də bu səbəbdəndir. İstehsalda TB-matris və münasib qiymətə plastikdən istifadə olunur. Noutbuklar kifayət qədər yüksək sürətlə işləyir.

Ən populyar seriyalar – VivoBook, VivoBook S / Flip / Max / Pro. Bu modellər orta seqmentə aiddir. Noutbuklar gözəl görünüş və tanınan dizayna malikdir. Dəstə daxil olan detallar modelə görə dəyişir. Bu seriyada bütün noutbuklar yüksək güc və sürətli işlə fərqlənir.

Ən müasir, ultra nazik, portativ modellər –  ZenBook, ZenBook Flip/Pro/Duo seriyasıdır. Ulrtabuklar müxtəlif qiymətlərə ola bilər. Modellər arasında iş və tədris üçün uyğun olan çox güclü imicli noutbuklar mövcuddur. Seriyada 13 və 14 düym diaqonallı mini modellər, həmçinin iki ekranlı Duo cihazlar var.

ROG, TUF Gaming oyun cihazları oyun həvəskarları üçün uyğun modellərdir. Geymer funksiyaları, işıqlandırma, çox güclü video kartlar olduğu səbəbdən noutbukların qiyməti bir qədər yüksəkdir.

ProArt Studiobook seriyası yaradıcı sahələrdə çalışan peşəkarlar üçündür. ProArt Studiobook modelləri yüksək məhsuldarlığa malikdir, güclü video kart, parlaq rəngli ekran ilə təchiz olunur.

 

Yaradıcı və ya iş adamlarına PRO Art/ExpertBook seriyasından seçmək tövsiyə olunur. Məlumat təhlükəsizliyi, müxtəlif funksiyalarla (məsələn, TPM modul, uzun müddətli avtonom iş, yaxşı erqonomika) təmin olunur.

Brend təkmilləşdirilmiş soyutma sistemli TUF Gaming A15/A17, TUF Dash, ROG Strix SCAR 15/17, ROG Strix G15/G17 kimi oyun cihazlarını istehsal edir. ROG Flow X13 modeli xarici video kart ilə təchiz edilmişdir, həmçinin dok-stansiya üçün əlavə girişləri mövcuddur.

2022-ci ilin ən yeni Asus noutbuklarında istifadəçilərin yaradıcı tələbatları nəzərə alınmışdır, 12-ci nəsil yeni Intel prosesorları və Nvidia çiplərindən istifadə etmişdir.

Duo modelində birinci ekran Asus Dial panelində yerləşən fırlanan virtual tənzimləyici üstündədir.   

Hazırki zamanda ən güclü Zenbook 16 düym 4K OLED-displey ilə təchiz olunmuşdur. Cihazın yenilənmə tezliyi 60Hz təşkil edir. Model həmçinin HDR NanoEdge sensor ekranı ilə təchiz edilmişdir, ekranın üzərində stilus ilə işləmək mümkündür. Noutbuk Dolby Vision və Pantone Validated kimi texnologiyaları dəstəkəyir, hansılar ki, rəng ötürülməsini təmin edir.  Bu növ funksiyalar kontent yaradıcıları üçün çox vacibdir.

Yeni nəsil Asus oyun cihazları arasında TUF Gaming F15 və F17 modellərini qeyd etmək olar. Bu noutbuklar Intel Core 12 prosesoru və Nvidia RTX 3070 video kartı ilə təchiz olunmuşlar.

2022-ci ilin modellərindən daha bir cihazı qeyd etmək olar – ASUS ROG Zephyrus Duo 16. Bu model oyun sevənlər və xüsusilə kontent yaradanlar üçün faydalıdır. Nout 16 düym ekran və həmçinin 4K 14.1 düym ScreenPad Plus əlavə sensorlu ekran ilə təchiz olunmuşdur.  

Asus noutbuklarını daha asan seçib və sərfəli qiymətə əldə etmək üçün aşağıdakı məlumata nəzər yetirin:

Maxi.az-da alış – hər zaman sərfəli və sürətli

Asus noutbuklarını Maxi.az internet mağazasında seçib ən optimal qiymətə əldə edə bilərsiniz.  Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Asus noutbuklarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.     

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml