İş adamlarının biznes məsələləri üçün noutbuklar barədə söhbət etdikdə, ilk ağıla gələn model məhz Acer Extensa 15-dir. Lakin modelin üstünlük və imkanları burada bitmir. Acer EX215 digər gündəlik işlərdə də istifadə edilə bilir: web sörfinq, multimedia izlənilməsi və digər məqsədlər.
Noutbukun dizaynı sakit və lakonikdir, bu məqam iş mühiti və biznes səfərləri üçün tam xarakterikdir. Modelin qapag? üzərində Acer loqotipi əks olunmuşdur, displeyin yan çərçivələri nazikdir. Çıxışlar yan tərəflərdə yerləsir.
Cihazən ölçüləri 363.4 x 247.5 x 19.9 mm, diaqonalı isə 15.6" təşkil edir. Yüngül çəki – cəmi 1.9 kq, və yığcam ölçülərə malik olduğuna görə noutbuku səyahətə də özünüzlə aparmaq rahatdır. Model masa üstündə də çox yer tutmur.
1920 x 1080 piksel imkanları dolğun, realistik və aydın görüntü bəxş edir. İki açıq proqram pəncərəsi ilə eyni zamanda işləmək mümkündür. Mat örtüyü olan 15.6 düym ekran parıltı və əks olunmasının qarşısını alır.
Cihaz əsasən ofis şəraitində istifadə üçün nəzərdə tutulduğu səbəbdən, akustik imkanları çox yüksək deyil. Lakin buna baxmayaraq, stereodinamiklərdən çıxan səs təmiz və təhrif olmayan keyfiyyətə malikdir. Qarnitur qoşulduqda həcmli və dərin səs əldə etmək mümkündür.
Video zəng üçün görüntüləri yüksək səviyyədə əks etdirən 0.3 Mp imkanlı web-kameradan istifadə etmək olar.
Acer Extensa 15 tam ölçülü və istifadəsi çox rahat olan klaviatur blokuna malikdir. Əsas düymələrdən əlavə rəqəmləri rahat və sürətli şəkildə yazmaq üçün nampad mövcuddur. Klaviatur düymələri orta güclə və hiss olunan əks hərəkət ilə sıxılır. Yaxşı görünən işarələmə bütün simvolları aydın görməyə imkan verir, bunun sayəsində sənəd və məktubların yüksək sürətli çapı üçün çox rahatdır.
Acer Extensa 15 EX215 modelinin touchpad bloku nisbətən böyükdür. Səth yüksək həssaslığa malikdir. Bütün sahə toxunuşa qarşı həssasdır, altında gizlənmiş iki siçan düyməsini istifadə etməyə imkan verir.
Noutbuk Acer Extensa 15 EX215 Linux proqramı əsasında işləyir. Ehtiyac olduqda Windows-a dəyişmək mümkündür. Intel Core i3 prosesoru biznes məsələlərini yerinə yetirmək üçün yüksək məhsuldarlığa malikdir. Çip dörd məlumat axınını paralel olaraq emal edə bilən iki hesablama nüvəsi ilə təchiz edilmisdir. 4 Mb kes və 2.1-4.1 HHz takt tezliyin? malikdir. Intel UHD Graphics 620 videokartı görüntüləri emal edib noutbuk ekranına çıxarır.
Proqramlarla isləmək üçün 8 GB DDR4-2133 MHz operativ yaddaş mövcuddur.
Çıxışlar cihazın yan hissələrində yerləşir. Onlara USB 2.0 v? 3.0, RJ-45 gigabit şəbəkə çıxışı, enerji toplama girişi, kombinə edilmiş audio çıxış və HDMI video çıxışı aiddir. Sağ tərəfdə Kensington kilidi yuvası və yanında daha bir USB 2.0 yerləşir. Noutbukda simsiz rabitə Wi-Fi 802.11 b/g/n/ac və Bluetooth 4.2 vasitəsilə həyata keçirilir.
Acer Extensa modelin LiIon batareyası ilə təchiz edilmişdir, həcmi 4810 mAs təşkil edir. Bu cür batareya sayəsində birdəfəlik enerji toplama 9 saat müddətində kifayət edir.
Maxi.az internet-mağazasında “Rəqəmsal texnika” bölməsində Acer EX215-52 15.6/i3-1005G1/4GB/1TB/DOS/Black (qara) noutbuk modelini ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik və ya kredit/taksit üsullarından birini seçərək rahat şəkildə ödəniş etmək olar. Sifariş zamanı hər hansı bir çətinlik olarsa, mağaza məsləhətçisi mütləq köməklik göstərəcəkdir. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.