Samsung LC24F396FHIXRU modeli qövsvari monitorda video və ya digər məzmun izləyərkən inanılmaz hisslər yaşamağa imkan verir. 1800R displey daha geniş görüntü sahəsini əhatə edir, dərinlik hissi bəxş edir və ekranda təsvirin təhrifini minimuma endirir.
1800R qövsvari ekran gözlərin gərginliyini endirir, baxışı ekranın mərkəzindən kənarlarına köçürərkən gözlər və ekran arasında olan məsafə sabit qalır, göz billuru tor qişasında aydın görüntünü əldə etmək üçün əyriliyini dəyişdirmir.
VA Samsung panelində şaquli istiqamətlənmiş duru kristallar xarici işıq mənbələrini bloklayır, işıq itkisinin qarşısını alır, qara rəngin çalarlarını bütün ekran səthində bərabər paylanmasını təmin edir.
3000:1 kontrastlığı ilə qara və ağ rənglər keyfiyyətlə əks olunur, geniş rəng palitrası mövcuddur. İşığ itkisinin minimuma qədər azalması bütün ekranda qara tonların vahidliyini yaxşılaşdırır. AMD FreeSync funksiyası yeniləmə sürətini PC kadr tezliyi ilə sinxronlaşdırır, bu çıxış gecikməsini azaldır, oyun zamanı üst-üstə düşən kadrların və təsvirin donmasını azaldır. Oyun rejimi məzmun parametrlərinin avtomatik optimallaşdrılmasını təmin edir, nəticədə qövsvari ekran üzərində keyfiyyətli görüntü əmələ gəlir.
12,7 mm ultra nazik qövsvari ekran incəliyi ilə qələm ucu ilə müqayisə edilə bilər.
Avtomatik parlaqlıq tənzimlənməsi ekranın tünd hissələrində parlaqlığı tənzimləyir, enerji istehlakını 10% qədər azaldır.
Həmçinin parlaqlığa əl ilə nəzarətin iki səviyyəsi də mövcuddur – ekran parlaqlığını maksimum səviyyədən əl ilə 25 %-dan 50 % qədər azaltmaq mümkündür.
“Gözlərin mühafizəsi” rejimi spektrin mavi bölgəsində parıltı intensivliyini azaltmaqla monitorda işləyərkən göz yorğunluğunu azaldır. Parıltını aradan qaldıran (Flicker Free) rejimi parıltı səbəbindən gözlərin yorğunluğunu alır, beləliklə, monitorda iş müddətini uzadır.
Full HD monitor maksimum parlaqlıq səviyyəsi (250 kd/kv.m), keyfiyyətli rəng göstərilməsi və 178° bərabər geniş əhatəli baxış bucaqlarına malikdir. 3000:1 ölçülü statik kontrastlıq göstəricisi ilə digər istehsalçıların büdcəli modellərindən fərqlənir. Bu göstərici tünd görüntülərin yüksək keyfiyyətli ötürülməsini təmin edir.
1800 mm radiuslu ekran əyriliyi iki əsas funksiyanı yerinə yetirir - təhrifi azaldır və əlavə olaraq, görüntüyə dalma effektini yaradır.
24" Samsung LC24F396FHIXRU Curved monitor modelini Maxi.az internet-mağazasında ən münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və yaxud taksit ilə) sizin üçün ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olarsa mağaza məsləhətçimiz mütləq köməklik göstərəcəkdir. Bu modeli mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.