Microsoft Project-in əsas xüsusiyyətləri:
Sürətli işə başlama. Boş faylın yaranması əvəzinə, Project layihə ilə işə başlama üçün mərkəz işə salır. İstifadəçinin əvvəlcədən hazırlanan şablonlara baxa, Exel və ya Share Point saytlarından məlumatları ala bilər və yaxud yeni Qrant diaqramını almaq üçün sadəcə yeni layihə seçə bilər.
Qrafik hesabatlar. Project məlumatları digər proqrama ixrac etmədən parlaq və peşəkar hesabatlar yaratmağa imkan verir. Marağı olan şəxslər və komandanı aydın və əlverişli şəkildə layihənin vəziyyəti haqqında məlumatlandırmaq üçün rəsmlər, diaqramlar, animasiyalar, paylaşma və digər elemntləri əlavə etmək olar.
Hesabatlar dəsti. Əvvəlcədən quraşdırılmış hesabatlar dəsti formatlama və qrafiklər üçün əlavə imkanlar yaradır. Layihəni daha da anlaşılan və aydın edən məlumatların iri həcmlərini parlaq diaqramlar və təsvirlərlə əvəz etmək olar.
Kəsmə haqqında hesabat. Planlaşdırılmış, yekunlaşdırılmış və qalan dəyərlərin inkişafı haqqında hesabatlar diaqram üzərində xətt şəklində əks olunur ki, bu da öz növbəsində rəhbərə layihənin vaxtında bitib bitməyəcini dərhal təyin etməyə imkan verir. Project vasitəsilə, məlumatları ixrac etmədən tərtibat haqqında rəngarəng hesabatlar yaratmaq mümkündür.
Komanda ilə ünsiyyət. Project sayəsində istifadəçilər hər zaman komanda üzvləri ilə əlaqədə olacaqlar. Bilavasitə Project-də yerinə yetirilən iş haqqında yeniləşdirmələri almaq, suallar vermək və strateji sualları müzakirə etmək da rahatdır. Siçanın göstəricisini adın üzərinə yönləndirmək kifayətdir ki, ani məlumat mübadiləsi seansı və ya videoçat başlasın.
Məqsəd yolların izlənməsi. Mürəkkəb layihələr üzərində işləmə zamanı Qant diaqramı kəsmə yığımı və elaqə xəttlərinə çevrilə bilər. Hər hansı məqsəd üçün məqsəd yolları adlanan əlaqə silsiləsi seçilərsə, daha aydın ola bilər. Məqsədi ayırma zamanı onun sələfləri bir rəng ilə işarələnəcək, ardıcılar isə digər rəng ilə.
Uzun müddətli layihələrin planlaşdırılması. Project 31.12.2149-dək olan məqsəd və layihələrin tarixini dəstəkləyir.
Görüşlərə birgə çıxış. Əgər istifadəçi hesabat, layihə qrafikləri və ya Project-dən məlumatları digər Office proqramına ixrac edirsə, o zaman birgə çıxış funsiyası ona faydalı ola bilər. Onun sayəsində şəbəkə vasitəsi ilə iclaslara qoşulmaq və PowerPoint slaydları, Word sənədləri, Excel elektron cədvəlləri və OneNote qeydlərinə hətta Office quraşdırılmayıbsa hər hansı dəstəklənənən cihazdan birgə baxmaq imkanı veriləcək.
Praktiki olaraq hər yerdən iş. Əgər PK-da Project Online əlavəsi quraşdırılıbsa, Project-in tam versiyasını praktiki olaraq hər yerdən, Project olmadığı kompüterlərdə belə əldə etmək olar.