GoPro HERO 9 Black - ən güclü və universal ekşn-kameradır. Əvvəlki modellərdən fərqli olaraq, bu kameraya yeni göstərici və ön displey əlavə edilmişdir. Kameraya Max Lens Mod adlı dəyişik obyektiv kimi bir aksesuar təklif olunur. Stabilizasiyanı yaxşılaşdırmaq və geniş baxış sahəsini təmin etmək üçün nəzərdə tutulur.
GoPro 9 standart dəstinə daxildir: kamera və aksesuarları daşımaq üçün zərbə əleyhinə firma keysi. Ona daxildir: Type-C enerji cihazı, 4 ədəd bərkidici və akkumulyator.
GoPro Hero 9 rəngli ön displeyə malik ilk GoPro kamerasıdır. 1,4 düym diaqonala malikdir və vizör kimi işləyir. Arxa tərəfdə yerləşən əsas ekranın diaqonalı 2,27 düym təşkil edir. Ön ekran görüntünü düzgün tənzimləmək və ya parametrlərə baxmaq üçün vizör kimi çox faydalıdır.
Korpusun sağ tərəfində USB-C girişini, akkumulyator yerini və microSD kart slotunu açmaq üçün pərdə mövcuddur. Kameranın arxa tərəfinin demək olar ki, bütün sahəsi ekrandır. Korpusun yuxarı hissəsində yerləşən LED göstəriciləri kameranın nə vaxt qoşulduğunu, enerji doldurduğunu və ya istifadə edildiyini göstərir. Korpusun sol tərəfində güc düyməsi və rejim açarı var. Uzun müddətli toxunuş kameranı qoşur və ya söndürür, həmin düymə çəkiliş rejimləri arasında keçid və naviqasiya menyusu zamanı əvvələ dönüş edir. Yuxarı hissədə yerləşən çəkiliş düyməsi video çəkilişi başladır və ya dayandırır və foto çəkmək imkanına da malikdir.
Kameranın alt hissəsi uyğun ştativlər üçün xüsusi montajla təchiz olunub. Bu, yuvarlanan bərkidicilər və ya tərtibatçıların dediyi kimi, barmaqlara sahib olan ilk GoPro modelidir.
Cihazın ölçüləri 71 x 55 x 33,6 mm, çəkisi 158 q təşkil edir.
5K imkanlı video çəkiliş üçün 23,6 Mp sensordan istifadə olunur. 27 Mp imkanlı foto çəkiliş dəstəklənir, 1720 mAs həcmli batareya isə enerji yığmadan uzun müddət işləmək imkanı verir.
Proqram imkanları mövcuddur: TimeWarp 3.0 Timeplace çəkilişi zamanı sürəti dəyişərək və səs əlavə edırık, təxəyyülü ifadə etməyə imkan verir, HindSight çəkiliş müddətini minimuma endirmək imkanı verir. Bu rejimdə olduqda kamera qoşulmuş vəziyyətdə qalır və video çəkir, lakin çəkiliş düyməsinə basılmadıqda axırıncı 30 saniyə silinir.
Ən maraqlı imkanları arasında cihazın Skype və ya Zoom üçün veb-kamera kimi istifadəsini qeyd etmək olar. Beləliklə, GoPro Hero modelinin əsas üstünlüklər və xüsusiyyətləri:
Maxi.az internet-mağazasında GoPro HERO 9 Black (qara) kamera modelini münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş və çatdırılma üsulları mövcuddur – sizə ən rahat və uyğun olanı seçin. Sifarişlə hər hansı bir çətinlik olarsa, mağaza məsləhətçimiz mütləq köməklik edəcəkdir. Bu modeli Bakı və Sumqayıtda yerləşən Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz.