Playstation DualSense Wireless Controller modeli oyun sevənlərə oyun prosesində tam yeni təcrübə bəxş edir.
Oyun kontrollerində quraşdırılmış mikrofonlar, qulaqlıq girişləri və USB C enerji girişi mövcuddur. Sensor panelində Share düyməsinin yerinə kontent yaradan yeni Create düyməsi əlavə edilmişdir. LED işıqlandırma oyunda müxtəlif hadisələr barədə işarə verir.
DualSense modeli DualShock 4 modelinin daha iri versiyasıdır. Mərkəzdə yerləşən sensorlu panel daha böyük oldu, işıqlanma touchpad-in qıraq hissələrinə keçirilmişdir. Yuvarlaq formalı PS düyməsi PlayStation loqotipli düymə ilə əvəz edilmişdir. Tutacaqlar isə xırda həndəsi fiqurlarla bəzədilmişdir.
Keyfiyyətli mikrofonlar öz funksiyalarının tam öhdəsindən gəlir, quraşdırılmış dinamik bütün səsləri mükəmməl şəkildə çatdırır və oyunlardan dolğun təssüratlar yaradır. Həmçinin giroskoplu quraşdırılımış akselerometr mövcuddur.
DualSense modelinin 1 dəfə enerji toplaması 10 saat iş rejiminə kifayət edir. 1560 mAs həcmli akkumulyator enerjini yaxşı saxlayır. USB Type- C enerji doldurmaq üçün istifadə olunur, enerji stansiyasından istifadə üçün alt hissəsində əlaqə bazası da var.
Şəxsi kompüterə qoşulması üçün USB-C və USB-A kabelləri lazımdır. Kabel kontrollerə qoşulur, sonra isə kompüterdə müvafiq porta keçirilir.
Simsiz qoşulma imkanı da mövcuddur. Bunun üçün kompüterdə Bluetooth modulu və ya simsiz əlaqə üçün USB-açar olmalıdır.
Əlavə ayarlar menyusunu aktivləşdirmək mümkündür, bunun üçün kitabxanada istənilən oyunun kontroller nəzarəti ilə xüsusiyyətləri açılmalıdır və menyunun müvafiq bəndinə keçid edilir. Beləliklə, oyun cihazının istənilən oyun üçün ümumi ayarlarını qoşmaq və ya söndürmək mümkündür. DualSense Steam oyunlarının əksəriyyəti ilə əvvəlcədən konfiqurasiya olmadan istifadə edilə bilər.
Remote Play – DualSense istifadəsində çox maraqlı bir funksiyadır. O, görüntünü PS5-dən kompüter və ya mobil cihazda görsənməsinə imkan verir. Bu funksiya sayəsində konsolu özünüzlə daşımağa ehtiyac qalmır. Sadəcə noutbuk və DualSense lazımdır. Güclü internet və PS5 mütləq olmalıdır.
Playstation DualSense Wireless Controller White simsiz oyun kontrollerini Maxi.az internet-mağazasında ən optimal qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerşələn mağazalarımızda da əldə edə bilərsiniz.