Sony PlayStation 3 Super Slim incə, nazik korpusa malikdir, ölçüləri 290×60×230mm, çəkisi isə 2,1kq təşkil edir. Korpus səthi komibnə edilmişdir – yarısı mat, yarısı isə parlaqdır. Mat tərəfi qofre səthə malikdir. Geympad istənilən oyunlar üçün uyğundur, erqonomik olduğu sayəsində əldə rahat saxlanılır.
İdarəetmə paneli korpusun sağ kənarında yerləşir, burada konsolu qoşmaq və disk yerini açmaq mümkündür. Sony PlayStation 3 500GB Black modelində diskləri yerləşdirməyin qeyri-adi yolu mövcuddur: korpus qapağının sağ yarısı sola sürüşərək diskin endirildiyi qabı açır. Konsol DualShock 3 coystik vasitəsilə idarə olunur. Coystik üzərində bir neçə idarəetmə elementı yerləşir: xaçvari detal sol tərəfdə, 4 əsas düymə sağ tərəfdə, Start, Select və PS düymələri mərkəzdə, iki analoq turel alt tərəfdə, dörd trigger yuxarıda və korpusun arxasında. Yuxarı kənarında MicroUSB-çıxış mövcuddur.
Oyun konsolu PlayStation 3 Super Slim Wi-Fi modulunu dəstəkləyir və Blu-ray diskləri oxuya bilən optik ötürücüyə malikdir.
Cihazda HDMI və AV çıxışlar, USB-portlar mövcuddur. Ethernet və ya Wi-Fi 802.11( b/g/n) vasitəsilə internetə çıxış mümkündür.
PlayStation 3 konsolu 3,2 Hhz tezlikli Cell prosesorundan istifadə edir. NVIDIA RSX sürətləndirici keyfiyyətli qrafika ilə təmin edir. Konsolun soyutma sistemi yüksək səviyyədə işləyir və həddindən artıq isinmə baş vermir.
500 Gb həcmli hard disk kifayət qədər məlumatın saxlanılmasına imkan verir. Diski daha həcmli varianta dəyişmək mümkündür.
Sony PlayStation 3 500GB Black (qara) oyun konsolunu Maxi.az internet-mağazasında ən münasib qiymətə əldə edə bilərsiniz. Ödəniş üsulları seçiminizdən asılıdır – birdəfəlik və ya kredit yaxud taksit ilə. Sifariş etdikdə hər hansı bir çətinlik olarsa, satış məsləhətçimiz hər zaman köməklik göstərməyə və çatdırlmanı təşkil etməyə hazırdır. Həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən Maxi.az dükanlar şəbəkəsində də bu modeli əldə edə bilərsiniz.