Oyun konsolu Nintendo Switch hər yerdə, harada olmağımızdan asılı olmayaraq ən yaxşı və ən maraqlı oyunlardan həzz almağa imkan verir. Nintendo Switch bir sıra üstünlükləri səbəbdən seçilir – portativ olması, yığcam ölçüləri və geniş çeşidli maraqlı oyunlar.
Nintendo Switch V2 korpusu boz rəngdə istehsal edilmişdir, cihaz böyük ekran ilə təchiz olunmuşdur.
Oyun konsolu Nintendo Switch V2 4310 mAs həcmli batareya ilə təchiz edilmişdir. Akkumulyator və yenilənmiş prosesoru 9 saat ərsində fasiləsiz rejimdə oyun oynamağa imkan verir.
Nintendo Switch 32 Gb yaddaş həcminə malikdir, yaddaşı microSDXC və ya microSDHC kartları ilə genişləndirmək mümkündür.
Konsol NVIDIA-da əsaslanan güclü Tegra prosesoruna malikdir. Bu növ prosesor yüksək məhsuldarlıq və gözəl qrafika əldə etməyə imkan verir.
Nintendo Switch V2 konsolunu şəbəkəyə simsiz şəkildə qoşulma imkanı sayəsində istənilən yerə aparmaq rahatdır. Bu, 802.11ac növu qoşulma sayəsində və ya adapter vasitəsilə qoşmaq mümkün olur.
Nintendo Switch sistemi 5.1-kanal həcmli səsə malikdir. Quraşdırılmış audio giriş stereodinamiklər və qulaqlıqlardan istifadə etməyə imkan verir.
Joy-Con (L) üzərində yerləşdirilmiş Capture düyməsi köməkliyi ilə oyunçu skrinşotlar edib onları redaktə edə və sosial səhifələrində yerləşdirə bilər.
Joy-Con – konsol üçün nəzərdə tutulmuş oyun kontrolleridir. Kontrollerə giroskop və akselerometr, həmçinin oyunlarda məsafəni və hərəkəti təyin edən hərəkət kamerası daxildir. Joy-Con ilə iki oyunçu bir biri ilə evdən uzaqda da oynaya bilər.
Nintendo asanlıqla televizora qoşulur, beləliklə, böyük ekranda sevimli oyunlardan həzz almaq mümkün olur.
Nintendo Switch Gray Joy-Con V2 oyun konsolunu Maxi.az onlayn mağazasında ən münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.