- Ana sәhifә
- Kreditә al
Kredit
Kredit
Azercell nömrələr istehlak kreditləşməsi proqramında iştirak etmir.
Mobil telefonlar, smartfonlar və planşetlər ilk ödəniş şərti ilə istehlak kreditləşməsi proqramında iştirak edir.
Embafinans kredit təşkilatının yeni müştərilərindən iş yerindən gəlirləri haqqında arayış və qeydiyyat haqqında məlumat tələb olunur.
İstirahət və ya təhsilə, şəxsi ev və yaxud avtomobil üçün pul yığırsınız? Sabit gəliriniz və yaxşı kredit tarixiniz var?
O zaman məişət texnikası və elektronikanın alınması üçün qənaət etməyə ehtiyac yoxdur. Bizim partnyorumuz olan EmbaFinans-ın istehlak krediti üzrə sərfəli təklifindən yararlanın. Məişət texnikasını 24 ay müddətində kreditlə əldə edin. Kredit sifarişi üçün minimal anket məlumatları və şəxsiyyət vəsiqəsinin təqdim edilməsi yetər. Kredit üzrə faiz dərəcələri ilə seçdiyiniz məhsulun vərəqəsində tanış ola bilərsiniz. Sifarişinizi bizim saytda tərtib edib, mütəxəssislərimizin zəngini gözləyin.

Kredit kartları
Alış-verişlərinizi taksit kart vasitəsi ilə birbaşa saytda həyata keçirin. Sadəcə olaraq, öz bankınızı seçin və kredit müddətini qeyd edin (6 və ya 12 ay). Sizi maraqlandıran məhsulun kredit şərtləri ilə, məhsulun göstərildiyi səhifədə tanış ola bilərsiniz. Taksit kartı və kredit müddətini isə sifarişi səbətdə rəsmləşdirdiyiniz zaman müəyyən edə bilərsiniz.