Hər gün zənginizi  
gözləyirik 
9:00 - 21:00
Hər gün zənginizi gözləyirik
Müqayisә
Müqayisә etmәk üçün mәhsul yoxdur

Müqayisә üçün mәhsul әlavə edin,
vә Sizә lazim olan mәhsulu seçin

0
Sәbәtim

Maxi.az internet mağazasıda Bonus Plus

Diqqət!
Yalnız İnternet-mağazadan sifariş etdikdə sizin bonus kartınıza ikiqat bonus yüklənəcək.
İstənilən məhsulun səhifəsində, qiymətin yanında İnternet-mağazadan sifariş edəcəyiniz halda, alacağınız bonusun məbləği qeyd olunub.

“Bonus Plus” – hər alış-veriş zamanı istifadəçilərinə bonuslar qazandıran proqramdır. Gələcəkdə Siz toplanan bonuslarla  bizim və partnyorlarımızın mağazalarında alış zamanı istifadə edə bilərsiz. “Bonus Plus” proqramında iştirak edərkən eksklüziv təkliflər və layihələrdən yararlana bilərsiniz.

“Bonus Plus” istifadəçisi olarkən  Siz:

1
Xərclədiyiniz pulların bir qismini bonus şəkilində yenidən əldə edə bilərsiniz.
2
Bonusları alış zamanı pul əvəzində istifadə edə bilərsiniz.
3
Sərfəli təkliflərdən və şərtlərdən istifadə imkanını əldə edirsiniz.

“Bonus Plus” kartı harada keçərlidir?

“Bonus Plus” kartı ümumilikdə 40-dan çox satış nöqtəsində keçərlidir. “Bonus Plus” kartı "İntegralPlus" və "Maxi.az" şəbəkələrinə daxil olan bütün mağazalarda, “VİVA” şirniyyat evlərində, "Nakhısh" milli mətbəx restoranı və “Cafe City” kafelər şəbəkəsində istifadə edilə bilər.

“Bonus Plus” proqramına necə üzv olmaq olar?

“Bonus Plus” kartı “İntegral Plus” və "Maxi.az" şəbəkəsinə daxil olan bütün mağazalarda, “VİVA” şirniyyat evlərində, "Nakhısh" milli mətbəx restoranı və “Cafe City” kafelər şəbəkəsində alış-veriş edərkən və ya xidmətlərdən istifadə edərkən, Müştəri anketini doldurduqdan sonra Sizə “Bonus Plus” kartı veriləcək və həmin andan etibarən Siz artıq proqramın üzvü olacaqsınız.

Bonusları necə toplamaq olar?

Proqramında iştirak edən hər hansı bir mağazada  “Bonus Plus” kartını təqdim etmək yetərlidir.

Bonusları necə xərcləmək olar?

Toplanan bonusları istənilən zaman aldığınız məhsul və xidmətin qiymətindən endirim şəkilində istifadə edə bilərsiniz. Bonusların sayı məhsulun qiyməti qədər olsa, Siz həmin məhsulu tam pulsuz olaraq əldə edə bilərsiniz. Ödənişi “Bonus Plus” –la etsəniz belə, yenidən bonuslar qazanacaqsınız.

“Bonus Plus” kartının balansını necə yoxlamaq olar?

1
Cek ilə
Bonus kartınızla hər bar əməliyyat etdikdən sonra Sizə “Bonus Plus” proqramının xüsusi qəbzi veriləcək. Həmin qəbzdə kartınıza son yüklənmiş bonusların sayı, cari bonus balansı, bonus yüklənmiş tarix və digər məlumatlar da öz əksini tapacaq.
2
Sayt vasitəsi ilə
Siz, www.bonusplus.az saytında “Şəxsi kabinet” bölümündə kartınızın seriya nömrəsini və parolu daxil etməklə, kartınızla aparılan bütün əməliyyatlar haqda məlumatları və cari bonus balansınızı izləyə bilərsiniz.
“Bonus Plus” kartını itirdikdə nə etməli?
Siz “Bonus Plus” kartını itirdikdə və ya əlavə məlumat almaq üçün, *3232 nömrəsinə zəng vurmaqla müraciət edə bilərsiniz. Biz itirilən kartı blok edib, yenisi ilə əvəz edəcəyik. Bundan sonra Sizə pulsuz yeni kart veriləcək və blok edilən kartın balansındakı istifadə edilməyən bonuslar yeni karta köçürüləcək.


Yuxarı