- Ana sәhifә
- Bloq
- Xəbərlər
- Qurban bayramı ərəfəsində xeyriyyəçilik məqsədli qan vermə aksiyası
- Xəbərlər
- Qurban bayramı ərəfəsində xeyriyyəçilik məqsədli qan vermə aksiyası
Qurban bayramı ərəfəsində xeyriyyəçilik məqsədli qan vermə aksiyası

Müqəddəs Qurban Bayramın ərəfəsində, 8-9 avqust tarixlərində Maxi.az mağazalar şəbəkəsinin Gənclik Mall ticarət mərkəzində yerləşən flaqman mağazasının ərazisində, saat 17:00-dan 20:00-dək xeyriyyə aksiyası keçirildi.
Hər kəs könüllü şəkildə bu aksiyaya qoşularaq donor ola bilərdi.
Əgər aksiyada iştirak etmisiniz, əmin olun ki, qanınız bu istiqamətlərə yönəldiləcəkdir:
-
təcili qan köçürməsinə ehtiyacı olanlara kömək üçün
-
fasiləsiz olaraq donor qanın köçürülməsinə ehtiyacı olanlara kömək üçün - Siz onların ömrünü uzadacaqsınız!
Ayrıca, aksiyanın bütün iştirakçıları aşağıdakı parametrlər üzrə analiz cavabı alır:
· Hepatit B testinə cavab
· Hepatit C testinə cavab
· HİV testinə cavab (QİÇS)
· Sifilis testinə cavab
· Bağışlanmış qanın həcmi 300 ml olacaq.
Test cavabları, 14 avqust tarixindən sonra, qan bankı reyestrində veriləcəkdir, ünvan - Mirəli Qaşqay, 87.
Aksiyada iştirak edən və edə bilməyən hər kəsə xoş günlər və cansağlığı diləyirik! Xəstələnməyin!!!
Tətdbirdən videoya baxın, dostlarınızla paylaşın: