Bu gün qacetlərın seçimi o qədər genişdir ki, kiçik bir büdcə ilə uşaqların xoşuna gələcək funksional və şık modellər tapa bilərsiniz.
Etibarlı və funksional bir smartfon, seçmək üçün onun əsas xüsusiyyətlərinə diqqət yetirməlisiniz. Əvvəla, bu:
daxili yaddaş və RAM;
enerji saxlama müddəti;
kamera;
ekran imkanları;
diaqonal.
Telefonun sürəti prosessorun versiyasından və daxili yaddaşın miqdarından asılıdır. Məktəbli üçün 1.5 GB-lıq RAM-ı olan variyant uyğun olar və bu, məlumat axtarışı, ani mesajlaşmalar, sosial şəbəkələr və s. kimi əsas əməliyyatları asanlıqla və qecikmə olmadan istifadə etmək imkanı verəcək.
Uşağın yaşından asılı olaraq lazım olan finksiyaların sayı dəişir. Kiçik uşaqlar üçün sadə bir dəst kifayət edəcək, orta məktəb şaqirdləri üçün əlavə funksiyalar vacibdir - filtrlər, pedometrlər, oyunlar və tətbiqlər.
Enerji saxlama müddəti batareya tutumu ilə müəyyən edilir, buna görə tutum nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Orta hesabla 2400-3600 mAh batareya tutumu, məktəbdə və boş vaxtlarda aktiv istifadə üçün kifayət edəcəkdir. Uşağın yaşı nə qədər çoxdursa, onun üçün şəkillərin keyfiyyəti və kameranın xüsusiyyətləri daha vacibdir. Sosial şəbəkələrdən fəal istifadə edən yuxarı sinif şagirdləri 13 meqapiksellik performansdan məmnun qalacaqlar, ibtidai sinif şagirdləri üçün isə 8 meqapiksel kameralı telefon ala bilərsiniz.
Aydınlıq və görüntü keyfiyyəti, çox vacib amillərdən biri olan ekran imkanlarından asılıdır. Smartfonlar, yeniyetmələr arasında tez-tez prestij və status simvolu kimi qəbul eidlir və burada 1000 pikseldən çox - HD və Full HD formatına smartfonlara üstünlük vermək olar. Daha kiçik yaşlı uşaqlar üçün, 960×480 ölçüdə, ultra aydın ekran görüntüsü olmayan, lakin istifadə üçün əlverişli olan modelləri seçə bilərsiniz.
Uşaq yaşı nə qədər az olarsa, telefon korpusunun möhkəm olması və onun ölçüsü o qədər vacibdir. Kiçik bir əl üçün, kiçik bir diaqonalı 4-4,8 düym olan modellər uyğundur. Bu ölçüdə olan qacetləri daşımaq rahatdır, cibə və çantaya rahat yerləşir.
Yuxarı sinif şaqirdi üçün video və fotoşəkillərə baxmaq, İnternetdən rahat istifadə üçün böyük ekrana sahib smartfon daha vacibdir.
Səliqəli istifadə etməyi hər zaman bacarmayan ibtidai sinif şaqirdləri üçün dözümlü korpus və qorunan ekranı olan telefon almaq daha yaxşıdır. Belə modellər zərbələrə, cızıqlara və digər təhlükələrə daha dözümlüdür. Kefiyyətli yığılmış telefonlar, çətin iş şəraitində belə davamlı və dözümlü şəkildə işləyəcəklər. İstənilən modeli əlavə bir çexol və ekran üçün qoruyucu şüşə ilə qorumaq olar.
Cihaz almaq üçün qərara təsir edən amillərdən biri istehsalçı və texniki xüsusiyyətlərdən asılı olaraq dəyişə bilən qiymətdir.
Müxtəlif yaşda olan şaqirdlərə uyğun ola biləcək və ən populyar olan ucuz qiymətli smartfonlar arasında:
Samsung Galaxy A10 ən balacalar üçün daha uygundur. Model minimal xüsusiyyətlərə malikdir. Kiçik diaqonal, zərbəyə davamlılıq və şəkillərin orta keyfiyyəti ilə fərqlənir. Aşağı sinif şaqirdlər üçün bu göstəricilər valideynlər ilə əlaqə saxlamaq, oyun oynamaq və standart tətbiqlərdən istifadə etmək üçün kifayət edəcəkdir.
10 yaşdan 14 yaşa qədər uşaqlar üçün Lenovo K5 və Xiaomi Redmi Note 5 smartfonları uyğun ola bilər. Lenovo bir günə qədər enerji saxlama, yaxşı 13 meqapiksellik kamera və güclü dinamiklər ilə fərqlənir. Cihazın başqa bir gözəl xüsusiyyəti, 180 dərəcəyə qədər baxış bucaqlarıdir, bu da videoları izləməyə və telefondan rahat istifadə etməyə imkan verir. Xiaomi Redmi 5-in üstünlükləri rəngləri yaxşı ötürməsi, aydın səs, barmaq izi skanerinin olması və 4G dəstəylidir.
Yuxarı sinif şaqirdləri Xiaomi Redmi Note 6 PRO modelini şık dizaynı və 4000 mAh batareya gücünə görə bəyənəcəklər. O, güclü bir prosessor, yaxşı dinamik və kameraya malikdir. 4 GB operativ yaddaş və 64 GB xarici yaddaş yeni tətbiqetmələr və ağır oyunlardan istifadə etməyə imkan verir. Cihaz aktiv iş zamanı donmur.
Samsung Galaxy A30 əlverişli qiymətinə görə cəlbedici xüsusiyyətlərə malikdir. Yaxşı kameraya, cihazı şarj etmədən bir gündən çox istifadə etməyə imkan verən bir batareyaya sahibdir. Şəkillər hətta hərəkət rejimində də aydın çıxır, 16MP ön kamera yaxşı şəkillər çəkir. Prosessor, resurs tələb edən oyunlarla əla bacarır, yüksək keyfiyyətli danışıq dinamiki istifadəçini məmnun edəcək.
Bütün bu modellər münasib qiymətə görə olduqca yüksək performansa malikdir. Onların arasından həm uşaqlar, həm də yeniyetmələr üçün seçim edə bilərsiniz. Lazımi xüsusiyyətləri olan və müəyyən bir qiymət aralığında bir model tapmaq imkanı ilə maxi.az-da keyfiyyətli və ucuz bir smartfon əldə edə bilərsiniz.
Etibarlı texnologiya uşaqlara daima təmasda olmağa, internetdən fəal istifadə etməyə, dostları ilə söhbət etməyə və əylənməyə imkan verəcəkdir. Bundan əlavə, bu, uşağın təhlükəsizliyi və valideynlərin rahatlığı üçün vacib bir addımdır. Maxi.az-da etibarlı smartfonları seçin və sifariş edin!