USB fləş - inforasiyanın saxlanması və daşınması üçün ən rahat vasitədir.Məşhurluğunun sürətli artması, onun üstünlüklərinin əhəmiyyətli siyahısı ilə bağlıdır: istifadə rahatlığı, geniş çeşid, etibarlılıq, yığcamlıq.Cihaz praktik olaraq hər bir insanda var,lakin, keyfiyyətə və cihazın qiyətinə təsir edən xüsusiyyətləri barədə heç də hər kəs bilmir.
Çox fləş kartlar təklif olunur və uyğun olanı seçmək yetəri qədər çətindir. Buna görə əsas parametrlərə diqqət yetirmək düzgün olardı: yaddaş həcmi, iş sürəti, qoşulma növü, dizayn(korpus material, təchizat).
Yaddaş 64 gb yuxarı olan USB flash kart, cox sayda məlumatın saxlanması üçün uygundur: iş layihələri, sistem ehtiyatı. 32 gb cihaz – daha optimal seçimdir. Yüksək keyfiyyətli filmlər, çoxlu sayda foto və sənədlərin yüklənməsi üçün uyğun gəlir. 128 gb həcmli cihazlar - çox sayda məlumatın ötürülməsi üçün əla həlldir, lakin, mütəmadi köçürmələr üçün, demək olar ki, eyni qiymətə 1 tb hard disk almaq daha yaxşıdır. Materiallar az yer tutursa və uzunmüddətli saxlanılmaya ehtiyac yoxdursa, 4, 8, 16 gb daşıyıcılar kifayət edəcək.
USB -toplayıcının yazma sürətinın diapazonu 2,5 ilə 380 MB /s, oxuma sürəti isə - 5 ilə 450 MB / s arasındadır. Parametr ilk növbədə həcmdən asılıdır. Məsələn, 4-8 GB aqreqatları sürətli etmirlər, çünki, bu həcmdə olan fləş kartlara əsasən sənəd və musiqi kontentləri yükləyirlər, bu da öz növbəsində sistemi çox yükləmir. Daha həcmli modelləri, daha da güclü edirlər, cünki, bu fləş kartlar yekə faylların yüklənməsi üçün təyin edilmişdir.
Toplayıcılara müxtəlif növ girişlər quraşdırmaq olar: Type –A (kompüter, noutbuk, televizor,mediapleyerlər); Micro –USB (bir çox smartfonlar və planşetlər); Type-C (müasir mobil texnika); Lightning (Apple korporasiyasının məhsulları).
Korpus materialı
Maxi.az saytında plastik, metal, rezin, dəri və s. istənilən dizaynda çoxsaylı məhsullar təqdim olunur. Plastik korpus incə olur və metal kimi davamlı olmur, buna görə daha ucuzdur. Metal və dəri konstruksiyası güclü sxemo-texnika ilə fərqlənmir, dəbli görünür və hədiyyə kimi də uyğundur.
Fləş-toplayıcılar məzmunu qoruyan əlavə funksiyalarla təchiz oluna bilər. Olduqca maraqlı variantlar var: rəqəmsal kod, barmaq izi skaneri, səs tanıma, antibakterial örtük.
Fləş kartlar fərqli məlumat ötürmə dərəcələrinə sahib texnologiya ilə təchiz edilmişdir:
Fləş daşıyıcıya istənilən formatda məlumatların sürətli oxunma və köçürülməsi səbəbindən, son zaman iki son variant fləş kartlara tələbat vardır. Təkmilləşmiş cihazı əldə etməmişdən öncə, nəzərə almaq lazımdır ki, köhnə devayslarda 2.0 növlü portlar quraşdırılmışdır. Qoşulma zamanı ötürülmə qabiliyyəti azalacaq.
İstehsalçıların reytinqini təhlil etdikdən və rəyləri oxuduqdan sonra ən yaxşı məhsulların siyahısını tərtib etmək qərarına gəldik:
Büdcə modelləri arasında A-DATA markası sabit keyfiyyəti ilə seçilir, dizayner flash kart həvəskarları Tribe, Uniq, SmartBuy-u bəyənəcəklər. Ən populyar istehsalçılara Kingston, Goodram, Team, Sony daxildir.
Əgər fləş daşıyıcı müasir noutbuk və ya kompüter üçün lazımdırsa, 2.0 portuna qoşula bilən 3.0,3.1 interfeysli modellər uyğun gələcək. Lakin, köhnəlmiş cihazlarla belə bir interfeysin səhv işləməsi səbəbindən, belə bir istifadə planlaşdırılırsa, 2.0 tipli cihaz almaq daha yaxşıdır. Mobil cihazlarla OTG-kabeli istifadə etməkdənsə, müəyyən ölçüyə malik fləş kartdan istifadə etmək daha optimaldır. Dizayna daha çox diqqət yetirmək lazım deyil, çünki, texnika ilk növbədə uzun müddətli və möhkəm olmalıdır. Məhsul seçərkən, etibarlılıq və yüksək keyfiyyət baxımından özünü satış bazarında təsdiqləyən markalara üstünlük vermək daha yaxşıdır.