Kabel televiziyanızı əvəz edəcək video xidmətlərini dəstəkləmək üçün ən azı 10-25 meqabayt/saniyə (Mbps) yükləmə sürəti olan yüksək sürətli İnternet bağlantısına ehtiyacınız olacaq. Mövcud İnternet paketinizi yeniləmək lazım olsa da, hazırda hər ay ödədiyiniz kabel televiziyası ilə müqayisədə, bu çox kiçik və daha sərfəli bir xərc olacaq.
Kabel televiziyasından imtina etmək qərarına gəldiniz və İnternet sürətinin HD-videonu dəstəkləmək üçün kifayət olub olmadığını yoxladınız. Çox güman ki, lazım olan devaysların bir hissəsi artıq sizdə var. O zaman, sizə lazım olacaq əsas aparaturanı, nəzərdən keçirək, onlar olmasa işimiz çətinə düşər.
WiFi yönlendiriciniz nəzərə alınması lazım olan ilk avadanlıqdır. Evinizdəki eyni anda bir neçə cihaza video yaymaq üçün kifayət qədər müasir bir router tələb olunur, buna görə ən yaxşı keyfiyyət əldə etmək üçün 802.11ac-ı dəstəkləyən bir router axtarın.
Bundan sonra sırada televizor gəlir. Videoları internetdə izləməyiniz, salondakı böyük əyləncə mərkəzindən imtina etməyiniz demək deyil. TV-nizi yeniləmək üçün bir səbəb axtarırdınızsa, indi ağıllı TV haqqında düşünməyin tam vaxtıdır. Smart TV-lər Netflix, Megogo, VUDU, YouTube və başqaları kimi ən populyar yayım xidmətlərini evinizdə əlavə qurğular, məftillər və ya pultlar olmadan istifadə etmək üçün universal bir həlldir.
Mövcud televizorunuzdan razısınızsa və ya sadəcə Smart TV yolu ilə gedmək istəmirsinizsə, kontenti TV-yə ötürmək üçün hər zaman ayrı bir axın pleyeri seçib əldə edə bilərsiniz. Apple və Google əsas axın xidmətləri təklif edir və bəzi hallarda 4K UHDTV -niz varsa 4K kontenti də ötürmək olar. Lakin bütün axın xidmətləri hər ötürücülərdə dəstəklənmir.
Burada köhnə “AzTV” antenaları nəzərdə tutulmur, baxmayaraq ki, bəzi hallarda belə bir antendən də istifadə edə bilərsiniz: məsələn, məzmunu Ci modul və ya qəbuledicidən istifadə edərək ötürən ATVplus ilə. Bundan əlavə, divarınıza yapışdıra biləcəyiniz və ya balkonunuzda asa bilcəyiniz antenlər də mövcuddur, onlar keyfiyyətli HDTV siqnalları ötürə bilirlər.
Kabel televiziyasından imtına üçün dünyadakı ən yaxşı qurğulardan istifadə etsəniz belə, məzmun ötürmək üçün video axını xidmətləri olmadan bu iş tamam olmayacaq. Xoşbəxtlikdən, son illərdə bu xidmətlər çox inkişaf etmişdir.
Şübhəsiz ki, Netflix və Hulu kimi video axın xidmətlərini göstərən ən böyük şirkətlər haqqında eşitmisiniz. İzləmək istədiyinizdən asılı olaraq, bu xidmətlərdən biri və ya hər ikisi ehtiyaclarınızın əksəriyyətini ödəmək üçün kifayət edə bilər. Unutmayın ki, onların hər biri bir növ müstəsna orijinal məzmun istehsal edir, buna görə də qərar vermədən əvvəl təklifləri nəzərdən keçirin.
Əlbəttə ki, bəzən bu xidmətlərin heç birində olmayan bir şou və ya filmə rast gələ bilərsiniz. Bu baş verdikdə, kabel TV ilə müqayisədə aylıq xərclərinizi nəzərə alaraq iTunes, Google Play və ya VUDU-ya keçə bilərsiniz.
Bu qədər… Kabel televiziyasından tez qurtulmağa və bəzi hallarda aylıq xərcləri azaltmağa kömək edəcək belə az miqdarda zəruri avadanlıq bəs edəcəkdir.
Dostlar, oxuduqlarınızdan razı qaldınızsa, məqaləni şərh edin, dostlarınızla və sosial şəbəkələrdə və paylaşın!