Hər bir ev kinoteatrının əsas elementi ekrandır və bu gün bazarda mövcud olan təkliflər içində “azmaq” mümkündür. İzləmək istədiyiniz məzmun növünə və ev teatrı üçün seçdiyiniz otağa görə təklif sayını azaldmaq mümkündür. Böyük ekran görüntü keyfiyyətini yaxşılaşdıracaq, ancaq onu məkan və büdcə üçün seçin. Sadə və başa düşülən bir qayda: bir televizor oturacaqdan ekrana qədər olan məsafənin təxminən yarısını təşkil etməlidir, buna görə də əgər televizordan 100 düym (2,5 metr) məsafədə oturursunuzsa 50 düymlük ekranı olan bir televizor almaq lazımdır.
Kiçik bir məkan və ya işıqlı bir otaq üçün ənənəvi HD düz ekranlı televizor əla seçim ola bilər. Divara montaj ilə əla bir görünüş əldə edə bilərsiniz və dekorasiya aksesuarlarını TV stendinə quraşdıra bilərsiniz. HDTV indi çox əlverişlidir. Demək olar ki, hal-hazırda istehsal olunan hər bir HDTV Smart TV-dir, buna görə də Megogo və Netflix axın xidmətləri daxil olmaqla bu tip proqramların olub-olmamasını nəzərdən keçirin.
Əgər seçimi öz vərdişlərinizə əsaslanaraq edirsinizsə, o zaman sizə uyğun tövsiyələri, bizim TV satınalma təlimatımızdan tapa bilərsiniz.
Evinizdəki teatr otağında işığa tam nəzarət edirsinizsə, proyektorları mütləq nəzərdən keçirin. Divardan ən az 4,5 metr məsafədə, 100 düymlük ekrana bərabər və ya daha böyük görüntü əldə edə bilərsiniz. Bu ölçüdə nazik ekranlar mövcuddur, lakin onların qiyməti on minlərlə manata başa gəlir. Kino həvəskarlar üçün bu ən yaxşı seçimdir, çünki siz özünüzü kinoteatrda olduğunuz kimi hiss edəcəksiniz.
Təsvir bir əsasdır, ancaq ev kino teatrının səs komponenti onu həqiqətən möhtəşəm edə bilər. Səsin tam və düzgün tənzimlənməsi sizi izlədiklərinizə daha da cəlb edəcəkdir.
İndi bu gözəl görüntünü və səsi sisteminizə çatdırmaq üçün, sizin daha bir şeyə ehtiyacınız var. Blu-ray pleyeri ən yaxşı şəkil və səs keyfiyyəti ötürə biləcəyi üçün, ən yaxşı seçimlərdən biridir. 4KTV seçmisinizsə, normal HD məzmununuzu ekranınızda yaxşı görünməsinə kömək olan 4K böyüdücü Blu-ray pleyeri axtarın.
Əgər evinizdə qeymer varsa, xüsusi bir Blu-ray pleyer əvəzinə XBox One və ya Playstation 4 əldə etməyi düşünə bilərsiniz. Onların istənilən Blu-ray disklərini açacaq, eləcə də Netflix və digərləri bu kimi populyar axın video tətbiqlərini də təklif edəcəkdir.
Axın cihazı ilə minlərlə film və TV şousuna giriş əldə edə bilərsiniz. Google Chromecast kimi bir çox cihaz çox baha deyil və birbaşa TV-nin USB portuna qoşulur.
Bu qədər. İndi hər qonağın sevəcəyi bir ev teatrını ərsəyə gətirmək üçün, lazım olacaq cihazların siyahısı və onu qurmaq üçün bəzi tövsiyələr sizin əlinizdə var. Xeyirli olsun!