Kameranızın yerini tutacaq qədər mükəmməl bir cib telefonu, sizi baş verənlərdən məlumatlandıracaq və yolda əyləndirəcək və eyni zamanda evə qayıdana qədər uzun müddət enerji saxlaya biləcək.
Ancaq bütün bu özəlliklərə məxsus ola biləcək bir model tapmaq asan deyil. Artan qiymətlər və seçimlər bazarında, pulunuzu uzun müddət və etibarlı işləyəcək bir telefona sərf etmək çox vacibdir.
Doğru əməliyyat sistemini, markanı və həqiqətən istifadə edəcəyiniz əlavə xüsusiyyətləri seçmək üçün bu məqaləmizi oxuyun.
Bizim mağazada bir smartfonda 89 azn-dən 3599 azn-dək olan bir məbləğ xərcləyə bilərsiniz. Hansı funksiyalar sizin üçün ən vacib olduğundan asılı olaraq, nə qədər xərcləməli olduğunuzu müəyyən edəcək əsas funksiyalar barədə qərar verməlisiniz.
Apple, Samsung və ya Huawei’dən ən yüksək səviyyəli bir premium model almaq istəyirsinizsə, o zaman bank kartınızda ən azı 1500 manat olmalıdır. Bu diapazondakı telefonlar, adətən böyük ekranlar, premium görünüş və bütün son xüsusiyyətlər - üz tanıma, sürətli şarj, simsiz şarj və suya davamlılıq kimi xüsusiyyətlərə malikdir.
Bu gün, mükəmməl telefonların əsas üstünlüyü tez-tez kamera ilə əlaqələndirilir. Hal-hazırda bir çox model bir neçə fotoşəkil linzaları, o cümlədən teleobyektiv və ultra geniş bucaqlı lens ilə təchiz olunmuşdur və buda sizə yüksək səviyyəli modellərin köməyi ilə çox təsirli şəkillər çəkməyə imkan verəcək.
Smartfonla foto çəkmək sizin üçün prioritet deyilsə və ən son funksiyalar olmadan yaşaya bilirsinizsə, orta sinif bazara keçmək tam sizə uyğun gələr. Hələ də yaxşı ekranlar, batareya ömrü və faydalı xüsusiyyətlər dəsti ilə işləyən telefonları tapa bilərsiniz - əslində bəziləri testlərimizdəki daha bahalı modellərdən xeyli üstündür. Yaxşı bir orta səviyyəli mobil telefona 499 manatdan - 899 manata qədər xərcləməyə hazır olun.
Bazarın ən ucuz seqmentində smartfon seçmək daha çətindir... 499 manatdan aşağı qiymət kateqoriyasında uzaq durulası bir çox model var, lakin yaxşı təklif sayı da az deyil. Bu qiymət aralığında daha ucuz və daha sadə bir dizayn tapa bilərsiniz, buna baxmayaraq batareya tutumu çox yaxşı ola bilər və bəzən də çox yaxşı kameraya malik telefona rast gəlmək olar. Bu qiymət kateqoriyasında sizin üçün modelləri filtr etdik.
Qiymət kateqoriyasından asılı olmayaraq, nəticədə məyus olmamaq üçün həmişə alış-verişdən əvvəl çoxlu rəylər oxuyun.
Əməliyyat sistemi (OS) telefonunuzdakı proqramdır. Telefonun interfeysinin necə göründüyünü və hansı tətbiqlərin işləyə biləcəyini müəyyənləşdirir və rahatlığı istifadə böyük rol oynayır. Seçim üçün iki əsas oyunçu var: iOS (Apple iPhone) və Android.
Android, Google tərəfindən hazırlanmışdır və Samsung, Xiaomi və Motorola kimi böyük brendlərdən tutmuş OnePlus və Honor kimi böyüyən brendlərə qədər bir sıra istehsalçılar tərəfindən istifadə olunur. Android, smartfonu kimin hazırladığından asılı olaraq bir az fərqli görünür və işləyir, amma əsaslar eynidır.
Üstünlüklər. Adətən istifadəsi asandır və Google Play mağazasında mövcud olan geniş tətbiqetməyə, oyuna və əyləncəyə giriş təmin edir. İstənilən büdcəyə görə seçim etmək üçün bir çox Android telefonu var.
Əksiklikləri. Əvvəllər Android, Apple telefonlarından fərqli olaraq hücumlara qarşı daha həssas idi. Amma, bu hal dəyişməyə başlayıb - Google şirkəti tətbiq mağazasında tətbiqləri daha dəqiq yoxlamağa başlayıb və mağazada yerləşdirilmədən öncə, kodlaşdırılmada tapılan dəlik-deşikləri düzəltmək üçün geri göndərir.
Bütün iPhone-lar iOS-ilə çalışır və Android-dən fərqli olaraq köhnə bir iPhone-da əməliyyat sistemindən istifadə qaydası aldığınız yeni iPhone-a bənzəyir. Hər il yeni iOS yeniləmələri yayımlanır, lakin bəzi köhnə iPhone'lar yalnız köhnə versiyalarla işləyə bilər - məsələn, iOS 12 -ilə yalnız iPhone 5s və iPhone SE daxil olmaqla daha yeni model iPhone -lar işləyə bilər.
Üstünlüklər. Daha əvvəl bir smartfon istifadə etməmisinizsə belə, iOS istifadə etmək çox asan gələcək və sürətlə öyrənəcəksiniz. Apple böyük stoka malik mağaza təklif edir, orada olan proqramların təhlükəsiz olduğundan əmin ola bilərsiniz.
Smartfonlar sözün əsil mənasında böyüyürlər, ən yüksək səviyyəli modellər 5.5 düym və daha çox ölçülərdədir. Böyük telefonlar filmlərə və veb səhifələrə baxmaq üçün əla seçim olsa da, hər kəs üçün bəyəniləsi deyil. Bəzi insanlar onları çox böyük və narahat hesab edirlər və rahatlıqla bir əllə istifadə edə biləcəkləri bir modelə üstünlük verirlər.
Hansı telefon ölçüsünün sizin üçün uyğun olduğunu dəqiqləşdirmək üçün ən yaxşı yol, mağazaya gedib bir neçə fərqli ölçüdə smartfon əlinizdə tutaraq yoxlamaqdır.
Telefonun fiziki ölçülərinə də diqqət yetirin. Ekran ölçüləri fərqli tərəflər nisbəti ilə mövcuddur və fərqli telefonlar fərqli ölçülərdə çərçivələrə malikdir. 6 düymlük ekranı olan bir telefon, nəticədə 5.5 düymlük ekranı olan telefondan daha kiçik ola bilər.
Bəlkə də yox. Bir telefonda yaxşı endirim əldə etməyin bir yolu, istifadə edilmiş və ya yenilənmiş bir model almaqdır - adətən bu istifadə edilmiş, lakin "yeni" vəziyyətə gətirilmiş və ya müəyyən bir keyfiyyət səviyyəsinə çatdırılmış bir telefon ola bilər. İkinci əl telefon bazarı çox populyardır, ancaq alacağınız smartfonlara mütləq diqqət yetirməlisiniz.
Ən yaxşı endirim və təkliflərdən bəzilərini veb saytımızda smartfonlar və outlet smartfonlar bölməsində görə bilərsiniz.
Çoxları üçün bu mütləqdir. Bəzi hallarda, suya davamlı smartfon seçmək üçün, telefonunuzu su çəninə atdığınız, dərhal bir paket düyü içərisinə qoyduğunuz və hər şeyin yaxşı olacağına ümid edərək növbəti 48 saatı gözlədiyiniz kimi kabuslar sizə qərar verməyə kömək ola bilər. :)
Unutmayın ki, bəzi telefonlar digərlərinə nisbətən suya və toza daha davamlı olur. Toz və nəmdən qorunma standartlarının versiyalarına diqqət yetirin.
Maraqlıdır ki, suya davamlı olan bir neçə orta sinif telefon var. Samsung Galaxy A3 (2017) və A5 (2017) kimi “köhnə” modellərin IP68 qorunma standartına malikdir, bu da onları daha bahalı olan S xətti kimi suya və toza davamlı edir.
İstifadəçilərin mobil telefonlarında qarşılaşdıqları ən böyük problem batareyadır: demək olar ki, beş telefondan biri sarj olunmur deyə və ya enerjinin tez bitmesi problemi ilə servislərə gəlir.
Son bir neçə il ərzində mobil bazarda bir çox maraqlı yeni markaların peyda olduğunu gördük, lakin Samsung və Apple-ın hələ də bazarı idarə etdiyinə şübhə yoxdur.
Ekran ölçüsü: 6,1 düym
Kameralar: 12Mp, 12Mp telefoto, 16Mp ultra geniş (arxa), 10Mp (öndə)
Yaddaş həcmi: 128 GB
Samsungun ən yeni flaqman xəttindən olan mərkəzi model. Arxa paneldə geniş parametr ayarları ilə işləmək üçün nəzərdə tutulmuş üç kamera var, çoxlu yaddaş, və ekrandaki dəlik ekranın daha da böyüdüyünü kameranın isə daha az yer tutduğunu göstərir. Daha ucuz Galaxy S10e-dən fərqli olaraq populyar Edge ekranı ilə təciz olunub.
Ekran ölçüsü: 5,8 düym
Kameralar: 12 MP (arxa), 8 MP (ön)
Yaddaş həcmi: 64 GB
Galaxy S8 bir model kimi köhnəlmiş ola bilər, ancaq hzırki qiymətin, ilkin qiymətin yarısından biraz artıq olduğu üçün hələ də çox məşhur olması təəccüblü deyil. S8 seriyasında vaxtı ilə yeni bir dizayn ortaya çıxmışdır: hər kəsə tanış olan Edge ekrani, üst və altındakı nazik naxışlar bu mobil telefonu çox cəlbedici edir. Yeni telefonlarda tapa biləcəyiniz bir sıra kamera ayarları olmasada, bu model hazırda ən yaxşı təkliflərdən biri ola bilər.
Ekran ölçüsü: 5,8 düym
Kameralar: 12 MP, telefoto 12 MP (arxa), 7 MP (ön)
Yaddaş həcmi: 64 GB
Apple, ötən il təqdim olunan seriyada üç variyant təqdim etdi - XS, daha ucuz iPhone XR və böyük ekranlı iPhone XS Max. Maraqlıdır ki, bu modellər müştərilərin ürəylərini və ağıllarını Apple’ın istədiyi qədər ala bilmədi. Bəlkə də bunun səbəbi iPhone X-nin yaxşı endirimlə təklif olunması və XS-nin kiçik bir yeniləmə ilə gəlməsidir.
Ekran ölçüsü: 4,7 düym
Kameralar: 12Mp (arxa), 7Mp (ön)
Yaddaş həcmi: 32 GB
Yeni Apple telefonlarına pul xərcələmək istəmirsinizsə və ya xərcləyə bilmirsinizsə, problem deyil... IPhone 7-nin belə məşhur bir telefon olaraq qalmasının bir səbəbi var - böyük qənaət. Unutmayın ki, o, tamamilə öz varisi olan iPhone 8 kimi görünür və bu səbəbdən bu qədər çox insanın bu təklifi seçdiyinə nail ola bilir.
Smartfon bazarında, Samsung və Apple-dan əlavə, bir çox yüksək keyfiyyətli təkliflə yanaşı, geniş seçimə malik olan brendlər də mövcuddur.
İngiltərədə özünə möhkəm yer tutmuş Huawei, müxtəlif qiymətlərlə geniş çeşidli mobil telefonları təklif edir: yüksək keyfiyyətli P30 Pro-dan tutmuş daha əlverişli Y6-a qədər.
Məşhur "büdcə" markası Motorola çox rəqabətli qiymətlərlə bir sıra modellərə malikdir və bu brend, telefona bir “sərvət” xərcləmək istəməyən istifadəçilər arasında populyar seçimdir.
Google saya deyil, keyfiyyətə işləyir - seçim imkanı məhduddur, lakin onun telefonları təcrübəsiz mobil fotoqraflar arasında çox populyardır, həmçinin əməliyyat sistemində yenilənmələrin vaxtı-vaxtında olduğuna dəyər verən istifadəçilər arasındada populyardır - axı Google Android sahibidir.
Lakin Xiaomi həm keyfiyyət, həm də seçim miqdarı təklif edə bilər. Həm yeni başlayan mobil fotoqraflar, həm də qeymerlər üçün seçim var. Onların qiymət rəqabəti qabiliyyəti barədə heç danışmağa dəyməz.
İnternet mağazamızda əldə edə biləcəyiniz ən bahalıdan - ən əlverişlisinə qədər bir neçə marka və modeli araşdırdıq. Sizə qalan, yalnız lazımi parametrlər barədə qərar vermək və sifarişi rəsimləşdirməkdir. Bundan sonra yeni smartfonuzu Bakı və Sumqayıt şəhərlərinə pulsuz olaraq çatdıracağıq.
Məqalələrimizi və tövsiyələrimizi oxuyun, şərhlər yazın və sosial şəbəkələrdə dostlarınızla paylaşın.