Hər gün zənginizi  
gözləyirik 
9:00 - 21:00
Hər gün zənginizi gözləyirik
Müqayisә
Müqayisә etmәk üçün mәhsul yoxdur

Müqayisә üçün mәhsul әlavə edin,
vә Sizә lazim olan mәhsulu seçin

0
Sәbәtim

Azərbaycanda texnikanı kreditlə necə əldə etmək olar?

Azərbaycanda texnikanı kreditlə necə əldə etmək olar?
Kredit - kreditor tərəfindən müəyyən müddətə və müəyyən şərtlərlə verilən pul məbləğidir. Borcun ən məşhur növlərindən biri, demək olar ki bütün ölkələrdə elektrotexnikanın alınması üçün verilən kreditdir. İlk olaraq lazım olan alış-verişi etmək üçün müəyyən məbləğin ayrılması ilə bağlı olan narahatçılığı istisna edir. İkincisi isə, texnika müasir insanın həyatını daha da yüngülləşdirir.
one.jpg  İstənilən azərbaycan bankı krediti verməmişdən öncə, müştərinin kredit tarixi ilə tanış olmalıdır. Buna görə də, kreditin alınası şansınızı artırmaq üçün, öz ödəmə qabiliyyətinizi sübut etməlisiniz. Kredit tarixi olmadığı təqdirdə, çox ehtimal ki, bank minimal məbləğ təqdim edəcək. Bu, müştərinin vaxtı-vaxtında ödəniş etməsinə əmin olaq üçün lazımdır. Gedikdirmə olmadan kredit tam bağlandıqdan sonra, daha böyük məbləğə ümid etmək olar.


Kreditin rəsmiləşdirilməsi necə baş verir?


Rəsmiləşdirilmənin mərhələləri:
  1.  Sənədlərin verilməsi – kreditin alınmasında məqsəd, məbləğ, müddət və arzu olunan faiz dərəcəsi.
  2.  Ərizəyə baxılma.
  3.  Müqavilə imzalanması.
  4.  Pulun verilməsi.

Sonra borc alan hər ay kredit üzrə ödənişi edir, bank isə bu prosesə nəzarət edir.


two.jpgKredit rəsmiləşdirməzdən öncə nəyi bilmək lazımdır?


Kredit verilmənin ən məşhur yolları aşağıdakılardır:
  -  kredit kartının aşılması;
  bank bölməsində nağd məbləğin verilməsi;
  bilavasitə mağazada məqsədli kredit.

Kredit kartının açılması, xüsusilə faizsiz dövr imkanı ilə - istifadəçi üçün çox rahat variantdır, çünki, hesabda pul daim mövcuddur və istənilən vaxt əlçatandır. Nağd kreditin əsas üstünlükləri ərizəyə baxılma sürəti və nağd puldur.

Bundan əlavə, kreditin artıq olası öhdəliyi, bankın yeni kredit verməməsi demək deyil. Qeyri-qənaətbəxş kredit tarixinin olması, pulun verilməsində 100% imtinaya gətirib çıxarmır, sadəcə, şərtlər az əlverişli ola bilər.

three.jpgBankın siyasətindən asılı olaraq, borca pul götürmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir:
  -  şəxsiyyəti təqdim edən sənəd;
  -  gəlir haqda arayış;
  -  əmək müqaviləsi.

Mümkün kredit məbləği, bir qayda olaraq, kredit tarixi, müştərinin yaş həddi və onun aylıq gəlirindən asılıdır. Bundan əlavə, bəzi hallarda nəyisə girov qoymaq və ya zamindən sənədi götürməyi xahiş edə bilərlər. Nəzərə almağa lazımdır ki, girovun qiymətləndirilməsi zsamanı, kreditor tam bazar qiymətini təklif etməyəcək. Bu, kredit üzrə ödənişlər mümkün olmayan zaman, girovu sürətli reallaşdırmaq üçün lazımdır.

Bankla müqaviləni imzalamazdan əvvəl, valyutanı müəyyən etmək lazımdır. Elə faiz dərəcəsi də məhz valyutadan asılıdır. Məsələn, manatla kreditin aylıq faiz dərəcəsi 19-30%, dollarla ilə - təxminən 20-27% təşkil edir. Hər şey kreditin bağlanma müddəti və məbləğdən asılıdır.




Azərbaycanda məişət texnikası və elektronikaya kreditlər.


Ən yaxşı satılan texnika əlbəttə ki, telefon, planşetnoutbuklardır. Müasir mobil cihazlardan tək rabitə vasitəsi deyil, eləcə də əyləncə, təhsil və iş üçün də istifadə edirlər. Bu səbəbdən onlar vacib əşya hesab olunur.

Mağazada məqsədli krediti almaq çox rahatdır. Birincisi, heç yerə getmək lazım deyil, ikincisi, menecerlər dərhal faiz dərəcəsini hesablayacaqlar və ödənişin rahat sxemini təşkil edəcəklər. İnternet vasitəsilə alış edildiyi halda, saytda faizi dərhal hesablayan kalkulyatoru tapmaq olar.

Bir qayda olaraq krediti 24 ay müddətinə almaq olar. Texnikaya çox aşağı faiz dərəcəsi tez-tez təklif olunur. Buna görə də hissə-hissə ödənişli texnikanı kredit almaq - kifayət qədər rahatdır. Beləliklə, təzə smartfonu, televizoru və ya kompüteri almaq mümkündür, bu halda yayda istirahətdən imtina etməmək olar.
Yuxarı