Əvvəlcə auksion tədbiq etmək istədik, amma müsbət və mənfi tərəfləri nəzərə alaraq, qərara gəldik ki, "Öz qiymətini təklif et" funksiyası üzərində işləyək.
Bu aləti niyə seçdiyimizi və onun necə işlədiyini bu məqalədə oxuyun.
Birincisi, müştəri üçün təklif etdiyi qiyməti daim izləməyinə ehtiyac yoxdur, sorğu göndərir və onunla əlaqə saxlayacağımızı gözləyir.
İkincisi, hər hansı bir outlet mala istədiyi qiyməti göndərə bilər. Heç bir məhdudiyyət yoxdur, hər bir təklifi nəzərdən keçirəcəyik, təsdiqləyəcəyik, imtina edəcəyik və ya öz təklifimizi irəli sürəcəyik.
Üçüncüsü, bunu etmək çox asan və sadədir.
Əvvəlcə outlet bölməsini açmalı, bir məhsul seçməli, məhsul kartına daxil olub orada "Qiymət təklif et" düyməsinə klik etmək lazımdır:
Klik etdikdən sonra bu pəncərə açılacaq:
Təklif xanasına: malı almaq istədiyiniz qiyməti qeyd edirsiniz, "Təklif üçün şərh" xanasında isə təklif üçün öz şərhinizi yazırsınız. Məsələn: “Bu smartfona görə 350 azn ödəməyə hazıram. Kredit və ya Birkart ilə hissə-hissə ödəmək şərti ilə”.
Bundan sonra operatorlarımıza elektron məktub gəlir. Satış meneceri, bir neçə daxili prosedurları həyata keçirdikdən sonra, kateqoriya menecerindən müştərinin qiymət təklifi üçün razılıq, imtina və ya yeni təklif alaraq, müştəriyə geri dönüş edir.
Unutmayın ki, gün ərzində yalnız 3 təklif göndərə bilərsiniz və eyni məhsul üçün növbəti sorğu 2 saatdan sonra edilə bilər. Buna görə təklifinizi göndərməzdən əvvəl yaxşıca düşünün.
Bu qədər, dostlar … :)
Elektronika mağazamızda olan outlet malları bu qədər asan və rahat bir şəkildə onlayn şəkildə daha yaxşı bir qiymətə əldə edə bilərsiniz. İstər məişət texnikası, istərsə də telefon, planşet və ya audio-video avadanlıqları olsun.
İcmalı və nəzərdən keçirdiyimiz funksiyanı bəyəndinizsə, şərh edin, dostlarınızla eləcə də sosial şəbəkələrdə paylaşın. Xoş alış-veriş arzusu ilə!