Kondisiyalaşdırma – istənilən yerdə rahat hava temperaturu yaratmaq üçün sadə və rahat üsuldur. İqlim texnikasının geniş çeşidi sayəsində ofis, ev və yaxud mənzillər üçün uyğun olan variantı seçmək olar. Kondisioner seçərkən, avadanlıqların və otağın xüsusiyyətlərini nəzərə almağa dəyər.
Kondisionerin əsas xüsusiyyətləri onun növü və gücüdür. Bu parametrlər üzrə kondisiyalaşdırma sistemləri sənaye, yarı sənaye və məişət növlərinə bölünür. Məişət qurğularına 7 kVt gücə malik olan kiçik və orta qurğular aiddir, bu qurğular 50 - 80 kv. m yerlərdə istifadə olunur. 100 kv. metr sahəsi olan otağı sərinlətmək üçün, yarı sənaye texnikası lazım olacaq.
Quruluşuna əsasən kondisionerlər 3 qrupa bölünür:
Monoblok kondisioner pəncərə üçün və ya mobil(daşınan) ola bilər. Pəncərə üçün nəzərdə tutulan kondisioner elə quraşdırılır ki, korpusun arxa hissəsi küçəyə baxsın. Bu bir neçə il bundan əvvəl məşhur olan ucuz və asan quraşdırma variantıdır. Bu gün bu cür modellər daha az istifadə olunur, çünki onlar havanın yalnız 10-20% -ni çəkirlər və qışda soyuq hava cihazın korpusu vasitəsilə otağa daxil olur. Bu qurğular səs-küylüdür və mənzilin izolyasiyasını pozur.
Daha bir monoblok variant — xüsusi quraşdırma tələb etməyən kiçik mobil kondisionerdir. Onu rozetkaya qoşmaq kifayətdir — və otaqdan otağa daşımaq olar. İsti hava vuran elastik məftili pəncərə oyuğundan çıxrmaq kifayətdir.
Split-sistem — 70 kv.m-ə qədər olan yerlər üçün ən yaxşı variantdır. Belə bir kondisioner borular və məftillərlə bağlanmış iki hissədən ibarətdir. Havanın soyumasını təmin edən freon, borular vasitəsilə dolaşır. Səs-küylü olan kompressor-kondensat xarici bölmə bayır tərəfdən, buxarlandırıcı isə - mənzilin içində quraşdırılır. Bunun sayəsində texnika sakit işləyir, otaqda isə yalnız bir yığcam blok olur. Split sistemlərin bir çox modelində istilik rejimi də mövcuddur.
Multisplit sistemi eyni prinsipdə işləyir, lakin blokların sayında fərqlənir. Bir kompressor blokuna müxtəlif gücə malik olan 2-dən 5-ə qədər daxili bloku qoşmaq olar. Bu quraşdırma müddətini azaldır və binanın görünüşünü qoruyur.
Modellərin müxtəlifliyi ev üçün kondisioneri nəyinki kontruksiyaya, eləcə də dizayn və quraşdırma növünə əsasən seçməyə imkan verir. Montaj növünə və yerinə görə onlar aşağıdakı növlərə bölünür:
Divar qurğuları ən populyar və tələbatlıdır, 90% hallarda seçilir. Bunlara daxili bölmələri divara quraşdırılmış split sistemlər daxildir. Səliqəli görünür, cihaz az yer tələb edir, quraşdırma isə minumum vaxt sərf edir. Pultu istifadə edərək sistemi idarə edə bilərsiniz.
Kaset kondisionerləri tavanın hündürlüyü 3 metrə çatan geniş otaqlarda quraşdırılır. Onlar tavanlararası məkana yerləşdirilir, əsas bölmə bir qyda olaraq tavanın ortasında quraşdırılır. Bu, müxtəlif istiqamətlərdə soyudulmuş havanın axmasına imkan verir. Bu, müxtəlif istiqamətlərdə soyudulmuş havanın axmasına imkan verir. Bölmənin özü, böyük gücə baxmayaraq, səliqəli görünür və çox gözə çarpmır. Əksər modellərdə istilik funksiyası var. Belə model böyük ofisdə və ya evdə kondisiyalaşdırma üçün avadanlığın quraşdırılmasına qənaət etməyə imkan verir.
Döşəmə modeli, split sistem kimi iki blokdan ibarətdir. Cihazın iç hissəsi birbaşa döşəmədə yerləşdirilir, buna görə xüsusi quraşdırmaya ehtiyac olmur. Bu havanın qızdırılması funksiyasına malik olan ən yaxşı variantlardan biridir.
Mobil modellər split sistem kimi eyni funksiyaları yerinə yetirə bilər. Quraşdırma üçün divarda pəncərələr və ya deşiklər kifayətdirki, buraya qofro-borular yerləşdirilir.Yığcamlığı və quraşdırılmada asanlığa baxmayaraq bu cür cihazlar öz vəzifələrinin öhdəsindən gəlir və bir sıra əlavə funksiyaları yerinə yetirə bilər. Onlar az gücəmalikdirlər və əsasən stasionar bir qurğunun quraşdırılması mümkün olmayan yerlərdə istifadə olunur.
Cihazın iş effektivliyi onun gücündən asılıdır. Uyğun olan modeli seçmək üçün aşağıdakıları nəzər almaq lazımdır:
Hər 8-10 kv.m 1000 Vt qədər güc olmalıdır. Əgər pəncərələrə gün işığı düşərsə, tələb olunan gücə əlavə 20-30% əlavə olunmalıdır. Texnikanın verdiyi istiliyi də nəzərə almaq lazımdır. Məsələn, bir kompüter - +300 Vt.-dır. Beləliklə 25 kv.m otaq üçün 2.6 kVt cihaz, 35 kv.m. üçün 3.5 kVt lazım olacaq. 50 kv.m-ə qədər olan yeri 5.2 kVt olan cihazlar effektiv kondisiyalaşdırır, 50 kv.m-dən yuxarı sahələrin öhdəsindən isə 7 kVt olan cihazlar gəlir.
Aşağı gücə malik olan cihaz dayanmadan işləsə, tez sıradan çıxacaq, dəyişmə və ya təmirə ehtiyacı olacaq.
Məişət kondisionerinin yerinə yetirdiyi əsas funksiyalar:
Havanın soyudulması - istənilən kondisioner modelinin əsas vəzifəsidir. Bu funksiya isti mövsümdə aktualdırsa, soyuqda havanı isitmək imkanı zəruridir. İstilik rejimi xüsusilə mövsümlər arasında köməkçi olur. Havalandırma rejimi otaqdakı hava kütlələrinin vahid dövranını tənzimləməyə kömək edir, bu rejim hər modeldə vardır. Bu vahid bir istiliyi təmin edir və havanın daha çox qaldığı künclərdə bakteriyaların yığışmasının qarşısını alır.
Qurutma funksiyası həm sağlamlıq, həm də interyerdə olan bütün əşyalar üçün vacib olan rütubət səviyyəsini sabitləşdirir. Filtrləmə istənilən iqlim avadanlığı tərəfindən həyata keçirilir. Quraşdırılmış filtrlər sayəsində otağa daxil olan hava tozdan, tükdən, kirdən təmizlənir. Bəzi filtr növləri bakteriya, virus, allergen keçirmir.
Bir çox kondisioner avtomatik rejimdə işləyir və otaqdakı hava istiliyinə əsasən öz iş rejimini seçir. Bəzilərində daha səssiz və rəvan işləyən gecə rejimi var. Taymer əvvəlcədən istədiyiniz saatları təyin etməyə imkan verir.
Əsas xüsusiyyətlərinə əsaslanaraq, iqlim cihazlarının çoxfunksiyalı modellərini seçin. Otağın xüsusiyyətlərini nəzərdən keçirin və ilin istənilən vaxtında rahat bir temperaturdan zövq alın.