Bu yaxınlarda sayta yeni bir funksiya əlavə etdik - bank köçürməsi yolu ilə ödəniş. Biz bunu korporativ müştərilərimizə - hüquqi və fiziki şəxslərə, eləcə də korporativ satış şöbəsinə kömək üçün reallaşdırdıq.
Təbii ki, bu funksiyanın əsas məqsədi bank köçürməsi ilə sifarişlərin rəsmiləşdirilmə müddətini sürətləndirməkdir. Bir çoxlarınızın bildiyi kimi, bank köçürməsi ilə sifarişin standart rəsmiləşdirilmə qaydası çox vaxt tələb edir. Adətən belə olur:
Müştəri mallara dair bir sorğu ilə mail yazır, bundan sonra məsul işçi tələb olunan malların mövcudluğunu və qiymətini yoxlayır, müştəriyə cavab yazır. Müştəri hüquqi məlumatlarını göndərdikdən sonra faktura və imza üçün müqavilənin hazırlanması başlayır. İmza və möhür almaq üçün bütün bu sənədlər vəkillər, mühasibat və digər məsul şəxslərdən kçməlidir...
Sənədlərin bu cür daimi işlənməsindən qurtulmaq üçün, AniArt-dakı proqramçılarımız ilə birlikdə müqavilənin və fakturanın elektron versiyaları olan bir modul yaratdıq..
İndi müştəri tərəfdən malların mövcudluğu və qiyməti üçün sorğu göndərməyə ehtiyac yoxdur. O sadəcə "Bank köçürməsi" ödəmə metodunu seçərək bütün hüquqi məlumatlarını doldurur və dərhal imzalanmış və möhürlü müqavilə ilə birliktə fakturanda əldə edir. Bundan sonra sadəcə ödəniş edib və malları əldə etmək qalır... Əla deyilmi? ☺
Müxtəlif müştərilərlə eyni sənədlərin daimi işlənməsindən qurtulmaqla bu cür sifarişlərin işlənmə müddətini 30% -ə qədər azalda bildik. Bu, korporativ satış şöbəsi operatorlarına gün ərzində daha çox sifariş etməyə və sənədlərin hazırlanmasında daha az vaxt sərf etməyə imkan verdi.
Sifariş et düyməsini klik etdikdən sonra pəncərə açılacaq, sifarişi rəsimləşdirmək düyməsini basın və səbətə keçin:
İlk addımda şəxsi məlumatlarınızı doldurun:
İkinci addımda, malların çatdırılma ünvanını göstərin və doldurun:
Üçüncü addımda ödəmə üsulunu - bank köçürməsi yolu ilə ödəniş seçin, bank və şirkət məlumatlarını doldurun:
Məlumatları doldurduqdan sonra növbəti addım düyməsini vurun və sonuncu dördüncü addıma keçin. Orada bonusların sayını görəcəksiniz və varsa promo kodu tətbiq edə bilərsiniz və ya ödənişin bir hissəsini bonus kartından edə bilərsiniz sonra sifarişi rəsmiləşdir düyməsinə basın:
Daha sonra sizə sifariş nömrəsi ilə SMS gələcək, Mail ilə imza və möhürlənmiş faktura və müqaviləni alacaqsınız:
Bu qədər asan və sadə!
Bloqumuzdakı məqalələri oxuyun, fikirlərinizi yazn və dostlarınızla paylaşın.