Akumulyatorlu qayka baglayanlar Bakıda satışı • MAXI.AZ-da sərfəli qiymətlər

Qayka baglayanlar Bu kateqoriyada hal hazırda 2 məhsul var

Enerji mənbəyi akkumulyator batareyaları olan akkumulyatorlu qaykaburanlar müxtəlif mürəkkəblikdə bərkidicilərlə işləmək üçün nəzərdə tutulmuşlar. Alət elektrik enerjidən asılı olduğuna baxmayaraq, elektrik şəbəkədən asılı deyil. Bu səbəbdən akkumulyatorlu növlərlə işləmək daha rahat sayılır. Lakin bunun digər tərəfi də mövcuddur – iş prosesi batareya bitənə qədər davam edir.

Bütün akkumulyator tipli qaykaburanlar böyük həcmli litium-ion batareyalar ilə təchiz edilmişlər. Bu cür akkumulyator orta hesabla 45 saata qədər fasiləsiz işləmək imkanına malikdir! Belə göstəricilər hətta enerji mənbəyindən uzaq olan məkanlarda da peşəkar və məişət işlərində alətlərdən istifadə etmək imkanı verir. Məsələn, yollarda təkərlərin montaj / sökülməsi və ya boru kəməri təmiri olan məkanlarda. Enerji səviyyəsini alətin korpusunda yerləşən xüsusi göstərici üzərində izləmək olar. Akumulyator enerjisi qısa müddət (30 dəqiqə) ərzində tamamilə bərpa olunur və güclü enerji itkisi, həddindən artıq qızma və yüklənmə qarşısına qoruyucu sistem (ECP) ilə təchiz edilmişdir.

Akkumuyatorlu qaykaburanlar öz muxtar işi ilə fərqlənir, lakin əsas xüsusiyyətlərə görə əhəmiyyətli dərəcədə zəifdirlər. Məsələn, fırlanan mexanizm 500 Nm aşmır, bu elektrik enerjisi ilə işləyən alətdən əhəmiyyətli dərəcədə aşağıdır.

Akkumulyatorlu qaykaburanı necə seçməli?

Alət öz funksiyalarını effektiv şəkildə yerinə yetirməli və etibarlı olduğunu nəzərə alaraq, seçim zamanı aşağıdakı parametrlərə diqqət yetirmək lazımdır.

  • 1. Fırlanma sürəti. Nə qədər sürətli olarsa, iş prosesi bir o qədər tez başa çatar. Məişət modelləri üçün şaftın fırlanma sürəti 400-500 döv/dəq, peşəkar modellərdə isə 1500 döv/dəq-dən yüksək ola bilər.
  • 2. Istifadə diapazonu. Bu xüsusiyyət qaykaburan başlıqlarının ölçülərinə cavab verir. Məişət aləti barədə söhbət getdikdə, onun üçün M12-M24 ölçülü 12 cür başlıq kifayətdir. Iri bərkidicilərlə işləyərkən digər növ alətlərdən istifadə etmək lazımdır, məsələn pnevmatik alətlər.
  • 3. Fırlanan moment. Qaykaburan üçün daha bir vacib xüsusiyyət. Fırlanan moment – alətin bərkidiciyə təsir gücüdür. Nə qədər yüksək olsa, o qədər mürəkkəb qayka və boltlar ilə işləmək mümkün olacaq. Məişət modellərində adətən 600 Nm-dən yüksək olmur.
  • 4. Zərbə mexanızmı. Zərbəli və zərbəsiz alətlər mövcuddur. Zərbəli qaykaburanın qiyməti daha yüksək olur, çünki bu cür alət ilə bərkidici element daha asanlıqla və etibarlı şəkildə bərkidilir. Zərbə mexanizminin iş prosesi: qayka burulması güclü təsir olmadan getdikdə, ona uzun müddətli zərbələr toxunur, qaykanın tam burulması an isə zərbələr möhkəmlənir. Zərbəsiz alətlər işləyərkən bərkidilmə prosesində əllərə daha çox yük düşür.
  • 5. Revers. Revers - şaftın əks istiqamətdə fırlanması funksiyasıdır. Hər model revers ilə təchiz edilmir. Bu funksiya nəzərdə tutulmadıqda, alətdən ya yalnız bərkitmək üçün, ya da fırlanma istiqamətindən asılı olaraq bərkidiciləri boşaltmaq üçün istifadə edilir.
  • 6. Korpus və erqonomika. Ən keyfiyyətli modellərin korpusu metaldan istehsal edilir, bu da alətə əlavə möhkəmlik və davamlılıq verir. Bundan başqa metal alətlər işləyən elementlərin istiliyini daha yaxşı azaldır. Tez-tez xüsusi qoruyucusu olan plastikdən istifadə edilir. Möhkəmlik göstəricilərinə görə metal alətlərdən bir qədər zəif sayılır, lakin diqqətli istifadə edilkdikdə, çəkisi az olduğuna görə aktualdır. Qaykaburan əldə etdikdən əvvəl əlinizdə saxlayarkən onun nə qədər rahat olmasına nəzər yetirmək lazımdır. Həmçinin idarəəetmə elementlərinin istifadə üçün nə dərəcədə asan yerləşməsinə də nəzər yetirin. Alətin qulpu tam mərkəzdə yerləşdikdə çəkinin bərabər şəkildə paylanılması sayəsində iş prosesi zamanı əliniz daha az yorulacaq.
  • 7. Akkumulyator. Akkumulyatorun həcmi – mühərrik gücü ilə birlikdə alətin fasiləsiz işini təmin edən parametrdir. Qaykaburanlar üçün enerji dövriyyəsi 1000-ə çatan çıxarılan nikel-kadmium və ya litium-ion akkumulyatorları istehsal edilir. Seçim etdikdə alət dəstinə ikinci akkumulyatorun daxil olmasını dəqiqləşdirmək lazımdır. Birinci batareya şarjda olduqda, ikincisi qaykaburanın fasiləsiz işini davam etdirir. Bəzi istehsalçılar çıxarılan batareya blokunu enerji göstəricisi işıqları ilə təchiz edirlər.

Maxi.az-da alış

Maxi.az internet-mağazasında “Alətlər və digər avadanlıq” bölməsində ən optimal qiymətlərlə akkumulyatorlu qaykaburan seçə bilərsiniz. Məhz planlaşdırdığınız işlərə uyğun bir alət seçimi etmək tövsiyyə edilir. Müvafiq kataloqa keçid alın, məhsulu əlavə edin və sifariş verin - alışlarınız ən qısa müddətdə çatdırılacaq. Ehtiyac olduqda, onlayn mağazanın məsləhətçisi lazımi məlumatları verəcək, uyğun variantları barədə təklif verib, ödəniş və çatdırılma şərtləri ilə tanış edəcək. Ödəniş nağd, kredit və ya taksit ilə mümkündür.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml